Arxası çılpaq qızlar batmaqda olan kommunizmi xilas edir... - VİDEO
Ekskluziv
9350
03 Sep 2022 | 14:54

Arxası çılpaq qızlar batmaqda olan kommunizmi xilas edir... - VİDEO

"Bu, rüsvayçılıq və kommunistlərin antireklamıdır..."
 
Amerika serialı mötivilə çəkilən videoçarx sosial şəbəkələri partladır...
 
Rusiya Federasiyasında 11 sentyabrda baş tutacaq vahid səsvermə gününə hazırlıq gedir. Rusiyalılar qubernatorları, regional qanunverici məclisləri və yerli şuraları seçəcək.
 
Moderator.az xəbər verir ki, bu ərəfədə sosial şəbəkələrdə "Rusiya kommuistləri" partiyasının Kursk bölməsinin videoçarxına "virus düşüb".
 
Bu kommunist özəyinin piarçıları Amerikanın "Malibunu xilas edin" serialı üslubunda erotik reklam çəkib.
 
 

 

Videoçarxda qara-qırmızı çimərlik geyimində olan iki gözəlçə suda batan qırmızı bayrağı çıxarır. 
 
Kameraların əsas diqqəti xilasedicilərin çılpaq sarğı əzələlərinə yönəlib. 
 
Reklamın əsas şüarı belədir: "Gözəllik Kursku xilas edəcək!"
 
Videoçarx sosial şəbəkələrdə birmənalı olmasa da, coşqun reaksiya doğurub.
 
Kişilər ilk növbədə videodakı qızların incəliklərini dəyərləndirir. 
 
Bir çoxları videoçarxı rüsvayçılıq və kommunistlərin antireklamı hesab edir. 
 
Bəziləri bu yaxınlarda Rusiya prezidentinin "rezin arxa" barədə ifadəsini xatırlayır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər