“Qarabağda Hacı Molla Şükür qədər hörmət və nüfuz qazanmış şəxslər az olub...”
Oxunub: 4218
16 Aug 2022 | 10:15
“Qarabağda Hacı Molla Şükür qədər hörmət və nüfuz qazanmış şəxslər az olub...”
“Şuşanı qoyub gedə bilmirdim. Elə bil, yaxamdan yapışıb mənə deyirdilər: “Göhər ağa meçidini qoyuf hara gedirsən?!. Bu meçiddə Hacaxundun ruhu dolaşır... Hacaxundu qoyuf hara gedirsən?!.”
 
“Geriyə bax, qoca!”, “Yəhərə bağlanmış kəfən” adlı tarixi romanların müəllifi olan Əslixan Hüseynoğlunun XIX-XX əsrlərdə yaşamış, Qarabağ, Zəngəzur və digər mahallarda nüfuzlu ağsaqqal, tanınmış din xadimi, hikmət sahibi kimi yaddaşlara həkk olunmuş Hacı Axund Molla Şükür haqqındakı “Hacı Axund Molla Şükür kim idi?..”  başlıqlı məqaləsində hazırkı Şuşa və Laçın ərazisində yüz illər boyu yaşamış Azərbaycan tayfaları, onların mənşəyi, dili haqqında maraqlı faktlara da toxunulur. 
 
Aktuallığını nəzərə alaraq məqaləni olduğu kimi dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
Bizim ulu babamız  Məhərrəm Bağırbəylinin dövlətli, eldə sayılıb-seçilən kişilərindən biri imiş. Onun Hüseyn, Alıkişi, Nəcəfqulu, Şükür və Həsənxan adlı beş oğlu, Xırda və Pəri adlı iki qızı olub. Və onların hamısı da Zəngəzurda – Ağanus kəndində (nə Şuşada, nə də Alxaslıda) doğulub.
    
“...Bizim nəslin Qarabağda və eləcə də ətraf mahallarda tanınıb şöhrət, ad-san qazanması ən çox Məhərrəm babamızın dördüncü oğlu Axund Hacı Molla Şükürün adı ilə bağlıdır.
     
Şükür 1820-1821-ci illərdə Ağanus kəndində anadan olmuşdur. Məhərrəm kişi özü savad almasa da, heç olmasa uşaqlarından birini oxutmaq istəyirmiş. O, 7-8 yaşlı Şükürü Şividə (Şivid - Bağırbəylinin baş kəndi idi - Ə.H.) aparıb mollaxanaya qoyur. O vaxtlar Şividdə bir çox oxumuş adamlar – mollalar yaşayırmışlar. Orada məscid, mollaxana varmış. Bağırbəylidə böyük nüfüz, hörmət-izzət sahibi olan mollalar elin ağsaqqalı hesab olunurmuşlar: Molla Abbas, Axund Məhəmməd, Molla Möhsün, Molla Rəhim, Molla Şükür, Molla Məcid kimi...
    
Şükürün oxumağa çox böyük həvəsi varmış. Uşaq yaşlarından xüsusi fitri qabiliyyətə sahib olan Şükür dini elmlərə yiyələndikcə, müqəddəs kəlamları qavradıqca, uşaq dünyasında yeni, bitib-tükınməz arzular yaranır, sonsuz üfüqlər açılır, qəlbi nurla işıqlanır. O, bütün varlığı ilə Ulu Yaradana bağlanır. Bu bağlılıq, ilahi nur bütün ömrü boyunca onu bir an belə tərk eləmir, həyat yolunu müəyyənləşdirir...
    
Bir neçə ildən sonra Şükür mollaxananı başa vurur. Ancaq bu, onunçün kifayət deyilmiş. Şükür axıradək təhsil almaq, müqəddəs məkanları görmək istəyirmiş. O vaxtadək ona bəlli olmayan və onu rahat buraxmayan dəruni bir səs, gizli və sonsuz bir həvəs Şükürü hey səsləyir, çəkib aparmaq istəyirmiş. O, arzusunu bir neçə dəfə atasına bildirsə də, onu razı salmaq üşün yalvarıb-yaxarsa da, heç bir faydası olmur...
    
