3573
25 Sep 2022 | 00:15

"Kölgəsiz adam", yaxud sınmayan "Krona"...

"O, qapalı, az cazibəli zahiri görünüşə malik, özünü istədən adam kimi səciyyələnib..."
 
"Mahir kəşfiyyatçı ilk olaraq faşist Almaniyasının Sovet İttifaqına "Barbarossa" hücum planının gerçəkləşməsi barədə əmrin surətini mərkəzə ötürüb..."
 
"10 il müddətində hitlerçilər onun bircə radioqramını da deşifrə edə bilməyib..."
 
Yulian Semyonovun Ştirlits obrazı yaradılan kəşfiyyatçının taleyi...
 
Yan Çernyak sovet kəşfiyyatının əfsanəsidir. O, Yulian Semyonovun uydurulan qəhrəmanı-sovet kəşfiyyatçısı Maksim İsayev (Mak Ştirlits) obrazının yaradılması üçün nümunələrdən biri olub.
 
Baxmayaraq ki, gerçəkdə Çernyak heç vaxt Hitler Almaniyasında qulluq etməyib, onun fəaliyyəti Almaniya və Üçüncü Reyxlə sıx bağlı olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "rambler.ru" saytı yazıb.
 
Poliqlot və kommunist
 
Maksim Jmakin özünün "Məxfi əməliyyatlar və əfsanəvi kəşfiyyatçılar" kitabında yazdığı kimi, Yan (Yankel) Çernyak 1909-cu ildə avstriyalı- macar yəhudilərinin ailəsində anadan olub, erkən yaşlarında yetim qalıb.
 
Praqada orta texniki təhsil alıb, lakin əsasən əcnəbi dillərin öyrəniməsinə xüsusi meyli olub. Hələ gənc yaşlarından yeddi dili mükəmməl bilib. 
 
Paradoks ondan ibarətdir ki, gələcəyin sovet kəşfiyyatının mahir ustası rus dilini başqa dillərdən xeyli müddət, ikinci dünya savaşından sonra SSRİ-yə dönəndən mükəmməl öyrənib.
 
Maksim Jmakin məlumat verib ki, Çernyakın sovet kəşfiyyatı tərəfindən ələ alınması 1930-cu ildə Berlin Politexnik Kollecində təhsil alması zamanı baş verib.
 
Gənc oğlan o zaman Almaniya kommunist partiyası sıralarında olub və məmnuniyyətlə SSRİ-yə işləməyə razı olub.
 
Versiyaların birinə görə, Çernyakın yaratdığı geniş agentura şəbəkəsinin köməyi ilə Almaniya ordusunun silahlanması üzrə əldə olunan mühüm kəşfiyyat məlumatı Moskvaya Yanın Rumıniya qoşunlarında həqiqi hərbi xidməti zamanı daxil olub. 
 
Sovet agentlərin birinin uğursuzluğundan sonra Çernyak təcili surətdə SSRİ-yə aparılıb və orada kəşfiyyat məktəbində təlim keçib.
 
1936-cı ildən Yan Çernyak İsveçrədə Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA) jurnalisti statusunda çalışıb.
 
Sınmayan "Krona"
 
SİTA işçiləri (Yan Çernyak informasiya agentliyində təxminən 20 il işləyib) onu qapalı, eyni zamanda az cazibəli zahiri görkəmi olan özünü istədən adam kimi səciyyələndirib. 
 
Baxmayaraq ki, SİTA-da bu günədək Yan Çernyakın 8174 saylı şəxsi işi saxlanılır, onun həmkarları son zamanlaradək Yan Petroviçin əslində nə ilə məşğul olduğunu bilməyib.
 
SSRİ-dən İsveçrəyə dönən Çernyak "Cen" ayaması ilə orada geniş agentura şəbəkəsi yaradıb, oraya nazirliklərin birinin qadın əməkdaşı, peşəkar kəşfiyyatçı zabit və başqa məlumatçılar daxil olub. 
 
Onların hamısını birləşdirən Sovet İttifaqına olan simpatiyaları və bu ölkəyə fayda gətirmək istəyi olub.
 
Çernyak fenomenal hafizəyə və ən müxtəlif insanlarla ümumi dil tapmaq qabiliyyəti ilə seçilib. Bir neçə əcnəbi dilləri bilməsi Avropa ordularının silahlanması barədə vacib məlumatların əldə olunmasında ona kömək edib.
 
Çernyak Parisdə, İsveçrədə, Böyük Britaniyada işləyib, "Krona" adı altında geniş agentura çəbələsi yaradıb.
 
Orada məxfi iş ən yüksək səviyyədə qurulub. İkinci dünya savaşı zamanı bu şəbəkə bircə dəfə də uğursuzluğa düçar olmayıb və özünün agentləri vasitəsilə SSRİ-yə yüzlərlə vərəq məxfi materiallar, o cümlədən ilk olaraq faşist Almaniyasının Sovet İttifaqına "Barbarossa" hücum planının gerçəkləşməsi barədə əmrin surətini ötürüb. 
 
Çernyak işləyib, özündən sonra heç bir iz buraxmayıb, ona görə də onu "kölgəsiz adam" adlandırıblar.
 
"Krona" şəbəkəsi 10 il müddətində fəaliyyət göstərib və hitlerçilər onun bircə radioqramını da deşifrə edə bilməyib. 
 
Hiyləgərcəsinə nizamlanan kanalları vasitəsilə Mərkəzə faşist Almaniya ordusunun mühüm silahları, o cümlədən "Tiqr" və "Panter" istehsalı haqqında çox qiymətli məlumatlar, o cümlədən Kursk döyüşünün nəticələrinə həlledici təsir göstərən məlumatlar ötürülüb.
 
Cenin adamları Reyxin həlledici strukturlarında, o cümlədən Hitlerin Qərargahında işləyib.
 
Belə fikir var ki, kəşfiyyatçı Yan Çernyakın unikal qabiliyyəti "Baharın on yeddi anı" televiziya filmi üçün materiallar toplayan Yulian Semyonovu cəlb edib.
 
Paralel tapşırıq
 
Üç il ərzində,1942-1945-ci illərdə Yan Çernyak özünün ələ aldığı ingilis fiziki Allan Meylə birgə işləyib, bunun nəticəsində Britaniyanın nüvə proqramının vacib detalları bəlli olub.
 
İkinci dünya savaşı bitəndən sonra Yan Çernyakı ABŞ-ın analoji layihəsi barədə informasiya əldə etmək üçün Kanadaya göndərilir. 
 
Məlumatın bir hissəsi elə həmin Allan Meyin köməyi ilə uran nümunələri ilə birgə əldə etmək mümkün olub. 
 
Lakin sovet kəşfiyyatçılarının birinin xəyanəti nəticəsində Qərbin xüsusi xidmət orqanları 10-dan artıq sovet kəşfiyyatçısını, o cümlədən Meyi də aşkar etməyə müvəffəq olub.
 
Çernyak təcili olaraq SSRİ-yə aparılır. Ömrünün qalan hissəsini RİTA-SİTA agentliyində işləyib. 
 
Həmkarları deyir ki, o, öz həyat yoldaşı ilə Moskvada birotaqlı mənzildə az təqaüdlə yaşayıb.
 
1994-cü ildə kəşfiyyat veteranı ağır xəstə olanda Rusiya Qəhrəmanı ordeni ilə təltif edilib.
 
Bundan iki ay sonra Yan Çernyak ömrünün 86-cı ilində vəfat edib.
Link kopyalandı!
Son xəbərlər