Bizi sosial şəbəkələrdən izləyin:
"Moderna" korporasiyası "Pfayzer" və "Biontex" şirkətlərini birgə peyvənd istehsalında patent hüquqlarının pozulmasında ittiham edir..."
"Biz pandemiyadan xeyli öncə mRNT-peyvəndlərinin yaradılmasına milyardlarla dollar vəsait yatırmışıq..."
"Moderna" biotexnoloji korporasiyası "Pfayzer" və "Biontex" şirkətləri barədə Amerika və Almaniya məhkəmələrində iddia qaldıraraq, onları koronavirus əleyhinı birgə peyvənd istehsalında patent hüquqlarının pozulmasında ittiham edib.
Moderator.az xəbər verir ki, bu barədə korporasiyanın yaydığı bəyanatda deyilir.
"Biz bu iddiaları pandemiyadan xeyli öncə milyardlarla dollar vəsait yatırtdığımız mRNT-peyvəndlərinin innovasiya texnoloji platformasını qorumaq üçün qaldırırıq.
Biz hesab edirik ki, "Pfayzer" və "Biontex" şirkətləri "Moderna"nın texnologiyalarının iki başlıca xüsusiyyətini qanunsuz olaraq təqlid edib (kopyalayıb) və onlardan icazəsiz istifadə etməkdə davam edir", - bəyanatda belə deyilir.
"Moderna"nın rəhbərliyi iddia edir ki, pandemiya başlananda nə "Pfayzer"in, nə də "Biontex"in yoluxucu xəstəliklər əleyhinə mRNT-peyvəndlərinin yaradılmasında bu şirkət kimi təcrübəsi olmayıb.
Məlumatda deyilir ki, 2020-ci ilin oktyabrında şirkət koronavirus pandemiyasının sonunadək peyvənd patentlərinə riayət edilməsini izləməyəcəyini vəd edib.
Lakin 2022-ci ildə vəziyyət dəyişib.
"Moderna" bəyan edib ki, "Pfayzer" və "Biontex'" peyvəndlərinin yayılmasına qadağa qoymağa nail olmaq niyyətində deyil, çünki onlar pandemiya zamanı həyati əhəmiyyət kəsb edir, lakin öz texnologiyasından istifadəyə görə kompensasiya tələb edir.