Xeyrənsə Şükürü xüsusi bir ana məhəbbəti ilə sevir, onu uşaqlarının hamısından fərqləndirirmiş. Artıq yeniyetmə yaşlarında olan oğlunun gözlərindəki məsumluq, sakit, həlim təbiətli olması, əliaçıqlığı, hamıya qayğı göstərməsi, ağıllı, ölçülüb-biçilmiş hərəkətləri, təmizkarlığı, ədəb-ərkanı daim gözləməsi və özündən böyük qardaşlarından da bunu tələb etməsi ana qəlbində böyük bir qürur, istək doğururmuş. Şükür də həyatında hamıdan çox anasını sevirmiş. Buna görə də sonralar yeganə qızına anasının adını qoyur, özü də, heç zaman onu öz adı ilə çağırmır, ona “nənə” deyir” (“Geriyə bax, qoca!” romanından)...
    
Yazın əvvəllərində (O zaman Şükürün on üç-on dörd yaşı varmış) Həcc ziyarətinə gedənlərin ilk dəstələri görünəndə Şükür həmişə olduğu kimi, səhər tezdən yatağından qalxır, anasının gizlincə ona verdiyi pulları götürür, ana-bala xəlvətcə vidalaşırlar və o, sürünü qabağına qatıb örüşə aparır. O, Duzlaq deyilən yerdə qoyun-quzu otaran çobanların yanına gəlib özlərinin qoyunlarını da onlara tapşırır və oradan uzaqlaşıb Şuşadan Xudafərin körpüsünə gedən qədim karvan yolu üzərində dayanaraq zəvvarları gözləyir...
    
Şükür əvvəl Bağdadda, sonra da Nəcəfdə ruhani məktəblərində oxuyub ali təhsil alır, ərəb və fars dillərini mükəmməl öyrənir, müqəddəs yerləri ziyarət edir. O illərdə Hacı Axund xeyli maddi çətinliklər də çəkmişdir. Həmin dövrdə orada oxuyan qüzey azərbaycanlı tələbə dostları ona maddi köməkliklər göstərmişlər...
     
“Ona bir qardaş kimi yaxından köməklik göstərən adamlardan biri də o zaman orada təhsil alan əmircanlı Mirzə Əbu Turab olur. Bu, həmin Əbu Turab imiş ki, sonralar Bakının bir sıra məscidlərinin axundu olmuş, dərin biliyi, xeyirxahlığı və mənəvi paklığı ilə camaat arasında elə bir hörmət qazanıbmış ki, məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyev vəsiyyət edibmiş ki, onu Əbu Turabın ayağı altında dəfn eləsinlər. (Onun vəsiyyətinə əməl olunmuşdur). Şükür dostu Əbu Turabı heç zaman unutmur, hətta sonralar oğlanlarından birinə onun adını qoyur” (həmin romandan).
    
Yəni, Hacı Axundun tələbəlik illərində dostluq elədiyi Hacı Ələsgər (?) deyil, əmircanlı Axund Əbu Turab idi. Onun adını öz oğluna qoyması da bunun sübutudur. Yoxsa, anadan təzəcə doğulmuş körpəyə Əbuturab (Turabın atası) adının qoyulması nə dərəcədə məntiqlidir?..
     
