Ekskluziv
3673
07 Sep 2022 | 20:15

"Günah Putindədir..."

Nədən İlon Mask may ayında "Twitter"i almaqdan vaz keçib?..
 
"Əgər biz üçüncü dünya savaşına doğru gediriksə, "Twitter"i almaq mənasızdır..."
 
"İstənilən biznesmen potensial müharibənin fond bazarına təsirindən narahat olardı..."
 
"Space X" və "Tesla" şirkətlərinin sahibi İlon Mask Rusiyanın Ukraynada müharibəsi fonunda qlobal dünya münaqişəsindən ehtiyat edərək may ayında "Twitter" mikrobloq servisinin alışı üzrə son qərarını bir neçə günlüyə təxirə salıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Biznes insayder" nəşri yazıb.
 
Delaver ştatında Maksın sosial şəbəkənin alışından imtina etməsi barədə işlə bağlı ilkin məhkəmə dinləmələrində biznesmenin bu sövdələşmə ilə məşğul olan Amerikanın "Morqan Stenli" maliyyə konserninin bankiri ilə yazışmaları açıqlanıb.
 
O cümlədən 8 may 2022-ci il tarixli məlumatda Mask Rusiya prezidenti Vladimir Putinin Qələbə Günündə Qırmızı meydandakı çıxışını dinləmək üçün sövdələşməni təxirə salmağı təklif edib.
 
"Gəlin, bir neçə gün gözləyək. Putinin sabahkı nitqi həqiqətən vacibdir.
 
Əgər biz üçüncü dünya savaşına doğru gediriksə, "Twitter"i almaq mənasızdır", - Mask yazıb.
 
Sosial şəbəkə hüquqşünaslarının fikrinə görə, bu xahiş onu sübut edir ki, servisin alışından imtina Maskın "Twitter" qarşısında öhdəliklərinin yerinə yetirilməməsi ilə deyil, özünün pullarından nigarançılığı ilə bağlı olub.
 
Maskın vəkili Aleks Spiro cavabında bəyan edib ki, istənilən biznesmen potensial müharibənin fond bazarına təsirindən narahat olardı. 
 
O, həmçinin qeyd edib ki, Maskın sözləri konteksdən çıxarılıb, məhkəmədə təqdim edilən sübutları "boş şey" adlandırıb və yazışmanın tam mətnini gələn həftə dərc edəcəyini vəd edib.
 
Xatırladaq ki, Mask bu ilin aprel ayında bəyan edib ki, populyar sosial şəbəkəni almaq niyyətindədir.
 
İyul ayında bəlli olub ki, sahibkar sövdələşmədən imtina edir.
 
Onun ekspertləri bu nəticəyə gəlib ki, "Twitter"in feyk akkauntları haqqında məlumatları yoxlamaq mümkün deyil və bəyan ediblər ki, onlar biznesin perspektivlərini dəyərləndirmək üçün kifayət qədər məlumata malik deyil.
 
İyulun 13-də sosial şəbəkənin hüquqşünasları milyardçını məhkəmə verib.
Link kopyalandı!
Son xəbərlər