Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynanın dünən axşam saatlarında atəşə tutulmuş Xarkov şəhəri bu gün səhər yenidən raket zərbələrinə məruz qalıb.
Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
"Sloboda rayonunun səhər saatlarında atəşə tutulması nəticəsində yaralananların sayı 18-ə çatıb, 1 nəfər ölüb. Şəhərin Saltovski rayonunun axşam saatlarında atəşə tutulmasından sonra zərərçəkmişlərin sayı da 20-yə çatıb"- yerli vaxtla saat 07:16-da Xarkov VHA-nın rəhbəri Oleq Sinegubov və Xarkov vilayəti üzrə Dövlət Fövqəladə Hallar Xidmətinin yaydığı məlumatda belə deyilir.
"Səhər saatlarında rus işğalçıları Xarkov şəhərinin Sloboda rayonundakı yataqxanaya zərbə vurublar. Hazırda 2-si uşaq olmaqla 18 nəfər yaralanıb, 1 nəfər ölüb.
Rusiya terrorunun sərhədi yoxdur!" -Sinegubov belə deyib.
Rusiya qoşunları dünən axşam saatlarından etibarən Xarkov şəhərinin üç rayonunu atəşə tutub.
Avqustun 17-də axşam şəhərin Saltovski rayonu atəşə tutulub və eşitmə-danışma qüsurlu insanların yaşadığı yataqxanaya zərbə endiriblər. Bildirilir ki, həmin adamlar həyəcan siqnalını da eşitməyə bilərdi. Bəzi məlumatlara görə, zərbə "İsgəndər" raketi ilə endirilib.
Ukrayna Fövqəladə Hallar Nazirliyinin Dövlət Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, saat 23:38-də yanğın lokallaşdırılıb, səhər saatlarında ayrı-ayrı yanğınların söndürülməsi və dağıntılar altında olan şəxslərin axtarışı davam etdirilir.
İlkin məlumatlara görə, yaşayış binasının dağılması nəticəsində 7 nəfər ölüb, 20 nəfər xəsarət alıb, onlardan 4 nəfəri Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.
Sultan Laçın