“Axund Hacı Molla Şükür” mövzusu ilə bağlı mənə danışılan bir hadisəni də xatırladım: bir gün qohumlarımızdan biri bu mövzuda məqalə yazmış bir müəllifə zəng vurub bəzi iradlarını bildirir. Müəllif nə desə yaxşıdı?.. “Onu mən yazmamışam, mənim adından yazıblar”. Bu yerdə yadıma mollanın bir lətifəsi düşür: bir gün molla bazarda haray-həşir salır ki, papağımı oğurlayıblar, verin mənim papağımı! Mollanın ətrafına yığışan adamlardan biri əlini onun başına doğru uzadıb, molla, bəs başındakı nədi, papağın başındadı da,- deyir. Molla heyrət və təəccüblə “A kişilər, bunu bura kim qoyub?”,- deyə sual edir.
    
Hacı Şükür 1850-ci ilin ortalarında qürbətdən vətənə qayıdır. Artıq onun atası da, anası da dünyadan köçmüşdü. Bağırbəylidə Hacı Şükürü  böyük təntənə və ehtiramla qarşılayırlar. Bütün el – cavanlı-qocalı onun görüşünə gəlir...
     
Bir neçə gün sonra Hacı Şükür Tiflisə- Qafqaz Müsəlmanlar İdarəsinə gedir. Qafqazın o zamankı şeyxülislamı Fazil İrəvani (1846-1862-ci illərdə  şeyxülislam olmuşdur) onu Şuşadakı məscidlərdən birinə axund təyin edir. Bunun hansı məscid olması barədə dəqiq məlumatımız yoxdur... 
    
Azərbaycan tarixçisi, M.P. Vaqif öldürüləndən sonra Qarabağ xanı İbrahimxəlil xanın baş vəziri olmuş Mirzə Camal Cavanşir Qarabaği 1848-ci ildə yazdığı “Qarabağ tarixi” əsərində Şuşa şəhərinin tarixi ilə bağlı göstərir ki, Pənahəli xan “islam tarixi ilə 1170, xristian tarixi ilə 1154-cü ildə (şərhçi düzəliş edib: 1170-ci il Miladi təqviminin 1756/57-ci illəridir) Şahbulağı qalasının sakinləri olan ailələri köçürüb bu qalanın içində yerləşdirdi. O vaxta qədər burada yaşayış evləri yox idi. Bura şərq tərəfdə, qalanın altı verstliyində yaşayan Şuşa kəndi əhalisinin əkin yeri və otlağı idi (Mirzə Camal Cavanşir Qarabaği “Qarabağ tarixi”, Bakı—1959, s.11). Bu yeni şəhərdə ilk bünvrəli məscidi 1768-1769-cu illərdə Qarabağ xanı İbrahimxəlil xan (atası Pənahəli xanın zamanında tikilmiş qamış məscidin yerində) inşa etdirmişdir. Həmin məscid 45-50 ildən sonra tədricən uçulub dağılmış, 1784/85-ci illərdə onu İbrahimxəlil xanın qızı Gövhər ağa öz vəsaiti hesabına təmir və bərpa etdirmişdir. Şəhərin mərkəzi meydanında yerləşən və memarlıq sənətimizin gözəl nümunələrindən olan bu məscid Gövhər ağa (Yuxarı Gövhər ağa) məscididir.
    
Şuşa şəhərində ümumilikdə on dörd məscid tikilmişdir. Bu o demək deyil ki, onların hamısı eyni vaxtda fəaliyyətdə idi. Hacı Molla Şükür axınd vəzifəsinə təyin ediləndə bu  məscidlərin bir çoxu yararlı vəziyyətdə deyildi. Şuşa şəhərində  bəzi müəlliflərin qeyd etdiyi kimi, “Təzə Pir” yox,“Təzə məhlə” məscidi olub. Və Hacı Axundun da bu məscidin axundu olması barədə məlumatımız yoxdur. Yaşlılardan, eləcə də dayımdan və anamdan eşitdiyim budur ki, o, ömrünün sonlarında Gövhər ağa məscidinin axundu imiş. Ehtimal etmək olar ki, elə məscidin təmirindən sonra bu vəzifəni icra etmişdir...
     
