İran şahının dul qadını molla rejimini çevrilişə səsləyir və İsrailə getmək niyyətində - MARAQLI
Ekskluziv
7704
12 Sep 2022 | 10:34

İran şahının dul qadını molla rejimini çevrilişə səsləyir və İsrailə getmək niyyətində - MARAQLI

"İran şahbanusu nüvə yarışını dayandırmaq üçün "tovuz taxtı"nı özünə qaytarmaq istəyir..."
 
"İranın 1906-cı il Konstitusiyasına görə, o, dövlətin həqiqi, qanuni başçısıdır..."
 
"Şahbanu iranlılara demokratiya prinsiplərinə əsaslanan konstitusiyalı monarxiya təklif edəcək..."
 
"İranda Pəhləvi sülaləsinə görə nostalji hisslər get-gedə gücləməkdədir..."
 
"28-40 yaş arasında olan iranlıların 70 faizi əsl demokratiyaya keçiddən öncə ölkəyə nəzarəti şahbanuya etibar edərdilər..."
 
Nədə Fərəh Pəhləvi məhz indi bu qədər fəal mövqe sərgiləyir?..
 
Britaniyanın "Daily Express" nəşri "Exiled İranian Queen plans to reclaim Peacock Trone to stop nuclear march" ("Sürgündə olan İran şahbanusu nüvə yarışını dayandırmaq üçün "tovuz taxtı"nı özünə qaytarmaq istəyir") adlı intriqa doğuracaq material dərc edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Hər şeydən öncə "tovuz taxtı"nın nə olduğunu izah etmək lazımdır. Bu, monarx hakimiyyətinin bir növ rəmzidir, Böyük Monqolların 1739-cu ildə Hindistandan Nadir şah tərəfindən çıxarılmış və sonradan məhv edilmiş qızıl taxtı belə adlanıb.
 
Deyirlər ki, gözəliyinə görə bu taxtın tayı-bərabəri olmayıb. O, yeddi ilə yaradılıb, taxta qoyulan qiymətli daşlar arasında mirvari, zümrüd, yaqut, şpinel, sapfir və brilliant olub. Bu cəvahirat  bəzəklərin əhatəsində tovuz quşunun lələklərinə bənzəyib. Tovuz taxtının ən gözəçarpan qiymətli daşı "Şah Əkbər" almazı, "Böyük Monqol" almazı, "Timurun yaqutu", "Böyük Lövhə" almazı və "Şah" almazı olub.
 
İndi isə Şah Məhəmməd Rza Pəhləvinin dul qadını Fərəh Pəhləvinin özü haqqında danışaq.
 
Şahın üç həyat yoldaşı arasında o, yeganə şahbanu kimi tacqoyma mərasimi keçib və bu, İranda VII əsrdə ərəb müdaxiləsindən bəri ilk tac qoyulan şahbanu olub.
 
Fərəh Pəhləvi iddia edir ki, 1979-cu ildə ölkədə hakimiyyətin islamçılar tərəfindən ələ keçirilməsi qanunsuz olub, ona görə də İranın 1906-cı il Konstitusiyasına görə, o, dövlətin həqiqi, qanuni başçısıdır.
 
83 yaşlı Fərəh Parisdə yaşayır, 40 ildən artıqdır ki, sürgündədir, güman edilir ki, onu ən çox narahat edən İranın hazırki hakimiyyətinin nüvə yarışı və nüvə sövdələşməsinin baş tutacağı təqdirdə baş verə biləcək ağır nəticələridir. Ona görə də, ona yaxın adamlarının birinin deməsinə görə, "şahbanu düşünür ki, bu gün olmasa, bəs nə zaman olacaq?"
 
Söhbət İranın "sürgün hökuməti"nin yaradılmasından gedir.
 
"Daily Express" güman edir ki, artıq xüsusi fəaliyyət planı işlənib hazırlanıb, bu plana o cümlədən ilk olaraq Səudiyyə Ərəbistanında və 2020-ci ildə ABŞ-ın sabiq prezidenti Donald Trampın vasitəçiliyi ilə "Avraam sazişi" imzalamış qonşu dövlətlərdə diplomatik missiyaların açılmasını nəzərdə tutur.
 
Hələlik, ərəb ölkələrinin bu alternativ nümayəndəlikərini hansı dərəcədə maliyyələşdirəcəyi aydın deyil, Fərəh Pəhləvinin İsrailə bu ilin sonuna planlaşdırılan səfəri və onun knessetdə çıxışı isə ən çox sensasiya doğuracaq məqamdır.
 
Nəşr "Sunday Express"-ə istinad edir, burada şahbanunun müşavirlərindən biri olan Firuzə Qafarpurdan iqtibas gətirilib: "Möhtərəm Şahbanu Aliləri oğlu, vəliəhd şahzadə Rza kimi qəddar diktatura rejimində yaşayan iranlıların narazılığından xəbərdardır. Bu narahatlıq Tehranın nüvə silahı yaratmaq ambisiyaları və hətta ABŞ-la sövdələşmə yenidən baş tutsa belə, hakimiyyətin əvvəlki ambisiyalarından əl çəkməyəcəyi ilə bağlıdır.
 
