Bizi sosial şəbəkələrdən izləyin:
Bu gecə düşmən "Qrad"larla Dnepropetrovsk vilayətini atəşə tutub, bir nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının(VHA) sədri Valentin Rezniçenko öz teleqram-kanalında məlumat yazıb.
“Gecə çox səs-küylü idi... Ruslar bölgəyə qanadlı raketlərlə hücum etdilər...“Qrad” və ağır artilleriya ilə də...”, – deyə Rezniçenko bildirib.
Onun sözlərinə görə, Dnepr bölgəsində hərbçilər düşmənin Dnepr şəhərinə yönəltdiyi 5 rus raketinin 5-i də vuraraq zərərsizləşdirib.
VHA rəhbəri raket qalıqlarının bir neçə yanğına səbəb olduğunu və yanğınsöndürənlərin onları söndürdüyü də söyləyib.
"Heç kim xəsarət almayıb", - deyə Rezniçenko əlavə edib.
Sultan Laçın