Lvovda futbol tarixində tamaşaçılarsız, raket və bomba hücumu altında oyun keçirilib...
3631
25 Aug 2022 | 18:53

Lvovda futbol tarixində tamaşaçılarsız, raket və bomba hücumu altında oyun keçirilib...

Ukraynanın Gənclər və İdman Nazirliyi futbol oyunlarının keçirilməsinə dair Təlimat hazırlayıb...
 
"Oyunlar tamaçılar olmadan keçirilməli, bomba sığınacaqları futbol meydançasından 500 metrdən çox olmayan məsafədə yerləşməlidir"
 
Avqustun 24-də Lvovda, demək olar ki, futbol tarixində ən qeyri-adi oyun keçirilib.
 
Ukrayna premyer-liqasının ilk turunda yerli "Ruh" və Xarkovun "Metallist" komandaları arasında keçirilən oyun üç dəfə raket atəşləri ilə bağlı həyəcan siqnalı səbəbindən dayandırılmalı olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Gənclər və İdman Nazirliyi məlumat yayıb.
 
Birinci dəfə fasiləyə bir dəqiqə qalmış oyun dayandırılıb.
 
Komandalar təxminən bir saat sığınacaqda olub, bundan sonra meydana qayıdıb, bir dəqiqəni oynayandan sonra istirahətə yollanıb.
 
İkinci dəfə Lvovda oyunun 52-ci dəqiqəsində həyəcan siqnalı verilib. 
 
Oyunçular və hakimlər briqadası 70 dəqiqəni sığınacaqda keçirib. 
 
Oyunun 78-ci dəqiqəsində yenidən həyəcan siqnalı ilə oyun üçüncü dəfə təxirə salınıb.
 
Hər dəfə məcburi fasilə zamanı oyunçular beş dəqiqəlik məşq edib.
 
Qonaqlar 2:1 hesabı ilə qalib gəlib. 
 
Nöbvəti mövsümün açılışı ərəfəsində Ukraynanın elit divizionunda Gənclər və İdman Nazirliyi yarışların keşirilməsinə dair polis və müdafiə nazirliyi ilə razılaşdırılmış təlimat dərc edib.
 
Təlimata görə, oyunlar tamaşaçılar olmadan keçiriləcək, təşkilatçılar təxliyə planı hazırlamağa və dövlət təhlükəsizliyi standartlarına uyğun olan və oyun iştirakçiları, ob cümlədən hakimlər briqadası yerləşə bilən bomba sığınacaqlarını hazır vəziyyətə gətirməyə borcludur.
 
Bomba sığınacaqları futbol meydançasından 500 m-dən çox olmayan məsafədə yerləşməlidir.
Link kopyalandı!
Son xəbərlər