Fransa və Almaniya rusiyalı turistlərə viza qadağasına dəstək verməyəcək...
Ekskluziv
4466
28 Aug 2022 | 21:32

Fransa və Almaniya rusiyalı turistlərə viza qadağasına dəstək verməyəcək...

"Bütün rusiyalıların Avropa İttifaqına girişinə qadağa qoyulması yaxşı ideya deyil..." 
 
"Demokratik sistemlərin həyat təcrübəsi gələcək nəsillər üçün dəyişdirici gücə malikdir..."
 
Fransa və Almaniya bəyan edib ki, Avropa İttifaqı hökumətlə bağlı olmayan (xüsusilə tələbələrə, incəsənət xadimlərinə, alimlərə və mütəxəssislərə), Baltikyanı ölkələr və Finlandiya da daxil olmaqla Rusiya ilə qonşu olan ölkələrin rusiyalı turistlərin girişinə qadağa qoyulması tələbləri fonunda, rusiyalılara vizalar verilməsini davam etməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat verib.
 
"Bu konteksdə bəzi üzv dövlətlərin narahatlığını anlayaraq, biz demokratik sistemlərdə həyat təcrübəsinin, xüsusilə gələcək nəsillər üçün dəyişdirici gücünü lazımınca dəyərləndirməliyik", - iki ölkənin Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin Praqada görüşü ərəfəsində qəbul etdikləri birgə bəyanatında belə deyilir.
 
Bundan öncə Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Jozef Borrel bəyan edib ki, bütün rusiyalıların girişinə qadağa qoyulması "yaxşı ideya deyil", bu zaman böyük sayda Rusiya vətəndaşlarının ölkəni tərk etmək istədiklərini qeyd edib.
 
Nazirlərin müzakirə edəcəyi gözlənilən güzəştli planlardan biri ondan ibarətdir ki, rusiyalılar qısamüddətli şengen vizaları almaq üçün əlavə sənədlər toplamalı, daha çox gözləməli və daha çox ödəniş etməlidir.
 
Avropa İttifaqı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bir sıra viza məhdudiyyətləri, o cümlədən Rusiyanın rəsmi şəxsləri üçün viza rejiminin sadələşdirilməsi barədə saziışin qismən dayandırılmasını tətbiq edib.
 
Avropa İttifaqının bəzi üzvləri birtərəfli qaydada  tədbirlər görüb. Estoniya rusiyalılara verilən vizaları əngəlləyib. Finlandiya turist vizalarının verilməsinə sərt məhdidiyyətlər qoyaraq, onları əvvəllər verilən vizaların sayından 10 faizədək azaldıb.
 
Baltikyanı ölkələrin liderləri anladıb ki, Avropa İttifaqı qətiyyətli cavab verməzsə, onlar Rusiya vizalarının verilməsinə regional qadağa qoyulmasına nail ola biləcəklər.
Link kopyalandı!
Son xəbərlər