1999-cu ilin yayında Şuşada tanınmış şəxslərdən biri- 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd ərazisi üzərində vurulmuş helikopterdə Azərbaycanın digər dövlət xadimləri və ziyalıları ilə birgə həlak olmuş, rayonun ilk icra hakimiyyəti başçısı Vaqif Cəfərovun atası Cəfər kişinin yasına getmişdim. Şuşalı Sadıq kişini də ilk və son olaraq orada gördüm. Məclisdə çox adam (şuşalı) vardı. Yuxarıbaşda — adətən, mollanın oturduğu yerdə əyləşmiş orta boylu, nurani simalı, 60-65 yaşlarında olan bir adam Şuşanın işğal günündəki qaçaqaçdan, başını itirmiş mülki əhalinin düşdüyü ağır durumdan danışırdı. Mən onun bu yanğılı söhbətinin axırlarına çatmışdım: “...Əhali şəhərdən çıxanda mən getmədim, gedə bilmədim. Bir  turbanın içində gizdəndim...Bir gün orda qaldım. Şəhərdə mənnən başqa bir kimsə qalmamışdı... Şuşanı qoyub gedə bilmirdim. Elə bil, yaxamdan yapışıb mənə deyirdilər: “Göhər ağa meçidini qoyuf hara gedirsən?!. Bu meçiddə Hacaxundun ruhu dolaşır, divarrarında, hər küncündə-bucağında onun səsi qalıfdı. Hacaxundu qoyuf hara gedirsən?!.” Yanımda əyləşən adamlardan xəbər aldım ki, bu kişi kimdi? Dedilər ki, bu, Gövhər ağa məscidinin azançısı Sadıq kişidir...
     
Xatırladığım bu əhvalatda diqqət çəkən iki məqam vardır. Biri, Hacı Molla Şükürün Gövhər ağa məscidinin axundu olması barədə fikrin təsdiqi, ikincisi də bu imanlı kişinin qəlbində kök atmış Hacaxund sevgisi, yalnız müqəddəslərə, övliyalara göstərilə bilən dərin ehtiramın ifadəsidir... Baxın, tərk edilmiş şəhərdə tək-tənha qalıb bir turbanın içərisində gizlənən bu adam hər an əsir görürülə, öldürülə biləcəyini anlasa da, gedə bilmir. Onu getməyə qoymayan isə nə bu torpaq, nə doğma yurdu, nə ömrü boyu min əzabla qurduğu ev-eşiyi, nə də doğmalarını dəfn etdiyi məzarlıqdı. Sadıq kişini getməyə qoymayan Gövhər ağa məscididi, Hacaxundun əks-sədası bu məscidin divarlarında qalan səsidi, bu məsciddə dolaşan ruhudu...
    
Axund Molla Şükür Tiflisdən Şuşaya qayıtdıqdan sonra qardaşları yığışıb məsləhətləşirlər; ona ata malından pul, mal-heyvan ayırırlar. Sonra da bu heyvanları bazarlarda satdırıb, pulunu Hacı Şükürə verirlər ki, özünə ev tikdirsin. Axund Hacı Molla Şükür Şuşa şəhərində sonuncu salınmış “Təzə məhlə” deyilən məhəllədə özünə ürəyincə olan bir ev tikdirir. Evin içərisindəki xalça və gəbənin çoxunu da qardaş və bacıları gətirirlər...
    
“Hacı Molla Şükürün evi Cıdır düzünün yaxınlığında, sonralar kənd təsərrüfatı texikumunun binası olmuş Mirzalı bəyin evinə bitişikmiş. Bu ev on iki göz otaqdan, böyük bir zaldan ibarətmiş. Hacı Molla Şükür bu zalda camaatı qəbul edərmiş. Evin geniş həyəti uca hasara alınıbmış.   Həyətdə hacının öz əli ilə saldığı gözəl bağ-bağça, çoxlu gül kolları ilə bərabər bir qoz ağacı da varmış. O, bu ağaca xüsusi bir qayğı ilə qulluq edərmiş. Bir vaxtlar fidan olan bu ağac illər ötdükcə qol-budaq ataraq böyümüş, həyət-bacanı geniş çətiri altına alıbmış” (“Geriyə bax, qoca!” romandan)...
    