Qafarpurun fikrinə görə, şahbanu hesab edir ki, onun Pəhləvinin hələ də adı çəkilən İranda populyarlığı zəifləmir, bu da ona ümid verir ki, məhz o, iranlılara onların alqlışlayacağı alternativi-konstitusiyalı monarxiyanı təklif edə biləcək, bu, demokratiya prinsiplərinə, lazımi hüquqi prosedurlara və insan haqlarının qorunmasına əsaslanır, həm regional, həm də beynəlxalq sabitliyi təmin edir".
 
Şahbanu Fərəhin İranda əsaslı hakimiyyət dəyişikliyi etmək niyyəti yalnız indi səsləndirilib. Bundan əvvəlki müxtəlif müsahibələrində Fərəh Pəhləvi "azad İrana" dönmək və orada ölmək arzusu barəsində  kifayət qədər şəffaf eyhamlar vurub.
 
Məsələn, İtaliyanın "Libero" qəzetinə müsahibəsində Fərəh Pəhləvi qeyd edib: "Bu qədər illərdən, bizim əleyhimizə bütün deyilənlərdən sonra o zaman əleyhimizə çıxanların çoxu şahın ölkəmiz üçün gerçəkdən nə etdiklərini anlayıb. Ən əsası, 1979-cu ildən sonra doğulan iranlılar da bu gün bunu öyrənir. Görünür ki, şah ailəsinə yenidən güclü simpatiya və sevgi hissi güclənir, son aylar İranda çoxsaylı küçə nümayişləri keçirilib, gənclər şüarlar səsləndirib: "Rza şah-ruhat şad" (Ruhunuz şad olsun, Rza şah).
 
İranın nə zamansa sabit və çiçəklənən olduğunu və indi, ayətüllahlar rejiminin hakim olduğu bu gün hansı vəziyyətdə olduğunu düşünün. Bu gün Pəhləvi dönəmində nə qədər yaxşı şeylərin edildiyini çoxları anlayır".
 
Nəşr qeyd edir ki, İran şahbanusunun niyyətləri İslam respublikası hakimiyyətində, ehtimal ki, gülüş doğuracaq. Lakin ölkədə devrilmiş Pəhləvi sülaləsinə görə nostalji hisslərin güclənməsini etiraf etməmək olmaz.
 
"İranlılar arasında iyun ayında "Bayan Media" tərəfindən aparılan rəy sorğusuna görə, Fərəh Pəhləvi rejimin devrilməsinə çağırış edən müxalif qruplar arasında əsas favoritlərdən biri olaraq qalır. 28-40 yaş arası iranlıların 70 faizi deyir ki, əsl demokratiyaya keçiddən öncə ölkəyə nəzarəti ona etibar edərdiər", - qəzet yazır.
 
Henri Cekson Cəmiyyətinnin (Londonda yerləşən transatlantik analitik mərkəz) analitik mərkəzindən Ketrin Peres-Şakdamın fikrinə görə, Fərəh öz xalqına fəal surətdə dəstək olub, xeyriyyəçiliklə məşğul olub, rejimin müqavimətinə rəğmən, İranda yaşayan iranlılarla elektron poçt və sosial şəbəkələrdə ünsiyyətdə olmaqda davam edərək öz həmvətənlərinə yardım edib.
 
"İranda monarxiya tərəfdarları hesab edir ki, onun iddiaları qanunidir, - ekspert deyir. - O, konstitusion hakimiyyətə malikdir, əri Fərəhi İranda varisinə tac qoyulmasınadək müvəqqəti hakim edib. Düşünürəm ki, o, sadəcə, öz səsinin gücündən istifadə etmək üçün münasib zamanı gözləyib".
 
Peres-Şakdam hesab edir ki, Fərəh Pəhləvi bir çox səbəblərə görə məhz indi bu qədər fəal mövqe tutub: birincisi, rejimin yadfikirlilərə qarşı repressiyaları güclənib, onların sayı getdikcə artmaqdadır; ikincisi, nüvə proqramı üzrə danışıqların təxirsalınmazlığı bunu tələb edir; üçüncüsü, İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) xaricdə fəaliyyəti xeyli dərəcədə fəallaşıb.
 
Fərəh Diba (onun qızlıq soyadıdır) Parisdə arxitektor üzrə təhsil alıb, 21 yaşında şahın 3-cü həyat yoldaşı olub, onlar İran şahının Fransa paytaxtına səfəri zamanı tanış olublar.
 
O, zamanında İranda xüsusi populyarlığı ilə seçilib; hesab edilir ki, şah tərəfindən həyata keçirilən, o cümlədən qadınların hüququna aid olan islahatların irəliyə aparılmasına məhz onun dəstəyi olub.
 
Müəllif: Mark Kotlyarski
Link kopyalandı!
Son xəbərlər