Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə
Surəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə
Şamaxı rayon Əhmədli kənd sakini Səlimov Məmmədzayid Zayid oğlu tərəfindən
Müraciət
Hörmətli cənab Prezident!
Müraciətimin məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş giziri olmuş, oğlum Zahid Səlimova görədir.
Oğlum, 1995-ci ildə hərbi xidmətə gedib, 1998-ci ildə herbi xidmetini uğurla bitirərək ailəmizə geri dönmüşdür. Sonradan oğulumun vətən sevgisi onun yolunu yenidən ordu siralarına geri qayıtmağa sövq etdi. 2001-ci ilin ilk ayından orduda gizir kimi xidmətə başlayan oğlum xidməti zamanı müxtəlif hərbi hissələrdə, ön cəbhədə, arxa cəbhədə şərəflə xidmət edib.
2017-ci ildə könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edərək ön cəbhədə, 706 saylı hərbi hissədə xidmətə başlayıb. Oğlum Zahid Səlimov, ümumilikdə 24 illik uğurlu xidməti zamanı bir neçə medal, fəxri fərman və diplomlarla təltif edilib.
10 illik xidmətdə qüsursuz medal, 15 illik xidmətdə qüsursuz medal, 20 illik xidmətdə qüsursuz medalı, Silahlı Qüvvələrin yaranmasının 90, 95 və 100 illik yubiley medalları və s. təltif edilmişdir.
Cənab Prezident, Sizin əmirinizlə torpaqlarımızın azadlığı və ərazi bütövlüyünün bərpa edilməsində oğlum, 44 günlük vətən müharibəsində də canla başla vətənə xidmət etmiş, sizin imzanızla müxtəlif medallarla təltif olunmuşdur. Xocavəndin azad olunması, Füzulinin azad olunması ve Döyüşdə Fərqlənməyə görə medalları ilə də təltif olunub.
Oğlum Zahid Səlimov 12.05 2022- ci idə 706 saylı hərbi hissədən ön xətdə olan posta təminat apararkən, hərbçi yoldaşı leytenant sürücü Məhəmməd Mansurovla xidməti vəzifələrini yerinə yetirərkən sürücü yaralanıb, oğlum Baş Gizir Zahid Səlimov isə avtomobil qəzasında həlak olub.
Biz adiyatı üzrə müraciət etsək də oğlum bu günədək Şəhidlik statusu ilə təmin olunmayıb.
Halbuki buna bənzər hadisələrdə Bakıda helikopter qəzasında həlak olan Sərhəd Qoşunlarının hərbçilərinə, Bakıda avtomobil qəzasında həlak olan hərbçilərə, Laçında daş uçqunu zamanı həlak olan əsgərimizə və digər xidmət zamanı həlak olan zabitlərə şəhidlik statusu təyin olunsa da, xidməti postuna təminat apararkən həlak olan mənim oğlum nəzərə alınmır.
Sizə müraciət etməkdə məqsədim, bir ata olaraq xahiş edirəm, oğlumun halal haqqı olan Şəhidlik Statusunun verilməsinə ölkəmizin qalib sərkərdəsi, Müzəffər Ali Baş Komandan olaraq köməklik göstərməyinizdir.
Öncədən ailəmiz adından sizə təşəkkürümüzü bildiririk.
İmza Səlimov Məmmədzayid
Əlaqə telefonum 051 576 94 07