Rusiya hərbçiləri köhnə Laçın “dəhlizi”ndə əsassız patrul xidmətini aktivləşdirdi...-XƏRİTƏ
Ekskluziv
12649
05 Sep 2022 | 07:59

Rusiya hərbçiləri köhnə Laçın “dəhlizi”ndə əsassız patrul xidmətini aktivləşdirdi...-XƏRİTƏ

Patrul marşrutu Qubadlı-Laçın yolu üzərindəki Fətəlipəyə və Ağanus kəndləri ərazilərindən keçməklə Laçın rayonunun köhnə “dəhliz” ərazisinə də daxil olur...  
 
Xəbər verdiyimiz kimi, Rusiyanın Azərbaycan ərazisində postlarının sayını əsassız şəkildə  25-dən 30-a qaldırmış “sülhməramlı” adı altında müvəqqəti(?) yerləşdirilmiş hərbi kontingenti sentyabrın 1-dən başlayaraq 10 noyabr 2020-ci il üçtərəfli bəyanat-razılaşmasına, o cümlədən 5 km-lik “dəhliz” parametrlərinə də zidd olaraq Laçın rayonunun ermənilər üçün yeni alternativ yoldan azı, 3-4 km məsafədə yerləşən Ağanus kəndinin Turşsu adlanan cənub hissəsi və Fətəlipəyə kəndləri ərazisi də daxil olmaqla Qayğı qəsəbəsi yaxınlığındakı “Şivid xarabalıqları” məntəqəsindən başlayaraq Laçın şəhərinin lap yaxınlığınadək patrul xidməti həyata keçirməyə başlayıblar(bax://moderator.az/az/ekskluziv/547822/rusiya-herbcileri-lacinin-aanus-ve-fetelipeye-kendlerinde-patrul-xidmeti-icra-edir-xerite/ ).
Moderator.az-ın bu gün -5 sentyabr səhər saatlarında apardığı  araşdırmadan bəlli olur ki, “sülhməramlı”lar yenə də artıq  qeyd-şərtsiz tamamilə Azərbaycan dövlətinin yurisdiksiyasına verilməli olan Laçın şəhəri, Ağanus kəndinin cənub hissəsi Fətəllipəyə kəndi və Zabux kəndi məntəqələrinə çox yaxın ərazilər boyu patrul xidmətlərini daha da aktivləşdiriblər.
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə təqdim olunmuş 4 sentyarbr 2022-ci il tarixli dislokasiya xəritəsindən Rusiya hərbçilərinin patrul xidmətinin Şuşa şəhəri yaxınlığından başlayaraq Zarıslı, Turşsu məntəqələrindən və alternativ yolla Kiçik və Qaladərəsi kəndlərindən keçməklə Laçın rayonunun Unannovu kəndi yaxınlığınadək davam etdiyi aşkarlanır.  Bundan sonra qərb istiqamətinə yönlənən patrul marşrutu Qubadlı-Laçın yolu üzərindəki Fətəlipəyə və Ağanus kəndləri ərazilərindən keçməklə Laçın rayonunun köhnə “dəhliz” ərazisinə də daxil olur.  Daha sonra Laçın şəhərinin yaxınlığınadək gələn Rusiya patrul xidməti yenidən şərqə doğru dönür və “Şivid xarabalıqları” məntəqəsi yaxınlığından keçərək Ermənistanla sərhədə- Həkəri çayı üzərindəki 1-ci posta çatır və oradan Zabux kəndi yaxınlığınadək gələrək geri dönür. 
 
Göründüyü kimi, Rusiya “sülhməramlı” kontingentinin komandanlığı növbəti dəfə patrul xidmətini Laçın rayonunun artıq sentyabrın 31-dən sonra həmin birləşmənin məsuliyyət zonasından çıxarılmış ərazilərinə də yönləndirir.
O da diqqəti çəkir ki, Rusiya MN-in  sentyabrın 4-ə aid xəbər bülletenində patrul marşrutunun yalnız Şuşa rayonu ərazisində aparıldığı qeyd  edilir... 
 
Hesab edirik ki, Azərbaycan dövlətinin müvafiq qurumları bu barədə ciddi xəbərdarlıqlarını Rusiya tərəfinə çatdıracaq...
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər