Ekskluziv
2973
24 Aug 2022 | 20:14

"Belə qəddarlıq Əfqanıstanın cəhənnəmində də olmayıb..."

"Bu müharibənin dəhşətli barbarlığı ilə modern olması arasında təzad adamı heyrətə gətirir..."
 
"Bu gün supertexnoloji silah ən arxaik və cinayətkar rejimə xidmət edir..."
 
"Bu gün Rusiya prezidenti Vladimir Putin mənim üçün faşizmin təcəssümüdür və ona qalib gəlmək lazımdır..."
 
"Putin təkcə Ukrayna üçün deyil, bütün sivilizasiya üçün təhlükə törədir..."
 
Məşhur rejissor Putinin təcavüzündən dəhşətə gəlib...
 
Məşhur fransız filosofu, rejissoru və dramaturqu Bernar-Anri Levi Ukraynaya gələrək, öz gözlərilə Rusiyanın təcavüzünü görəndən sonra "Nədən Ukrayna?" ("Pourquol L'Ukraine?") adlı sənədli film çəkib.
 
Film Ukraynanın Rusiya və Vladimir Putinin rejiminə qarşı səkkiz illik müqavimətinə həsr edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Nastoyaşşeye vremya" ("İndiki zaman") nəşrinə müsahibəsində məlumat verib.
 
Kinematoqrafçı bəyan edib ki, belə qəddarlığı heç bir yerdə görməyib, hərşənd, Əfqanıstan "cəhənnəmində" və Banladeşdə olub.
 
"Bu müharibənin dəhşətli barbarlığı ilə modern olması arasında təzad adamı heyrətə gətirir. 
 
Qəddarlığı və antihumanistliyi mən əvvəllər də müşahidə etmişəm, məsələn, Darfurda, Əfqanıstanda və ya Banqladeşdə. 
 
Lakin belə qəddarlığı, eyni zamanda yüksək texnoloji silahlanma ilə mən öz həyatımda heç vaxt görməmişəm.
 
Bu gün supertexnoloji silah ən arxaik və cinayətkar rejimə xidmət edir. Ona görə də biz Buçada, Mariupolda, Yelenovkada faciələri müşahidə edirik. Ukraynadakı müharibənin xüsusiyyəti bundan ibarətdir", - rejissor deyib.
 
O, əlavə edib ki, Ukraynada gördüklərindən sonra Rusiya prezidenti onun üçün faşizmin təcəssününə çevrilib.
 
"Bu gün Rusiya prezidenti Vladimir Putin mənim üçün müasir faşizmin təcəssümüdür və ona qalib gəlmək lazımdır. 
 
Mənim yazdıqlarım və çəkdiklərim mənin onunla mübarizə üsulumdur, çünki, zənnimcə, Putin təkcə Ukrayna üçün deyil, bütövlükdə, sivilizasiya üçün təhlükə törədir", - kinematoqrafçı əmin edib.
 
Nəşr məlumat verib ki "Nədən Ukrayna?" filminə bu ilin payızında baxmaq mümkün olacaq.
 
Levinin 2014-cü ilin Maydan hadisələri zamanı çəkdiyi kadrlar, habelə son aylar müşahidə etdiyi və qeydə aldığı hadisələr-Nikolayev ətrafında müdafiə, Buçada kütləvi qətllər və insanlığa qarşı cinayətlərin nəticələri, Kiyevin müdafiəsi və Odessanın müqaviməti filmə daxil edilib.
 
Bu, Levinin birinci filmi deyil. Dramaturq və filosof dünyanın bir çox müharibələrini lentə alıb. O, Əfqanıstanda, Suriyada və İraqda olub, Balkanlarda müharibənin şahidi olub, lakin o, əmindir ki, məhz Ukraynada bu gün Avropanın və bütün Avropa sivilizasiyasının gələcəyi həll edilir. 
 
Rejissor həmçinin bütün dünyanı Rusiyanın təcavüzünü və şəxsən Vladimir Putini dayandırmağa çağırış edib.
Link kopyalandı!
Son xəbərlər