"Polşa İkinci dünya savaşında çox ziyan çəkib, amma minimal kompensasiya alıb..."
"1954-cü ildə Polşa və SSRİ arasında bağlanan sazişlə "qardaş ADR"-ə qarşı iddialardan imtina edilib..."
Polşa Almaniyadan İkinci dünya savaşına görə ödənildiyindən əlavə bir trilyon dollardan artıq reparasiya tələb edir...
Polşa Almaniyadan İkinci dünya savaşında işğala görə 6, 2 trilyon zlotı (təxminən 1, 3 trilyon dollar) reparasiya tələb edib.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin hakim "Pravo i spravedlivost" ("Haqq və ədalət") partiyasının rəhbəri Yaroslav Kaçinski danışıb.
Onun sözlərinə görə, bu, "ən məhdud və mühafizəkar" məbləğdir, ölkənin həqiqi itkilərini xeyli artıq dəyərləndirmək olar.
İyulun ortalarında Polşanın baş naziri Mateuş Muravetski məlumat verib ki, Polşa hakimiyyəti sənədlər və hesanlamalardan ibarət məruzə hazırlayıb və onun əsasında Almaniyadan reparasiyalar almağa səy göstərəcək.
Onun sözlərinə görə, Polşa İkinci dünya savaşında çox ziyan çəkib, amma minimal kompensasiya alıb.
Son bir neçə illər ərzində Polşa kompensasiya məsələsini qaldırıb, Almaniya isə bəyan edib ki, ödəmək fikrində deyil, çünki kifayət qədər ödəniş edib.
Polşa 1939-cu ildən 1945-ci ilədək nasist Almaniyasının işğalı altında olub.
Savaş bitəndən sonra Almaniya həm Polşa, həm Çexoslovakiya, həm də Sovet İttifaqına böyük məbləğdə reparasiyalar ödəyib.
1954-cü ildə Polşa və SSRİ arasında saziş imzalanıb, onun əsasında iki ölkə "qardaş ADR"-ə qarşı iddialardan imtina edib.