Hayklar Milli Ordumuzun Laçın yaxınlığındakı zirvədən çıxmasını tələb etdi…-FOTO
4773
05 Sep 2022 | 12:06

Hayklar Milli Ordumuzun Laçın yaxınlığındakı zirvədən çıxmasını tələb etdi…-FOTO

Azərbaycan Respublikasının Rusiya “sülhməramlı” hərbi kontingentinin  müvəqqəti(!) nəzarətindəki ərazisində vətəndaşlıqları müəyyənləşdirilmədiyindən qanunsuz məskunlaşmış hayklar yenə də Milli Ordumuzun postlarının yaxınlıqlarında yerləşməsindən şikayətlənməyə başlayıblar.
 
Moderator.az xəbər verir ki, bu, Ermənistanın “Hetq” nəşrində alternativ yol ətrafındakı durumla bağlı son yazıdan da bəlli olur. 
 
"Bu yaxınlarda haqqında danışdığımız Xin Şen(Şuşa rayonu Kiçik Qaladərəsi kəndi- S.L.) yaxınlığındakı düşmən hərbi bazası hələ də çıxarılmayıb. O, Dağlıq Qarabağla Laçın rayonunun keçmiş sərhədində, Xin Şenin yaxınlığındakı yüksəklikdə yerləşir. Düşmən mövqelərindən kənd qəbiristanlığının yaxınlığından keçən yeni salınmış yola qədər 470 metr məsafə var. Qəbiristanlığın o tərəfində,  Mets Şen kəndi(Böyük Qaladərəsi kəndi- S.L.) ilə yolların kəsişməsində  isə Rusiyanın 3 saylı müşahidə məntəqəsi yerləşir” -deyə erməni nəşri yazır.
"Bildiyiniz kimi, dəhlizdən keçən yolun hər iki tərəfində 2,5 kilometrlik təhlükəsizlik zolağı olmalıdır. Lakin hələ də həmin zonada olan azərbaycanlılar artıq öz postlarından yola doğru daşlar yuvarlamağa başlayıblar"  - ordumuza qarşı böhtan dolu bu saxtakar sözləri  Kiçik Qaladərəsindəki qanunsuz erməni icmasının üzdəniraq rəhbəri Samvel Sarkisyan “Azadlıq” radiosunun erməni bürosuna açıqlamasında çərənləyib.  
 
Qondarma "mer" ümidvar olduğunu bildirib ki, "Rusiya tərəfi 10 noyabr bəyanatını layiqincə yerinə yetirməkdə ardıcıl olacaq və azərbaycanlıları Xin Şendən keçən yolun təhlükəsizlik zonasını tərk etməyə məcbur edəcək".
 
Ümumiyyətlə, haylar məskunlaşdıqları Azərbaycan yaşayış məntəqələrindən Milli Ordumuzun postlarının görünməməsini tələb edirlər.
 
Belə ki, Şuşa rayonunun Böyük Qaladərəsi kəndindəki qanunsuz erməni icmasının qondarma rəhbəri David Davtyan avqustun 27-dən sonra qonşu kəndin baxış bucağındakı dağlarda(yəqin ki, Ağdaş yüksəkliyindən əlavə,  Şuşa-Laçın yolunun Laçın şəhərinə yaxın hissəsindəki postlarımızda da)  Azərbaycan əsgərlərinin “peyda olmasından” şikayətlənir...
 
Eyni şikayətlə avqustun əvvəlində Azərbaycan ordusu tərəfindən azad edildiyi rəsmən bildirilmiş Sarıbaba yüksəkliyi yaxınlığında yerləşən Şuşa rayonunun eyni adlı kəndində qanunsuz məskunlaşmış hay icmasının qondarma rəhbəri Artak Akopyan açıqlama verib.
Zəruri şərh: 
Azərbaycan Silahlı Qüvvələri heç bir halda Azərbaycanın öz hüquqi ərazisində yerləşdiyi mövqelərin heç birindən geri çəkilməməlidir... Konkret Laçın şəhərindən hava xətti ilə 2500 metrdən çox,  yeni alternativ yolun Şuşa rayonunun Kiçik Qaladərəsi kəndindən isə hayların yazdığının əksinə olaraq təxminən 800 metr məsafədə yerləşmiş, həm keçmiş Laçın "dəhlizi"nə,  həm də alternativ yola nəzarət etməyə imka verən və şərti olaraq Ağdaş(yaxud Dikdaş) adlandırdığımız 1784 metrlik strateji yüksəkliyə gəldikdə isə bu haqda ötən yazılarımızda ətraflı bəhs etmişdik(bax: //moderator.az/az/ekskluziv/541248/lacinin-alternativ-yol-etrafindaki-hec-bir-kendi-ermeni-nezaretine-verilmemelidir/). Qısaca desək, hayların da etiraf etdiyi kimi, həmin yüksəklik keçmiş Dağlıq Qarabağla Laçın rayonu sərhədində yerləşdiyindən və 10 noyabr razılşmasına əsasən “dəhliz” anlayışı yalnız Laçın rayonu ərazisinə aid edildiyindən  Şuşa rayonunun Kiçik və Böyük Qaladərəsi kəndləri istiqamətindən Laçın rayonunun Ağanus kəndi istiqamətində “dəhliz” yaradılması keçərsizdir...
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər