“Rusiya Laçının bu 3 kəndini də qeyd-şərtsiz Azərbaycanın yurisdiksiyasına qaytarmalıdır…” 
Oxunub: 12311
30 Aug 2022 | 17:50
“Rusiya Laçının bu 3 kəndini də qeyd-şərtsiz Azərbaycanın yurisdiksiyasına qaytarmalıdır…” 
“Alternativ yolun  Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsi boyu “dəhliz” anlayışı keçərsizdir…”
 
"Azərbaycan nəyə görə hayların nazını nəzərə alıb öz ordusunun dislokasiya yerini dəyişdirməli və belə bir yüksəkliyi əldən verməlidir?.."
 
-FİKİR SAVAŞI...-
 
Laçın şəhəri də, nəhayət, 30 il 3 aydan sonra azad edilərək Azərbaycan dövlətinin birbaşa yurisdiksiyasına qaytarıldı... Allaha min şükürlər olsun! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və hazırda xidmətdə olan hərbçilərimizə cansağlığı diləyirik... Yaradan dövlətimizi və ordumuzu qorusun!..
 
Fəqət, yenə də eyforiyaya qapılıb arxayınlaşmaq olmaz. Hələ də Qarabağda bir çox yarımçıq işlərimiz qalmaqdadır. Hələ həll etməli olduğumuz həm hərbi-siyasi, həm də iqtisadi-sosial problemlər çoxdur... Hələ Xankəndi, Əsgəran, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının xeyli əraziləri Rusiyanın və deməli, separatçı və işğalçı xislətli hay rejiminin nəzarətindədir... Azərbaycanın əsil, tam və qəti qələbəsi o zaman baş verəcək ki, 1988-ci ildən öncə olduğu kimi, Bakıdan Qubadlıya gələn hər bir vətəndaş oradan da sərbəst şəkildə Laçına və Laçın-Şuşa yoluyla Şuşaya yetişəcək. Biz Bakıdan Ağdama, oradan da sərbəst olaraq Əsgəran, Xocalı və Xankəndindən keçməklə Şuşaya yetişə bilək. Həmçinin Tərtərdən Ağdərə yoluyla Kəlbəcərə çata bilək...  
Hazırda Azərbaycan vətəndaşlarını, xüsusən də Laçın rayon sakinlərini narahat edən əsas məsələ artıq bu gün - 30 avqust axşam saat 20:00-dan fəaliyyətə başlayacaq köhnə Laçın dəhlizinə alternativ yeni yolun ətrafındakı kəndlərimizin taleyidir. Oncəki bir neçə yazımızda bu haqda ətraflı şərhlər vermişdik. Məsələn, bax: //moderator.az/az/ekskluziv/541248/lacinin-alternativ-yol-etrafindaki-hec-bir-kendi-ermeni-nezaretine-verilmemelidir/?
 
Lakin ötən şərhlərimizdə bəzi nüansları nəzərdən qaçırmışıq. Həmin məqamlardan bəhs etməzdən öncə  köhnə və yeni Laçın yolları haqda təsəvvürünüzü genişləndirmək mqəsədi ilə bu günlərdə də Laçın şəhəri və ətraf kəndlərində olmuş, eləcə də Laçın-Şuşa yolu vasitəsilə Şuşaya yollanmış nəqliyyat eksperti Ərşad Hüseynovun “Facebook” səhifəsində alternativ yol haqda verdiyi şərhi nəzərinizə çatdırırıq:
 
“Yeni yolun uzunluğu barədə məlumatınız var: təxminən 32 km-dir. Bunun təxminən 10 km hissəsi Qərbi Zəngəzur ərazisindədir. Həmin hissə bizim üçün maraqlı deyil, çünki qonşu dövlətin (Ermənistanın) ərazisidir. Azərbaycan ərazisinə yeni yolun 22 km-lik hissəsi düşür. Bu da bizim iki rayonumuza aiddir: təxminən 8-9-km Laçın rayonunun ərazisinə, qalanı (13-14 km) Şuşa rayonunun ərazinə düşür. 
 
Beləliklə, yeni yolun Laçın rayonu ərazisindən keçən hissəsi maksimum 9 km-dir. Marşrut elə seçilib ki, Laçın rayonu ərazisində bu yol maksimum qısa olsun, həm də yaşayış məntəqələrindən və yararlı torpaqlardan imkan daxilində yan keçsin. Ona görə də yeni yol yalnız Qayğı qəsəbəsindən keçir, Laçının başqa heç bir kəndindən keçmir (Məlumat üçün: Qayqı qəsəbəsi 1980-ci illərin sonunda separatçılar baş qaldırdıqdan sonra tikilməyə başlamış, bir neçə ev tikilmişdi. Lakin Laçının işğalı işləri yarımçıq qoydu. İşğal vaxtı vandallar qəsəbədə olan bütün evləri fundamentinə qədər söküb aparıblar, çünki onların tikintisində mişar daşları və beton plitələrdən istifadə edilmişdi).
Yolun Azərbaycana aid hissəsi Həkəri üzərindəki körpüdən başlayır (Zabux kəndindən təxminən 18 km uzaqda). Burada Həkəri sərhəd çayıdır.
 
Yeni yolun köhnə yolla müqayisəsi isə belədir. Qeyd etdiyim kimi, yeni yolun Laçın rayonu ərazisinə düşən hissəsi maksimum 9 km-dir, köhnə yol isə Laçın şəhərinin mərkəzindən keçməklə rayon arzisində uzunluğu təxminən 30 km-dir (23 km Laçından Qərbi Zəngəzurun sərhədinə qədər, təxminən 7 km Laçından Şuşa rayonun ərazisinə keçənə qədər). Göründüyü kimi, yeni yolun rayonumuzdan keçən hissəsi köhnə yolun rayonumuzdan keçən hissəsindən ən azı 20 km qısadır.
 
Sülhməramlıların yeni yol boyu nəzarət edəcəyi ərazinin parametrləri ilə bağlı məsələ isə, mən bildiyim qədər hələ ki, açıqdır. Bunun əvvəlki kimi 5 km-lik (yolun hər iki tərəfinə 2,5 km olmaqla) zona, yoxsa sadəcə yolboyu daha kiçik bir zona olacağı yaxın günlərdə tam aydın olacaq...
 
Yolun Şuşa rayonu ərazisinə düşən hissəsi isə hələ ki, sülməramlıların nəzarəti altındadır, çünki Şuşa rayonunun Vətən müharibəsi zamanı azad edilən əraziləri (o cümlədən Şuşa şəhəri) istisna olmaqla, qalan bütün ərazisi sülhməramlılaın nəzarət zonasıdır.
 
Çox vacib məsələ isə odur ki, yeni yol sayəsində bizim camaat sülhməramlıların müşayiəti və hər hansı xüsusi yoxlama tədbiri, hər hansı xüsusi qrafik olmadam cənubdan Laçın rayonuna keçə və geri qayıda biləcək. Sülhməramlıların postu olacaq, lakin onlar yoxlama aparmadan sadəcə nəzarət edəcəklər ki, insidentlər olmasın. Yollarımız kəsişmir, çünki körpü həm də qovşaqdır, bizim camaat körpünün altından, onlar üstündən hərəkət edəcəklər (bu rejim yaxın günlərdə tətbiq ediləcək)…”
 
Hörmətli ekspertin qeyd etdiyi kimi, sülhməramlıların yeni yol boyu nəzarət edəcəyi ərazinin parametrləri ilə bağlı məsələ, hələ ki, açıqdır. Bunun əvvəlki kimi 5 km-lik (yolun hər iki tərəfinə 2,5 km olmaqla) zona, yoxsa sadəcə yolboyu daha kiçik bir zona olacağı məlum deyil…
 
Ötən şərhlərimizdə nəzərdən qaçırdığımız nüans da  məhz alternativ yolla bağlıdır. Əvvəla, bir daha xatırlatmaq yerinə düşər: dövlət başçısının son çıxışlarından birində Laçın dəhlizi yox, Laçın yolu ifadəsi işlətməsi, həmçinin bəzi hakimiyyət rəsmilərinin telekanallarda müzakirələr zamanı “10 noyabr bəyanatına görə də alternativ yola dəhliz statusu verilə bilməməsi” söyləməsindən belə nəticəyə gəlinir ki, artıq Qarabağdan Ermənistana yeni yolun dəhliz statusu alacağından danışmaq yersizdir.  Digər tərəfdən,  məsələ ondadır ki, Şuşa rayonunun Şuşa şəhəri və Daşaltı kəndi istisna olmaqla qalan bütün ərazisi 10 noyabr razılaşmasına əsasən Rusiya hərbi kontingentinin nəzarəti altındadır. Odur ki, alternativ yolun keçdiyi Şuşa rayonunun Onverst, Böyük və Kiçik Qaladərəsi kəndləri ərazisində artıq dəhliz yaratmağa ehtiyac yoxdur. Bu səbəbdən  Kiçik Qaladərəsindən, yəni alternativ yoldan  Laçın rayonunun qonşu Ağanus kəndi istiqamətində də 2,5 km-lik zolaqdan danışmaq məqsədəuyğun deyil. Çünki razılaşmaya əsasən dəhliz Şuşa ərazisindən deyil,  yalnız yolun Laçın rayonu ərazisindən keçən hissəsində verilə bilər. Şuşa rayonunun əksər hissəsi, o cümlədən Böyük və Kiçik Qaladərəsi kəndləri, həmçinin hər iki kənddən Laçın rayonu ilə sərhədə, yəni İrçan və Cəmbərəxaç kəndləri ərazisinə qədər hava xətti ilə 5-6 km-lik enindəki ərazi də Rusiya hərbçilərinin nəzarətindədir. Şuşa, yaxud keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Laçın rayonlarının sərhədi Laçının Unannovu kəndi yaxınlığından keçir. Yəni  yeni yolda dəhliz olsa belə, məhz həmin ərazidən başlamalı və  Ermənistanla sərhəddə - Həkəri çayının o tayında bitməlidir. Bir sözlə,  alternativ yolun  Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsi boyu “dəhliz” anlayışı keçərsizdir… Bu mənada hayların avqustun əvvəlində Laçın şəhəri və Zabux, Aşağı Sus kəndlərindən hayların çıxarılması məsələsi gündəmə gəldikdən az sonra iddia etdiyi Ağanus, eləcə də Kəravuz və Fətəlipəyə kəndlərinin heç biri Rusiyanın “sülhməramlı” kontingentinin nəzarətində qala bilməz. Və həmin məntəqələr Rusiya tərəfindən qeyd-şərtsiz Azərbaycan dövlətinin nəzarət və yurisdiksiyasına qaytarılmalıdır… 
 
Yeni alternativ yola dəhliz statusu verilməsi, üstəlik, Şuşa və Laçın rayonları ərazilərinin kəsişməsində də belə bir dəhlizin yaradılması Azərbaycanın strateji maraqlarına da böyük zərbə olar. Çünki yolun keçdiyi Kiçik Qaladərəsindən 2,5 km-lik məsafə Qubadlı-Laçın yolu yaxınlığındakı Tavanevi adlanan əraziyə -keçmiş Yevlax-Laçın-Ermənistan-Naxçıvan qaz kəmərinin keçdiyi yola düşür ki, oradan həmin yola məsafə təxminən 500 metr, Şuşa-Laçın yoluna 1500 metr, Laçın şəhərinə isə təxminən 2000 metrdir. Bu isə o deməkdir ki, həm Qubadlı-Laçın, həm də Şuşa-Laçın yolları yenidən Rusiya hərbi kontingentinin və dolayısıyla hay separatçı və terrorçularının nəzarətində qalır…
 
Onu da nəzərə almaq gərəkdir ki, Ağanus kəndi ərazisindəki Ağdaş yüksəkliyində (1784 m) “Azersell” mobil operatorunun rabitə qülləsi qurulub və  yanında Azərbaycan ordusunun hərbi birləşməsi yerləşdirilib.  Bu yüksəklikdən nəinki Kiçik Qaladərəsi kəndi və alternativ yolun böyük bir hissəsini,  həm də Laçın şəhərini, hazırkı Şuşa-Laçın yolunu, həmin yol yanındakı ermənilər yaşayan Böyük Qaladərəsi, Onverst, Göytala və s. kəndlərini, həm Qubadlı-Laçın yolunu,  eyni zamanda Ermənistan ərazisindəki Dığ, Gorunzur kəndlərini nəzarətdə saxlamaq mümkündür...  Azərbaycan nəyə görə "sülhməramlı"ların tələbini və hayların nazını nəzərə alıb öz ordusunun dislokasiya yerini dəyişdirməli və belə bir yüksəkliyi əldən verməlidir?..
Və səhər saatlarında xəbər verdiyimiz kimi, Laçında 30 ildən çox qanunsuz məskunlaşmış hayların keçmiş qanunsuz "mer"i Narek Aleksanyan dünən – avqustun 29-da, sözsüz ki, Rusiya tərəfinin dolayı diqtəsi ilə belə bir sərsəm mülahizə çərənləyib:
 
“Laçın rayonunda 3 yaşayış məntəqəsi yeni dəhlizə düşür. Diplomatiyamız yaxşı işləsə, o zaman bu 3 məntəqəni köçkün ermənilərlə məskunlaşdırmaq mümkün olacaq…"
 
Separatçı rejim mənsubu, yəqin ki, 3 kənd dedikdə, hayların məskunlaşdığı Böyük və Kiçik Qaladərəsi kəndlərinə digərlərindən daha yaxın olan Ağanus, Unannovu və Mığıdərə kəndlərini nəzərdə tutur. Bu da ondan irəli gəlir ki, Rusiya hərbi kontingentinin komandanı A.Volkov Xankəndində separatçı ünsürlərlə son görüşündə alternativ yolda da 5 km-lik dəhliz prinsipinin qalacağına söz verib... 
 
Öncə dediyimiz kimi, 10 noyabr razılaşmasına əsasən ədalət və məntiqlə yanaşdıqda, Ağanus kəndinin də dəhliz ərazisinə salınması doğru deyil. Ağanus kəndinin Turşsu adlanan aşağı hissəsi, Fətəlipəyə və Kəravuz kəndləri isə hətta yeni yol ətrafında  dəhliz olacağı təqdirdə belə, həmin yoldan 2,5 km-dən uzaq məsafədə yerləşirlər…Laçın  rayonunun alternativ yol ətrafındakı Unannovu, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf  və s. kəndlərinə, gəldikdə isə, Azərbaycan tərəfi möhkəm dayansa və 10 noyabr üçtərəfli razılaşmasına zidd olaraq son iki ilə yaxın müddətdə nəinki dəhliz, heç bir cığır da verilməmiş Zəngəzur dəhlizi məsələsini də ortaya qoysa, bu yaşayış məntəqələri də Azərbaycanın nəzarətində qalmalıdır. Rusiya hərbçiləri uzaqbaşı yeni yola və həmin yolun ərazisindən keçdiyi Qayğı qəsəbəsinə nəzarət edə bilər. “Sülhməramlı”ların alternativ yol üzərindəki 1-ci nəzarət-buraxılış və müşahidə postu isə Həkəri çayı üzərindəki körpünün o tayında,  yəni Ermənistanla Gorunzur(Kornidzor) kəndi ərazisindəki sərhədimizdə olmalıdır. Lakin həmin ərazidə paralel olaraq Azərbaycanın da sərhəd, gömrük və s. qurumlarının da postları yerləşdirilməlidir ki, köhnə yolla olduğu kimi, yenidən Xankəndi istiqamətində silah-sursat və terrorçu, hərbçi daşınması baş verməsin…
Həmçinin Rusiya hərbi kontingenti artıq Qubadlı-Laçın yolundakı yəni köhnə Şivid kəndi, Fətəlipəyə və Ağanus-Turşsu ərazisindəki postlarını da yığışdırmalıdır ki, artıq Azərbaycan vətəndaşları bu məntəqələrdən keçən köhnə Qubadlı-Laçın yoluyla sərbəst hərəkət edə bilsin...
 
Və sonda:
 
Maraqlıdır ki, hamı torpaqlarımızı işğal edərək kəndlərimizdə qanunsuz məskunlaşmış hayların nazı ilə oynayır, onlara köçmək üçün on günlərlə vaxt verilir, yenidən Qarabağda- Azərbaycan torpaqlarında məskunlaşmalarına icazə verilir, amma köhnə Laçın dəhlizində olmuş Ağanus, Kəravuz, Fətəlipəyə kəndlərinin, eləcə də yeni yol ətrafındakı Unannovu, Mığıdərə, Dəyirmanyanı, Məlikpəyə, Malxələf  və s. kəndlərinin 30 ildən artıq didərgin həyatı sürən əsil sakinlərinə dogma yurdlarının taleyi barədə dürüst bir məlumat verən yoxdur…
 
Sultan Laçın
 
Oxşar xəbərlər
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
GÜNLÜK
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 13:59
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
28 Mar 2024 | 14:10
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
28 Mar 2024 | 14:30
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
28 Mar 2024 | 14:10
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"