"Güman edirik ki, bu iki günlük "xəta"nın düzəlişi müvəqqəti olmayacaq... İndiki geo-siyasi durumda Azərbaycan ictimaiyyətinin kəskin hədəfinə gəlmək Kremlin maraqlarına uyğun deyil..."
Bu gün günorta saatlarında Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin sentyabrın 17 və 18 sentyabr 2022-ci il tarixlərinə aid dislokasiya xəritəsində avqustun 26-da rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhəri və rayonun Ağanus kəndinin yenidən Rusiya hərbçilərinin məsuliyyət və nəzarət zonasına daxil edilməsi haqda məlumat vermişdik.
Moderator.az-ln bu dəqiqələrdəki araşdırmasından bəlli olur ki, Rusiya hərbi kontingentinin Azərbaycan Respublikasının suveren(!) ərazisindəki məsuliyyət zonasının 19 sentyabr 2022-ci il axşam saat 19:00-20:00 radələrində təqdim olunmuş xəritəsində Laçın şəhəri əvvəlki günlərdə olduğu kimi kənara çıxarılıb, eyni ərazidə "sülhməramlı"ların 2-ci postu göstərilsə də, Ağanus kəndinin də adı yazılmayıb(Bax: //moderator.az/az/ekskluziv/552854/lacin-seheri-yene-de-rusiya-mn-in-nezaret-zonasinda-demeli-texniki-sehv-deyil/ )
Zəruri şərh:
Güman edirik ki, bu iki günlük "xəta"nın düzəlişi müvəqqəti olmayacaq. Və Rusiya MN köhnə Laçın "dəhlizi" və yeni alternativ yolla(!) bağlı digər yanlışlıqlarını da aradan qaldıracaq. Məsələn, köhnə "dəhliz" ərazisindən çıxacaq, postlarını və patrul marşrutlarını Laçın şəhəri və Ağanus kəndindən daha uzaq məsafədə, yəni alternativ yola yaxın ərazidə yerləşdirəcək və s.
Həm də ona görə ki, indiki geo-siyasi durumda Azərbaycan ictimaiyyətinin kəskin hədəfinə gəlmək Kremlin maraqlarına uyğun deyil...
Sultan Laçın