Bizi sosial şəbəkələrdən izləyin:
Luqansk VHA-nın rəhbəri Sergey Qayday bildirib ki, Ukrayna hərbçiləri əvvəllər Rusiya işğalçıları tərəfindən ələ keçirilmiş Lisiçansk şəhərinin yaxınlığındadırlar.
Moderator.az xəbər verir ki, Sergey Qayday bu haqda "Facebook"-da məlumat yayıb.
Qayday Ukrayna hərbçilərinin Lisiçanskın yaxınlığında olduğunu bildirsə də, hər hansı təfərrüat açıqlamayıb.
Eyni zamanda, VHA rəhbəri öz "Facebook" səhifəsində Lisiçanskın tezliklə işğaldan azad edilməsinə işarə edən yazı dərc edib: "Lısiçansk ... Möhtəşəm Ukrayna şəhəri... Oxxx...Və onun bərpası işləri..."
"Svatovo və Kremennaya şəhərləri- necəsiniz? Sadəcə, soruşdum..."
Xatırladaq ki, iyulun 3-də Ukrayna hərbçiləri Lisiçansk şəhərini itkisiz tərk etmişdilər.
Sultan Laçın