3324
02 Oct 2022 | 15:34

"Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozmasına susqun qala bilmərik..."

"Biz Rusiyanın Ukrayna ərazilərinin ilhaqını heç vaxt tanımayacağıq..."
 
"Biz Rusiyadan Ukraynanın işğal edilən bütün ərazilərindən dərhal çıxmasını tələb edirik..."
 
NATO üzvü olan 9 ölkənin prezidentləri Ukraynanın alyansa daxil olma perspektivinə dəstək verərək müttəfiqlərini Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü artırmağa çağırış edib
 
9 ölkə prezidenti bəyan edib ki, NATO-nun 2008-ci ildə Buxarestə keçirilən sammitində Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını dəstəkləyir.
 
Bu barədə Mərkəzi və Şərqi Avropa dövlətləri rəhbərlərinin oktyabrın 2-də Polşa prezidenti mətbuat xidmətinin dərc etdiyi birgə bəyanatında deyilir.
 
Moderator.az xəbər verir ki, məlumatı "QORDON" internet nəşri yayıb.
 
Sənədi Çexiya, Estoniya, Latviya, Litva, Şimali Makedoniya, Çernoqoriya, Polşa, Rumıniya və Slovakiya prezidentləri imzalayıb.
 
Ukraynanı ziyarət edən və  şəxsən Rusiya təcavüzünün nəticələrini görən dövlət rəhbərləri bəyan edib ki, "Rusiyanın beynəlxalq hüququ kobud şəkildə pozduğuna susqun qala bilməzlər". 
 
Onlar vurğulayıb ki, Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək cəhdlərini heç vaxt tanımayacaq və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü müdafiə edəcəklər.
 
"Biz NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammitində Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını qətiyyətlə dəstəkləyirik.
 
Biz Ukraynanın Rusiyanın hərbi müdaxiləsindən müdafiə olunmasına dəstək veririk, Rusiyadan bütün işğal edilən ərazilərdən dərhal çıxmasını tələb edirik və bütün müttəfiqləri Ukraynaya göstərilən hərbi yardımı artırmağa çağırirıq", - bəyanatda belə deyilir.
 
Prezidentlər həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə əli olanların hamısı məsuliyyətə cəlb edilməlidir.
Link kopyalandı!
Son xəbərlər