Ekskluziv
3224
21 Sep 2022 | 18:04

"O, patefondan ayfonadək ömür sürüb..."

"Onun gedişilə dünya bir qədər də rahatsız olub..."
 
"Sarsılmaz inamla, böyük şücaətlə və rahat ürəklə irəliyə getmək" üslubu kraliçanın həyat kredosuna çevrilib..."
 
"O, taleyin sərt zərbələrinə ləyaqətlə sinə gərərək, sarsılmaz təməllərin rəmzi statusunu qoruyub saxlayıb..."
 
Publisist Natella Boltyanskaya II Elizabet epoxasının başa çatması barədə düşüncələrini təqdim edir...
 
Moderator.az xəbər verir ki, bu barədə "Vesti" nəşri yazıb.
 
"70 ildən artıq hakimlik edən Ülyahəzrət II Elizabet narahat dünyamızı tərk edib.
 
Bir neçə il öncə dərc edilən statistikaya görə, britaniyalıların 80 faizi dünyaya gəlməzdən öncə o, kraliça olub. 
 
Son illər dünya onu "hamının" nənəsi kimi qəbul edib. O, kraliça qulaqları ilə monarxiyanın dövlət quruluşu kimi ləğv edilməsi çağırışlarına əhəmiyyət verməyib. 
 
Kraliçanın imtiyazları kifayət qədər məhduddur. Bəli, kraliçanın baş nazirə məsləhət vermək hüququ olub, lakin baş nazir buna mütləq olaraq əməl etməli deyildi. Hakimiyyət sükanını öz əllərinə kraliça yalnız "ağır konstitusion böhran" zamanı ala bilərdi. Bu, o deməkdir ki, qərarlar nazirlərin tərəfdar olmaması və hətta onların qərarlarına rəğmən qəbul edilə bilərdi.
 
Böyük Britaniyada belə presedentlər olmayıb. Avstraliyada 1975-ci ildə kraliçanın adından general-qubernator baş naziri vəzifədən kənarlaşdırıb, ardınca da parlamenti buraxıb.
 
1999-cu ildə Elizavet parlamentin İraqda hərbi əməliyyatlar üzərində nəzarət haqqında qanun layihəsini bloklayıb, bunu nazirlərin məsləhəti ilə edib.
 
Taxta çıxaraq, 32 dövlətin kraliçası olub. II Elizabetin ölüm məqamında onların sayı 15 olub. İmperiya hələ onun atasının sağlığında dağılıb. Kraliça siyasi qalmaqallar çarpışmasının üzərində qalıb. O, taleyin sərt zərbələrinə ləyaqətlə sinə gərib. Və sarsılmaz təməllərin rəmzi statusunu qoruyub saxlayıb. Mühafizəkarlıq ikonalarının rəmzi olub, hərçənd Ülyahzrətin mühafizəkarlığı kifayət qədər nisbi anlayış olub. O, dəfələrə bir çox ilklərə imza atıb.
 
14 yaşında ilk dəfə BBC radiosunda müharibə uşaqlarına müraciət edib.
 
Kral ailəsinin ikinci dünya savaşı silahlı qüvvələrində xidmət edən ilk qadın üzvü olub.
 
II Elizabetin tacqoyma mərasimi Britaiya monarxiyası tarixində ilk dəfə olaraq televiziyada birbaşa yayımlanıb.
 
1964-cü ildə şahzadə Filip həyat yoldaşının doğuşunda iştirak edib, bu hadisə Kral ailəsi nümayəndəsinin iştirakı ilə ilk dəfə baş verib. Şahzadə Eduard dünyaya gəlib.
 
1957-ci ildə II Elizabet rəiyyəti Milad bayramı münasibətilə ilk dəfə olaraq radio ilə deyil, televiziya vasitəsilə təbrik edib.
 
Bir ildən sonra öz ölkəsində ilk dəfə olaraq ən yeni sistemlə telefon xətti ilə zəng edib.
 
1976-cı ildə ilk elektron poçtunu göndərib. Kral saytını da həmkarları kral və kraliçalar arasında ilk dəfə açıb.
 
Öz doğumunun 21-ci ilində, 1947-ci ildə Elizabet bir neçə mühüm şeylər barədə açıq bəyanatlar verib. 
 
Onlardan hamıya bəlli olanı "Mənim bütün həyatım...sizə xidmət etməkdən ibarət olacaqdır" sözləridir.
 
