Bir ildə 346 gün ekspedisiya? – AMEA-da ilanı "Seyid Əhməd əli" ilə tutmağın sirləri...
Oxunub: 5508
15 Aug 2022 | 21:48
Bir ildə 346 gün ekspedisiya? – AMEA-da ilanı
AMEA-nın müxtəlif institutlarında baş verən qeyri-adi hadisələrin ictimailəşdirilməsi çoxlarını narahat etsə də, amma kimin ziyalı, kimin bu söz arxasında gizlənən intriqaçı olduğunu, hansı alimin elmimizə nə qədər fayda və ya zərər verdiyini aydınlaşdırmaq baxımından mətbuatın mövzunu vaxtaşırı gündəmə gətiməsi ümumi işin xeyrinədir.
 
Son vaxtlar AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu barədə yazılanlar bu elmi institut haqqında mənfi ictimai rəy yaradıb. Etiraf edək ki, institutun şöbə müdiri Nəcəf Müseyibli haqqında bu məlumatları əldə edənə qədər biz də bu alimin haqlı olduğu qənaətindəydik. Hesab edirdik ki, alim uzun illərdir çalışdığı institutda baş verənlərdən narahatdır. Ona görə də belə ürək yanğısı ilə institutun fəaliyyətini tənqid edir. Amma redaksiyamızın əldə etdiyi faktlardan sonra aydın oldu ki, Nəcəf Müseyiblinin bu yazıları heç də elmimizin inkişafına xidmət etmirmiş. Sən demə, alimin bu yazıları yazmaqda məqsədi onun qanunsuz əməllərini ortaya çıxarmada maraqlı olanları susdurmaq, əvvəllər olduğu kimi elm pərdəsi altında dövlət büdcəsinə sığal çəkmək imiş...
Hörmətli oxucu düşünəcək ki, alim hara, dövlət büdcəsini talamaq hara. Əziz oxucular! Bu yazını səbrlə sona qədər oxuyun. Oxuyun ki, elm pərdəsi altında ilanın Seyid Əhməd əli ilə necə tutulduğundan xəbərdar olasınız...
 
Əvvəla onu qeyd edək ki, yazıda gedən bütün məlumatlara görə məsuliyyət daşıyırıq və onların hamısı faktlara əsaslanır.
 
Nəcəf Müseyiblinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, onun baş direktoru professor Abbas Seyidov haqqında yazdığı bir neçə yazını oxuduq. Az qala orada yazılanlara inanmşdıq da. Amma bütün bunları araşdırmaq qərarına gəldik. Çünki N.Müseyiblinin yazılarındakı bir sıra məqamlar bizə şəxsi qərəzin nümunəsi kimi gəlirdi.
 
Nəcəf Müseyibli AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev haqqında (R.Mehdiyevin hansı yol tutması bu gün hamıya məlumdur. Bu, başqa mövzudur) yazdıqlarının çoxunda əvvəl bir neçə xoşagəlməz ifadə işlədir və sonra keçid edir baş direktora. Sanki, oxucuya əvvəldən təlqin edir ki, Abbas Seyidov Ramiz Mehdiyevin “kadrıdır”. Abbas Seyidov Ramiz Mehdiyev akademiyanın prezidenti olduğu dövrdə Nəcəf Müseyiblinin yanlış olaraq yazdığı kimi, bu instituta təyin edilməyib, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin ümumi yığıncağının 02 noyabr 2021-ci il tarixli iclasında baş direktor vəzifəsinə seçilib, AMEA Rəyasət Heyətinin 03 noyabr 2022-ci il tarixli (№ 18/23) Qərarı ilə institutun baş direktoru vəzifəsinə təsdiq edilib və AMEA prezidentinin 11 noyabr tarixli sərəncamı ilə AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsinə təyin edilib. Məlumdur ki, R.Mehdiyevin işlədiyi dövrdə çoxları müxtəlif vəzifələrə təyin olunub...
 
Yazı üzərində işlədiyimiz məqamda Nəcəf Müseyiblinin Ramiz Mehdiyevə tərif yağdırdığı bir neçə məqalə ilə tanış olduq. Məsələn, N.Müseyibli “Xalq qəzeti”nin 30 yanvar 2017-ci il tarixli sayında “Etnogenez tariximiz arxeoloji və paleoantropoloji tədqiqatlar kontekstində” adlı məqaləsində yazır: “...Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı proqram səciyyəli əsərində Azərbaycanın qədim dövr tarixinin bir sıra problem məsələləri ilə yanaşı azərbaycanlıların etnogenez tarixinin öyrənilməsinin zəruriliyini xüsusi vurğulamışdır.... Hörmətli akademik Ramiz Mehdiyev öz əsərlərində gətirdiyi sanballı faktlarla erməni ideoloqlarının bu saxta iddialarına tutarlı cavablar vermişdir...”.
 
“Əsl tarixi həqiqətlər məxəzlərdədir” adlı yazısında Nəcəf Müseyibli Ramiz Mehdiyevi göylərə qaldıraraq yazır: “...Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin bu yaxınlarda Moskvada nəşr olunmuş “Naqornıy Karabax: isteriya proçitannaya po istoçnikam” (Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix) adlı kitabı böyük əhəmiyyət kəsb edir... Lakin haqqında bəhs etdiyimiz kitabın əsas üstünlüklərindən biri ondan ibarətdir ki, onun müəllifi akademik Ramiz Mehdiyev həm konfliktin tarixi köklərini dərindən bilən görkəmli alim, həm də tanınmış dövlət xadimi, təcrübəli siyasətçidir....” (Azpress.az, 28.10.2014). 
 
Belə yazıların sayını artırmaq da olar. Fikrimizcə, kifayətdir. Görünür, Nəcəf Müseyibli gələcəkdə Ramiz Mehdiyevdən özü üçün daha böyük vəzifələr gözlədiyindən bu tərifləri yağdırmaqla məşğul olub. 
 
Bu tərifləri yağdıran Nəcəf Müseyibli sonradan Ramiz Mehdiyevi tənqid edənlərin cərgəsinə qoşulub. Maraqlıdır, görəsən Ramiz Mehdiyevi sərt tənqid edən Nəcəf Müseyibli Mehdiyev istefa verdikdən sonra onunla niyə görüşüb?  Yəqin ki, o, bu yazıdan sonra da Mehdiyevlə görüşünün səbəblərini açıqlamayacaq. Hətta belə bir görüşü inkar edəcək. 
 
Nəcəf Müseyibli  03.02.2022-ci il tarixdə aznews.az portalında dərc edilən “Ramiz Mehdiyevin saxtakar müdafıəçisinə!” adlı məqaləsində yazır: “...Mənim öz ərizəmlə direktor müavini vəzifəsini tərk edərək şöbə müdiri vəzifəsinə keçməyimin səbəbi odur ki, əvvəllər heç bir vaxt adi şöbə müdiri işləməyən, elmi-təşkilati idarəçilik təcrübəsi olmayan Abbas Seyidov baş direktor təyin edilmişdi və mən də elmdə və elmi-təşkilati işlərdə məndən qat-qat aşağı səviyyədə olan birisinin bilavasitə tabeçiliyində işləyə bilməzdim. Bu, mənim üçün təhqir olardı...”.
Araşdırmamızdan məlum oldu ki, N.Müseyibli hal-hazırda Abbas Seyidovun rəhbərlik etdiyi institutda işləyir və əvvəlki vəzifəsindən (elmi işlər üzrə direktor müavini) aşağı vəzifədə - şöbə müdiri. Əgər bu institutda işləmək təhqirdirsə, Nəcəf Müseyibli niyə orada daha aşağı vəzifədə işləməklə razılaşıb? Görünən odur ki, Müseyiblinin dərdi həmin instituta rəhbərlik etmək imiş. Burda məqsəd isə elmə fayda vermək deyil, daha çox qazanmaq idi. Elə bilərsiniz bəlkə elmi qazancdan bəhs edirik. Qətiyyən. Söhbət müxtəlif yollarla varlanmaqdan, yəni daha çox gəlir əldə etməkdən gedir. Bu barədə bir az sonra.
 
Elə həmin portalda N.Müseyibli yazır ki, “...direktor olduğu halda özünə əlavə olaraq şöbə də açmışdır. Eyni zamanda əvvəlki əsas iş yerində - İqtisad Universitetində yarım ştat işçi kimi qalmışdır. Deməli, Abbas Seyidov özü 3 iş yerində işlədiyi halda, digərlərini işdən çıxarır...”.
 
Doğrusu, bu məsələ bizdə daha çox maraq doğurdu. Araşdırmamız oxucularımızı da təəccübləndirəcək. Bəli, A.Seyidov UNEC-də - yəni əvvəllər də uzun illər işlədiyi və kollektiv tərəfindən sevildiyi universitetdə 0,5 ştat əvəzçiliklə işləyir. Və həm də “Azərbaycanın son neolit və eneolit (xalkolit) dövrü şöbəsinə” rəhbərlik edib. Artıq üç aydır ki, şöbəyə dosent Xəqani Alməmmədov rəhbərlik edir. Amma A.Seyidov sonuncu vəzifəyə ictimai əsaslarla, təcrübəli alim kimi rəhbərlik edib, dövlət büdcəsindən bir qəpik belə almadan. O da məlum oldu ki, Nəcəf Müseyibli elmi işlər üzrə direktor müavini işlədiyi dövrdə, eyni zamanda şöbə müdiri olub və oradan əməkhaqqı alıb. Bunlar azmış kimi, 2009-2021-ci illərdə -  13 il ərzində 1656 gün (4.5 il) “ekspedisiya”larda olub. Onun rəhbəri olduğu ekspedisiyaya 588.120 manat vəsait ayrılıb ki, bu pullar N.Müseyiblinin əli ilə üzvlərə “paylanıb” (2021-ci ilin avqust ayından başlayaraq şəffaflığın təmin edilməsi üçün hər bir ekspedisiya üzvünün aylıq alacağı vəsait öz əməkhaqqı kartına keçirilir). Vəzifədə olduğu 16 ilin 4.5 ilini iş yerində olmadığı halda külli miqdarda vəsaitlə, aylıq əlavə əməkhaqqı, həmçinin şöbə müdirinin əməkhaqqısı ilə təmin olunub (Bu faktları təsdiq edən sənədləri əldə etmişik. Mübahisə yaranacağı təqdirdə aidiyyatı üzrə təqdim edə bilərik).
 
Elə illər olub ki, N.Müseyibli az qala bütün ili “ekspedisiyada” olub. Niyə institutda ondan başqa arxeoloq yox idi!? 
 
Nəcəf Müseyibli 2009-cu ildə 217 gün, 2010-cu ildə 209 gün, 2011-ci ildə 130 gün, 2012-ci ildə 123 gün, 2013-cü ildə 346 gün “ekspedisiyada” olub. Təsəvvürünüzə gətirin, bir ilimiz cəmi 365 gündür, Nəcəf Müseyibliyə isə 346 gün ekspedisiya yazılıb. Bu isə o deməkdir ki, Nəcəf Müsehyibli həmin ili Bakı şəhərində, AMEA-da demək olar ki, olmayıb. Amma institut əməkdaşları bunu təsdiqləmir. Adlarının açıqlanmasını istəməyən institut əməkdaşları bu illərdə onu əksər vaxtlarda institutda gördüklərini bildirirlər. Əgər alim institutda, öz iş otağında olubsa, bu 346 gün ekspedisiya nədir? Açığı alimin bir ildə 346 gün ekspedisiyada olması faktına inana bilməmişdik. Heç inanılası məsələ də deyil. Amma rəsmi sənədlərlə tanış olduqdan sonra Nəcəf Müseyiblinin doğrudan da  bir ildə 346 gün ekspedisiyada olduğunu dəqiqləşdirdik. Belə çıxır ki, Nəcəf Müseyibli bir il sərtamam Bakıdan kənarda, müxtəlif bölgələrdə evindən-eşiyindən uzaq araşdırmalarla məşğul olub. Nə “zəhmətkeş” alim imiş.  Tutaq ki, Müseyibli daha çox vəsait əldə etmək üçün bu qədər vaxtda ekspedisiyada olmaq istəyirdi. Bəs bu ekspedisiyalar üçün vəsaiti buraxan rəsmi şəxslər hara baxırdı? Belə çıxır ki, alim bir il ərzində istirahət günləri olmadan çalışıb? Hətta bayram günlərində də arxeoloji qazıntı aparıb? Bu fakt həm də əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Bu fakt həm də onu sübut edir ki, elm adı ilə dövlət büdcəsinin milyonlarla manat vəsaiti talan edilib. Bunun müabilində isə heç bir ciddi elmi nəticə əldə edilməyib. 
 
Hesablama Palatasının AMEA-da apardığı yoxlamalardan sonra Nəcəf Müseyibli 2014-cü ildə 143 gün, 2015-ci ildə isə 130 gün ekspedisiyada olub. Hesablama Palatasının yoxlamasından sonra ekspedisiyalara N.Müseyibli yox, onun yaxın adamlarından 3 nəfər rəhbərlik edib. N.Müseyibli isə qalan illərdə 60 günlük ekspedisiyalarla kifayətlənib. Həmin üçlükdən biri 9 ildə 1167 gün (3,2 il, ekspedisiyaya ayrılan 327.096 AZN-lə), digəri 5 ildə 584 gün (1,6 il, ekspedisiyaya ayrılan 181.750 AZN-lə), digəri son 7 ildə 755 gün (2 ildən artıq, ekspedisiyaya ayrılan 237.381 AZN-lə) ekspedisiyalarda olublar. 
 
Digər bir 2019-cu ilə aid sənədlə tanış olanda gördük ki, həmin ildə büdcədənkənar institututa daxil olan 120.000 AZN-dən artıq vəsaitin 86.400 AZN-i tələm-tələsik həmin üç nəfərin adına rəsmiləşdirilib və onların biri qayıtmamış ikincisi, üçüncüsü Gəncə-Qazax bölgəsində “ekspedisiyada” olub. Sual olunur: institutda həqiqətənmi bunlardan başqa arxeoloq olmayıb? Əlbəttə olub. Burada baş rolu N.Müseyibli təmsil edib. 
 
Bunlar azmış kimi, ayrı-ayrı illərdə Nəcəf Müseyibliyə yanvar ayından dekabrın 31-dək - “qısa bir zaman üçün” (nədir ki, 3 il 12 ay, iki il isə 5 və 10 ay) - 2016, 2017, 2018, 2019, 2020-ci illərdə əmək haqqının 50 faizi qədərində əlavə əməkhaqqı yazılıb. Araşdırmalar göstərir ki, bu adam iş yerində olub-olmamasından asılı olmayaraq, 5 il ardıcıl əlavə vəsait də alıb.
 
Maraqlısı odur ki, Nəcəf Müseyiblinin apardığı “arxeoloji tədqiqatların” əksəriyyətinin ünvanı dəqiq göstərilməyib. Məsələn, əmrlərdə göstərilir ki, Bərdə rayonu, Ağstafa rayonu, Gəncə rayonu ərazilərində və s. Konkret ünvanın olmaması cinayətdir. Bəs bu alim harda tədqiqat aparıb? Hansı abidədə arxeoloji qazıntı işləri həyata keçirilib? Tədqiqatlar nəticəsində hansı elm yeniliklər əldə edilib? Tədqiqat yerinin ünvanı necə göstərilməyə bilər?
 
Hələ bu, harasıdır. 2012-ci ildə N.Müseyiblinin rəhbərliyi ilə Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonları ərazilərində yerləşən qədim qəbr abidələrindən (abidənin yeri haqqında məlumat vermir) e.ə. I minilliyin birinci yarısına aid qızıldan və tuncdan hazırlanan bir cüt sırğa, üzük, armudvari və boruşəkilli muncuqlar və asma bəzək əşyaları aşkar edilib. Müseyibli bu qızıl əşyalar haqqında 2018-ci ildə məlumat verib. Hər yerdə bu haqda danışıqlar getdikdən sonra. 6 il bu qızıl əşyalar harada saxlanılıb? Bunlar niyə gizlədilib? Bunlar tapılanların hamısıdırmı? Suallar çoxdur. 
Bütün bu faktlardan sonra aydın olur ki, Nəcəf Müseyibli gerçək elm yolunu deyil, müxtəlif vasitələrlə pul qazanmaq, bu alınmayanda isə böhtan atmaq, şantaj etmək yolunu tutub. Təəssüf ki, o, yalanlarla dolu yazıları ilə ictimaiyyəti çaşdırmağa cəhd edib, onun kimi dövlət büdcəsini havaya sovurmaq istəməyən adamlara qarşı hücuma keçib. Bir elm adamına yaraşmayan hərəkətdir. Nəcəf Müseyiblinin bu hərəkərlərini daha sərt sözlərlə qınamaq da olardı. Amma bir elm adamına bunu rəva görmədik. Sadəcə təəssüf etməklə kifayətlənirik...
Oxşar xəbərlər
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19 Apr 2024 | 14:09
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 01:18
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...