 
Güclü hafizəsi, möhkəm yaddaşı olan anam Nubar xanım babası Axund Molla Şükürü belə xatırlayırdı: “Hacağam (Hacı ağam)—nəvələri onu belə çağırırmışlar—hündürboylu, nəcim, göyçək bir kişi idi. Beli azca donqarlaşmışdı. İşıqlı sifəti, iri, aydın gözləri, nüfuzedici, mehriban baxışları vardı. Yəqin ki, o vədə kişinin yaşı yüzü haqlamış olardı. Ağappaq ağarmış uzun saqqalı nurani çöhrəsinə xüsusi bir yaraşıq verirdi. Uzun əba geyinər, başına araqçın qoyardı.
 
Onda mən balaça idim. Hacağam bizi çox sevərdi. O məni, Məhəmməd dayımın qızları Həvvanı və Səriyyəni öz otağına aparar, titrək əlləri ilə bizi götürüb dizləri üstünə qoyar, oxşayardı. Tüklü, iri əlləri, uzun barmaqları vardı.
    
Hacağamın otağı ayrıca idi. Heç kəsin icazəsiz bu otağa girməyə, oradakı əşyalara toxunmağa ixtiyarı yox idi. Onun həmişə üstündə oturduğu döşəkçənin yanında üst-üstə yığılmış çoxlu kitab olardı. Otağın bir tərəfində də divar boyunca taxtadan düzəldilmiş ayaqlıqların üstündə az qala tavana dəyən kitab qalaqları vardı. O, vaxtının çoxunu bu otaqda keçirərdi.
    
Qarabağın hər yerindən, hətta uzaq mahallardan da Hacağamın yanına çoxlu adamlar gələrdi. Gələnlərin heç biri, hətta yaxın adamları da onun otağına girə bilməzdi—qayda beləydi. Zalda oturub gözləyərdilər. Özü gəlib onları burada qəbul edərdi. Həm də çalışardı ki, heç kəsi naümid qaytarmasın. Çox zaman yanına gələn kasıblara, kimsəsiz adamlara əl tutar və “ən böyük savab budu!”—deyərdi. O, halal, pak, ədalətli, əliaçıq bir adam idi...
    
Hacağam evdə, ailədə ciddi adam idi, heç kim onun itaətindən çıxmağa cəsarət eləməzdi. Qaraqabaq adamdı. Onun ucadan güldüyünü heç vaxt görməmişdim. Şitliyi, ərköyün hərəkətləri xoşlamazdı” (“Geriyə bax, qoca!” romanından).
  
Övladları və gəlinləri Hacı Molla Şükürə “Ağa”, nəvələri “Hacağa”, qohumları “Hacı”, “Hacəmi”, Qarabağ camaatı “Hacaxund”, “Axund Hacı Şükür”, “Hacı Molla Şükür” deyirmişlər. Qarabağın tarixində camaat arasında Axund Hacı Molla Şükür qədər hörmət və nüfuz qazanmış şəxslər az olmuşdur. Mömin və dindar adamlar ona qeyri-adi bir şəxs, Allahın elçisi kimi inam və etiqad göstərmişlər. Yoxluğundan uzun bir zaman keçməsinə baxmayaraq, Bağırbəylinin yaşlı adamları məcburi köçkünlük ilinədək “Hacaxundun oxuduğu Qur’an haqqı”, “Hacaxundun oxuduğu qızıllı Qur’ana and olsun”—deyə, and içirdilər...  
    
(Davamı var)     
 
Əslixan Hüseynoğlu
 
Oxşar xəbərlər
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:13, Bu gün
Bakıda hoteldə yanğın başlayıb
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev