"Yeni Amasiya superqitəsi Avstraliyanın Avrasiya ilə toqquşması və sonradan Amerikaya tərəf hərəkəti nəticəsində formalaçacaq..."
"Son 2 milyard ildə Yer qitələri bir-birilə toqquşaraq hər 600 milyon ildə superqitə yaradır..."
"Amasiya yarananda Yer tamamilə dəyişəcək, dəniz səviyyəsi aşağı düşəcək, gündüz hərarətinin dəyişməsi və quraqlıq müşahidə ediləcək..."
Avstraliya və Çin geoloqları Yerin daima dreyf edən tektonik plitələrinin davranışını öyrənərək belə nəticəyə gəlib ki, dünyada növbəti superqitə Sakit okean yox olandan sonra yaranacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Science Alert" nəşri məlumat verib.
Pertedə Kertinin Yeni universitetinin rəhbərliyi altında keçirilən yeni tədqiqata görə, superqitə Avstraliyanın Avrasiya ilə toqquşması və sonradan onların Amerikaya tərəf hərəkəti nəticəsində formalaşacaq.
Plitə və mantiyaların indiki və keçmişin gerçək parametrlərinə əsaslanaraq, superkompüter onların hərəkətini min dəfə sürətləndirərək ehtimal edilən gələcəyin modelini təqdim edib. Nəticədə təxminən 200-300 milyon ildən sonra Amasiya adlanan vahid superqitənin meydana çıxması proqnozlaşdırılır.
"Son 2 milyard ildə Yer qitələri bir-birilə toqquşaraq, hər 600 milyon ildə superqitə yaradır, buna superqitələrin tsikli deyilir", - bunu tədqiqatın aparıcı müəllifi Çuan Huanq izah edib.
700 milyon il bundan öncə əvvəlki Pangeya superqitəni əhatə edən Pantalass superokeanın qalıqlarından yaranan Sakit okean okean qabığının üst qatının zəifləməsi səbəbindən tamamilə yox olacaq. Alimlər güman edir ki, nəticədə Yerdə yalnız iki okean-Hind və Atlantik okean qalacaq.
"Bizim tanıdığımız Yer Amasiya yarananda tamamilə dəyişəcək. Gözlənilir ki, dəniz səviyyəsi aşağı olacaq, superqitənin daxili hissəsində gündüz hərarətinin dəyişməsi ilə çox quraqlıq müşahidə ediləcək", - alimlər əlavə edib.
Xatırladaq ki, bu, superqitələr və uzaq gələcəkdə planetimizin necə olacağı haqqında ilk tədqiqat deyil.
Yeni model də alimlər arasında mübahisəyə son qoymayacaq, lakin Sakit okeanın məhvi barədə başqa proqnozlar da var. Belə ki, 1990-cı illərin sonlarında yeni Novopangeya superqitə haqqında proqnoz verilib, güman edilib ki, Amerika Avrasiya və Afrikaya pərçim edilməzdən öncə Antarktida ilə toqquşacaq.
"Geological Magazine" jurnalının alimlərinin yaratdığı başqa ssenaridə superqitə Aurika adlanıb.
Bu versiyaya görə, təxminən 200 milyon ildən sonra Sakit və Atlantik okeanları həmişəlik yox olacaq, onların yerində yeni okean hövzəsi yaranacaq.
Tədqiqatların nəticəsinin necə olacağından asılı olmayaraq, bir şeyi dəqiq demək olar: Yer və onun okeanları daha heç vaxt əvvəlki kimi olmayacaq.