6731
14 Sep 2022 | 18:32

"Ölənlərimizin sayı 200-ü çoxdan keçib..."- Erməni deputat etiraf etdi...

Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın lideri olduğu "Hayastan" blokunun parlamentdəki fraksiyasının üzvü Vaqe Akopyan  son döyüşlərdə Ermənistanın canlı itkisinin 200-dən yuxarı olduğunu etiraf edib.
 
Moderator.az xəbər verir ki, hazırda Moskvada olan erməni deputat bu haqda "Hraparak" nəşrinə müsahibəsində danışıb.
 
Müxbirin "Nikol Paşinyan 49 qurbanın( söhbət dünənki açıqlamadan gedir-S.L.) olduğunu bildirdi. Syunikdən(Qərbi Zəngəzur-S.L.) məlumatınız varmı?" sualına cavab olaraQ V. Akopyan belə deyib:
 
"Ölənlərimizin sayı 200-ü çoxdan keçib. 200-dən çox qurbanımız var..."
 
Xatırladaq ki, az öncə Ermənistan baş naziri N.Paşinyan rəsmi məlumatlara əsaslanaraq 105 erməni hərbçisinin öldüyünü etiraf edib...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər