"Prezident çıxışdan əvvəl yuxuya gedib və onu oyatmağa qorxublar..."
Nevzorov: "Müraciət"in müəllif hüququ şəxsən Şeytana məxsusdur. O, hələ Rusiyada buraxılışa imza atmayıb..."
Rusiyanın “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko: “Hətta müraciət belə həll olunmaz problemə çevrilirsə, Putinin SSRİ-ni necə bərpa edəcəyini tam başa düşmürəm..."
"Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bu gün elan etdiyi xalqa müraciəti baş tutmayacaq. Onun çıxışından sonra Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun da çıxışı vəd edilib".
Moderator.az Zn.ua saytına istinadla xəbər verir ki, bu barədə dünən gecə saatlarından Putinin çıxışını əvvəlcə Moskva vaxtı ilə saat 20:00-da elan edən, daha sonra vaxtını bir neçə dəfə təxirə salan və nəhayət, dünənki elanı silən və müraciətin sabah olacağını bildirən Rusiyanın birbaşa Kremlin nəzarətində olan mediası məlumat yayıb.
Rusiya Federasiyasının əsas təbliğatçılarından biri olan Marqarita Simonyan məsələni izah etmək əvəzinə “Gedin yatın!” deyib...
Onun məşhur həmkarı Vladimir Solovyov isə “Sabah!” qısa yazısı ilə məlumatı təsdiqləyib...
Kreml yönümlü bəzi KİV-lər Putinin çıxışının sentyabrın 21-i səhər saatlarında nümayiş oluna biləcəyinə eyham vurur.
Qeyd edək ki, Vladimir Putinin planlaşdırılmış və adətən olduğu kimi, əvvəlcədən yazılan çıxışı, lk dəfədir ki, ləğv edilir...
Ukraynanın infrastruktur nazirinin müavini Mustafa Nayem Rusiya Federasiyasının prezidentinin çıxışdan əvvəl yuxuya getdiyini və onu oyatmağa qorxduqlarını "iddia" edib.
"Bəli, o, yuxuya gedib. Və hamı onu oyatmağa qorxub"- deyə nazir müavini yazıb.
Latviyadan yayımlanan Rusiyanın “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko etiraf edib ki, “hətta müraciət belə həll olunmaz problemə çevrilirsə”, Putinin SSRİ-ni necə bərpa edəcəyini tam başa düşmür.
Rusiyalı publisist Aleksandr Nevzorov Rusiya prezidentinin çıxışını qorxu filminin premyerası ilə müqayisə edib.
"Putinin xalqa müraciəti" adlı yeni qorxu filminin premyerası təxirə salınıb, çünki "Müraciət"in müəllif hüququ şəxsən Şeytana məxsusdur. O, hələ Rusiyada buraxılışa imza atmayıb. Müraciətin saxta surəti hazırlanacaq və yaxın gələcəkdə göstəriləcək”, - deyə Nevzorov yazıb...
Sultan Laçın