Ən az bəlli olanı "Sizsiz mənim bunları təkbaşına etməyə gücüm olmayacaq" sözləridir.
 
 Və elə o zaman o, "sarsılmaz inamla, böyük şücaətlə və rahat ürəklə irəliyə getmək" üslubunu müəyyən edib. Və belə də addımlayıb.
 
O, rahat qəlbi və hərarəti, dünya qarşısında məsuliyyəti və öz statusundan məmnunluq hisslərini özündə əxz edib. Protokol qaydaları və onunla bağlı formal qaydalar, heç şübhəsiz, Ülyahəzrətə məmnunluq gətirib.
 
Və şlyapalar! Və korgilər! Və Hayd-parkda  ən yelbeyin rəiyyəti olan kral qu quşlarını da çox xoşlayıb.
 
Özünün mətbuatdakı təsvirlərinə həmişə uğurlu və ya uğursuz olmasına çox öcəşkən olub. Amma öz karikaturaları üzərində gülməyi də bacarıb.
 
Onun kraliça kimi vəzifələri hakimiyyət deyil, ləyaqət rəmzi olub. O, vergi ödəyib, amna statusuna görə bunu etməyə bilərdi.
 
1986-cı ildə "Britaniya" yaxtasında Avstraliyaya səyahəti zamanı II Elizabet keçmiş müstəmləkəsində vətəndaş müharibəsinin başlasığını öyrənib. O, Yəmənin ərazi sularına daxil olmağı əmr edib (1967-ci ildə Britaniya qoşunları təcili olaraq oranı tərk etməli olub) və bortuna mindən artıq qaçqını qəbul edib.
 
Bu zaman kraliçanın yol verdiyi kiçik pozuntular da məlumdur: at üstündə olarkən mütləq olan şlem gəzdirməyib, avtomobilin sükanı arxasında heç vaxt kəmər bağlamayıb. Güman edirəm ki, indi bunları ona bağışlamaq olar.
 
Konstitusiyalı monarx, ümumiyyətlə, qəribə fiqurdur. O, hakimiyyəti saxlamaq problemləri ilə məşğul deyil, lakin hakimiyyəti legitimləşdirir.
 
 O, təkbaşına qərar verə bilməz, amma istənilən şəraitdə istənilən qərarın mexanizmini və nəticələrini təsəvvür etməlidir.
 
Onun fəaliyyəti dövlətin sarsılmaz hüquqi səlahiyyətinin və bacarığının nümayişidir. Ülyahəzrət Elizabet bu işin öhdəsindən ən yüksək səviyyədə gəlməyi bacarıb.
 
Ona olan iradlardan biri "Sun" qəzetində öz anasının ardınca əlini qaldıraraq nasistcəsinə salam verən balaca şahzadənin videosu olub. 
 
1933-cü il. Elizabetin 7 yaşı var. Nə o, nə də dünya bu salamın nə ilə nəticələnəcəyindən hələ xəbərdar olmayıb.
 
Bu qəzetlə kral münasibətləri bir çox illər ərzində gərgin olub. II Elizabət bir neçə dəfə onu məhkəməyə verib.
 
İkinci irad II Elizabetin İsrailə münasibəti olub. Heç şübhəsiz, Britaniya mandatının qüvvədən düşməsindən sonra yaranan ölkə Britaniya tacının nümayəndəsi üçün xoşagəlməz assosiasiya doğurmaya bilməzdi.
 
21-ci əsrin dünyası hədsiz sürətə, həm irəliyə, həm geriyə yönələn sivilizasiyalı sıçrayışlara vərdiş edib. Bəlkə ona görə ənənələr rəmzi olanın II Elizabetin nəşi qarşısında ehtiramla baş əyməyə dəyər.
 
O, özünün bir uzun ömrü ərzində fiziki, mənəvi, bəşəri olaraq bir çox epoxaları yaşayıb...
 
O, patefon epoxasından ayfon epoxasına son dərəcə ləyaqətli nadir möcüzə kimi gəlib çıxıb.
 
Onun gedişilə dünya bir qədər də rahatsız olub..."
                      *
Müəllif Rusiyada qadağan edilmiş "Exo Moskvı" radiostansiyasının publisisti, jurnalisti, antisovet hərəkatı tarixinin tədqiqatçısıdır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər