Polşa öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyi təklif etdi...
Ekskluziv
4574
06 Oct 2022 | 21:48

Polşa öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyi təklif etdi...

"Bu bəyanat qonşu Belarusun Konstitusiyasında Rusiyanın nüvə silahını yerləşdirməyə imkan verən dəyişikliklərdən sonra səsləndirilib..."
 
"ABŞ və müttəfiqləri Rusiyanı nüvə silahının tərbiqindən çəkindirməyə səy göstərir..."
 
 
Polşa bəyan edib ki, öz ərazisində ABŞ-ın nüvə silahının yerləşdirilməsini xahiş edib. Bu qərar Rusiya prezidenti Vladimir Putinin ordusunun darmadağın olmasının qarşısını almaq üçün Ukraynada nüvə silahından istifadə edə biləcəyindən yaranan artan naraharlıqların fonunda qəbul edilib.
 
Ağ ev Varşavadan rəsmi sorğunun alındığını təsdiq etməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda Polşanın "Gazeta Polska" nəşrinə müsahibəsində bəyan edib.
 
Prezident Anjey Duda deyib ki, Polşa üçün "nüvə silahından birgə istifadə edilməsində" iştirak etməyin "potensial imkanı" mövcuddur, bunun çərçivəsində qəbul edən tərəfdən pilotlar onların ərazisində saxlanılan nüvə bombaları  ilə uçuşları öyrənir.
 
"Biz Amerika liderləri ilə Birləşmiş Ştatların belə imkanı nəzərdən keçirmələri barədə danışmışıq. Bu məsələ açıq qalır", - Duda deyib.
 
Ekspertlərin fikrinə görə, Polşa prezidentinin xahişi rəmzi xarakter daşıyır, çünki nüvə döyüş başlıqlarının Rusiyaya yaxın yerdəyişməsi onları zərbəyə daha dözümsüz və hərbi cəhətdən daha az faydalı edəcək.
 
Dudanın nüvə silahının yerləşdirilməsi haqqında bəyanatı qonşu Belarusun Konstitusiyasında ölkə ərazisində Rusiyanın nüvə silahının yerləşdirilməsinə imkan verən dəyişiklikdən sonra səsləndirilib.
 
ABŞ və müttəfiqləri Putini 1945-ci ildən ilk dəfə döyüşdə nüvə silahının tətbiq edilməsindən çəkindirməyə səy göstərir, eyni zamanda çəkindirmək mümküm olmadıqda mümkün cavab tədbirləri hazırlayır.
 
ABŞ-ın nüvə silahının Polşaya yerləşdirilməsi nüvə silahının yayılmaması haqqında Müqavilənin və 1997-ci ildə Rusiya ilə NATO arasında blokun yeni üzvlərinin ərazisində nüvə silahını yerləşdirməmək barədə öz üzərinə öhdəliklər götürməsini nəzərdə tutan Təsis aktının pozulması demək ola bilər. Rusiya artıq bu akt üzrə öz öhdəliklərini pozub.
 
Amerika alimləri Federasiyasının dəyərləndirmələrinə görə, ABŞ-ın "soyuq müharibə"dən sonra Avropada 100 vahid nüvə silahı qalıb və Niderland, Belçika, Almaniya, İtaliya və Türkiyə arasında paylaşılıb.
 
Bunlar B61 bombalarıdır, hərbi cəhətdən köhnəlmiş hesab edilib və Rusiya ilə müharibə baş verəcəyi təqdirdə heç bir təyinatı olmayacaq. Silahlara nəzarət üzrə ekspertlər çoxdan onların Avropadan çıxarılması barədə çağırışlar edib.
 
Lakin onlar "üzgəcləri" olan B61-12 modelinə çevrilib, bu da onların düşməsini idarə etməyə imkan verir. Bu bombalar həmçinin yeni F-35 Lightning II stels-qırıcılar tərəfindən daşınması üçün işlənib hazırlanıb ki, bu da onları potensial olaraq ABŞ-ın fəal nüvə arsenalının bir hissəsinə çevirir.
 
Nüvə informasiyası üzrə FAS layihəsinin direktoru Hans Krustensen deyib ki, Avropada B61-12-in saxlanma yerləri modernləşdirilir və möhkəmləndirilir.
 
Polşa bu məsələni o zaman qaldırıb ki, "soyuq müharibə" dövründən bəri nüvə silahının tətbiqi perspektivi daha yüksəkdir.
 
Putin Ukraynanın 4 vilayətinin ilhaqından sonra Rusiya ərazilərinin müdafiəsi üçün bütün vasitələrdən istifadə edəcəyi ilə təhdid edib.
 
Ağ ev öz növbəsində Putinin nüvə silahından istifadə edəcəyi təqdirdə "fəlakətli nəticələr" barədə xəbərdarlıq edib.
Link kopyalandı!
Son xəbərlər