Ekskluziv
5547
02 Sep 2022 | 10:36

"Duqin hiyləgər psixdir... Bir dəfə onu göbələk yığmağa dəvət etdim dedi ki, məni..."-VİDEO

Rusiyalı tanınmış teleaparıcı və publisist Aleksandr Nevzorov “bir dəfə rusiyalı politoloq, “Rus dünyası”nın ideoloqu Aleksandr Duqinlə danışıb" və onun adekvatlığına şübhə etdiyini bildirib.
 
Moderator.az xəbər verir ki, tele-aparıcı bu haqda "GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordonla müsahibəsində danışıb.
 
Nevzorov Moskva vilayətində Duqinin qızı, "rus dünyası"nın təbliğatçısı Darya Duqinanın olduğu avtomobildə baş verən partlayışı xatırladıb və qeyd edib ki, “bütün bu ailənin psixi sağlamlığı çox böyük sualdır”.
 
Publisist bir dəfə Sankt-Peterburqda Duqini göbələk üçün meşəyə necə dəvət etməsindən danışıb. 
 
"Bu, “600 saniyə” verilişinin aparıcısı işlədiyim illərdə (1987-1993-cü illərdə Leninqrad televiziyasında yayımlanıb-red.) baş verib.
 
"Belə böyük, əsl redaksiyamız da var idi. Biz bəzən həftə sonları göbələk yığmaq üçün gedirdik. Mən də Duqini bizimlə birlikdə göbələk yığmağa getməyə dəvət etdim. Amma o, əlimdən tutub dedi ki, meşəyə gedə bilmərəm. “Çünki məni izləyirlər və ağsaqqal göbələyə xəbər verirlər..." "Mən ciddi söyləyirəm. Bunu deyəndə Duqinin gözləri sanki odlandı, saqqalı biz-biz durdu", - Nevzorov belə deyib.
 
Tele-aparıcı bildirib ki, bu epizoddan sonra Duqindən qaçmağa başlayıb.
 
Nevzorov bildirib ki, ünsiyyət zamanı Duqin çox anlaşılmaz terminlər işlətdiyi üçün qeyri-müəyyən təəssürat yaradır.
 
"Duqinlə bir saat danışa bilərsiniz və onunla ayrıldıqdan sonra tamamilə ruhi xəstə bir insanla danışdığınızı başa düşməyəcəksiniz... Və onun nə danışdığı adi mövzulara keçəndə aydın olur. Axı o, hiyləgər psixdir..." -deyə müxalifətçi Rusiya publisisti vurğulayıb.
 
Söhbətinin ardında Nevzorov Duqinin Rusiya imperiyası haqda xəstə və sərsəm xülyalarından da bəhs edib...

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər