Qlobal iqlim dəyişikliyi planetin bəzi regionlarını həyat üçün ölümcül dərəcədə təhlükəli edəcək
4667
04 Sep 2022 | 20:53

Qlobal iqlim dəyişikliyi planetin bəzi regionlarını həyat üçün ölümcül dərəcədə təhlükəli edəcək

"Növbəti 50 ildə bəşəriyyəti Yerin həyat üçün yararlı hərarəti olan şimal rayonlarına miqrasiya dalğası gözləyir..."
 
"Proqnozlara görə, 1-3 milyard insan son 6000 ildə bəşəriyyətə xidmət edən iqlim şəraitindən kənarda qalacaq..."
 
"Bir nəfərə 20 kv m sahədən hesablasaq, Yer kürəsi əhalisinə hətta bir ölkənin ərazisi kifayət edə bilər..."
 
"2050-ci ildə Yer kürəsinin bir çox yerləri həyat üçün dözülməz olacaq, ona görə də bəşəriyyət indidən öz logistikasını planlaşdırmağa başlamalıdır..."
 
"ABŞ-da Florida, Kaliforniya, Havay kimi regionlar boşalacaq, həyat üçün ən yararlı ərazi Alyaska olacaq..."
 
"2100-cü ildə həyat üçün ən yaxşı yerlərdən biri Qrenlandiya olacaq, həmin ərazidə meşələr meydana çıxacaq..."
 
"İqlim dəyişikliyindən Kanada, Sibir və Rusiyanın başqa hissələri, habelə İslandiya və Şimali Avropa ölkələri udacaq..."
 
Alimlər ölümcül istilərdən hara qaçıb getməyin daha yaxşı olduğu barədə danışıb...
 
Qlobal iqlim dəyişikliyi ucbatından planetin bir çox regionlarında həyat şəraiti ölümcül təhlükəli olacaq, ona görə də növbəti 50 ildə bəşəriyyəti Yerin həyat üçün yararlı hərarəti olan şimal rayonlarına miqrasiya dalğası gözləyir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Time" jurnalı yazıb.
 
"Növbəti 50 il ərzində daha yüksək hərarət və daha yüksək rütubət Yer kürəsinin böyük hissələrini həyat üçün təhlükəli edəcək. Böyük sayda insanlar özlərinə yeni evlər axtaracaq. Siz bunların arasında olacaq və ya onları qəbul edəcəksiniz.
 
Belə miqrasiya artıq başlanıb-quraqlıqdan əziyyət çəkən, kənd təsərrüfatı və kənd yerlərində yaşamaq üçün vasitələrin mümkün olmadığı Latın Amerikası, Afrika və Asiya rayonlarından  insan axınının qaçdığını biz hamımız görmüşük", məqalədə belə deyilir.
 
2020-ci ildə aparılan tədqiqatın nəticələrinə görə, insan üçün optimal iqlim orta illik hərarətin 11-15 ° C dərəcə olmasıdır. Məhz belə rayonlarda minilliklər ərzində bəşəriyyətin əhalisi toplaşıb, orada həyat tərzi, bitiçilik, heyvandarlıq və başqa iqtisadi fəaliyyət ideal olaraq belə şəraitə uyğunlaşıb.
 
"Proqnozlara görə, 1 milyarddan 3 milyardadək insan son 6000 ildə bəşəriyyətə xidmət edən iqlim şəraitindən kənarda qalacaq", - qəzet yazır və əlavə edir ki, miqrasiya olmadan, proqnozlara görə, dünya əhalisinin üçdə biri hazırda əsasən Saxarada qeydə alınan orta hərarətə məruz qalacaq.
 
Müəliflərin sözlərinə görə, yaxşı xəbər bundan ibarətdir ki, Yer kürəsində yerdəyişmə üçün kifayət qədər yer var. Bir nəfərə 20 kv metrdən hesablasaq, hazırda planetdə yaşayan 11 milyard insana cəmi 220 min kv km sahə lazım olacaq. Beləliklə, Yer kürəsi əhalisinə hətta bir ölkənin ərazisi, məsələn, sahəsi 9, 9 milyon kv km təşkil edən Kanadanın ərazisi bəs edərdi.
 
Pis xəbər ondan ibarətdir ki, iqlim dəyişikliyi bütün planeti əhatə edəcək. Bununla əlaqədar olaraq, müəlliflərin iddia etdiyi kimi, 2050-ci ildə Yerin bir çox yerləri həyat üçün dözülməz olacaq, ona görə də bəşəriyyət indidən öz logistikasını planlaşdırmağa başlamalıdır.
 
Miqrantlar üçün əsas imkanlar planetin şimalındadır. Bu daha təhlükəsiz regionlarda hərarət artacaq, həm də evatorda olduğundan daha tez artacaq. Lakin mütləq orta hərarət oralarda tropiklərə nisbətən xeyli aşağı olacaq.
 
Jurnalistlər qeyd edib ki, ABŞ-da Florida, Kaliforniya və Havay kimi regionlar iqlim dəyişikliyi səbəbindən boşalacaq, daşqınlar təhlükəsi səbəbindən Amerika hakimiyyəti Nyu-York şəhərini xilas etməyə məcbur olacaq. Bunun üçün seldən qorunmaq məqsədilə böyük divar tikilməsi planlaşdırılır.
 
ABŞ-da həyat üçün ən yararlı ərazi Alyaska olacaq, orada milyonçu şəhərlər tikmək lazım gələcək ki, qaçqın axınını qəbul etmək mümkün olsun.
 
Gələcəkdə, 2100-cü ildə həyat üçün ən yaxşı yerkərdən biri Qrenlandiya olacaq, orada həmin zamanda meşələr peyda olacaq. Həmçinin Antarktidanın qərb sahilinin bir hissəsi buzdan azad olacaq. 
 
Alimlərin proqnozuna görə, iqlim dəyişikliyindən Kanada, Sibir və Rusiyanın başqa hissələri,  habelə İslandiya və Şimali Avropa ölkələri udacaq.
 
"Xartiyalarla şəhərlər, dövlətlər içərisində dövlətər meydana çıxa bilər, 200 ölkədən bəziləri yoxa çıxacaq, qalanları regional ittifaqlarda birləşəcək.
 
Bu əsrdə insanlar miqrasiya edəcək, elə indi də hər şeyin plan üzrə getməsi və yeni dünyaya keçidin idarə olunan olması üçün imkanlar mövcuddur", - nəşr belə yazıb.
Link kopyalandı!
Son xəbərlər