Qərbin xüsusi xidmət orqanları Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyindən narahatdır
Ekskluziv
4521
14 Aug 2022 | 14:29

Qərbin xüsusi xidmət orqanları Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyindən narahatdır

"Rusiya ordusunun fəaliyyətinə güclü siyasi müdaxilə onun uğursuzluqlarının səbəblərindın biridir"
 
"Bu müharibəyə "ağ-qara" prizmasından yanaşmaq doğru deyil"
 
Britaniyalı ekspert Putinin planları və Ukraynada müharibənin perspektivlərindən danışıb
 
"Ölkələr arasında münaqişə uzunmüddətli olmasını vəd edir"- Böyük Briyaniya hərbi kəşfiyyatının rəhbəri
 
Rusiya ilə Ukrayna arasında müharibədə hər halda bu il ərzində bir tərəfin aşkar uğuruna bel bağlamağa dəyməz.
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın hərbi kəşfiyyatının rəhbəri Cim Xokenhall xəbərdarlıq edib. Məlumatı avqustun 13-də BBC saytı yayıb.
 
Britaniyalı hərbçi öz həmkarlarının iki ölkə arasında münaqişənin uzunmüddətli olacağı barədə dəyərləndirmələrini təsdiq edib və qeyd edib ki, Qərbin xüsusi xidmət orqanları Rusiyanın taktiki nüvə silahından istifadə edəcəyinin mümkünlüyündən narahatdır.
 
Britaniya hərbi kəşfiyyatının rəhbəri hərbi əməliyyatların təxminən yarım ili ərzində iki məqamın onu heyrətə gətirdiyini qeyd edib. Bu, Qərb ölkələrinin birliyi və Ukrayna qoşunlarının müqavimət gücüdür. O, "komandanlığın, idarəetmə sisteminin, habelə logistikanın qeyri-qənaətbəxş olduğu" Rusiya ordusunun uğursuzluqlarından ayrıca olaraq təəccübünü qeyd edib.
 
Britaniyalı general həmçinin Rusiya ordusunun fəaliyyətinə güclü siyasi müdaxiləni qeyd edir ki, bu rusiyalıların hərbi əməliyyatlarının gedişində uğursuzluqlarına gətirib çıxarır.
 
"Biz bu müharibəyə tərəflərdən birinin qalib gəlməsi və ya uduzması, münaqişənin "pat vəziyyəti"nə keçəcəyi kimi "ağ-qara" prizmasından yanaşmaqda ehtiyatlı olmalıyıq", - Xokenhall qeyd edib.
 
Kəşfiyyat rəhbəri əlavə edub ki, Rusiya böyük sayda qoşun toplamağa cəhd edir və xeyli itkilərə məruz qalır. Ona öz qruplaşmalarının bir hissəsini Donbasdan cənub cəbhəsinə göndərmək lazım gəlir ki, orada da, generalın dəyərləndirməsinə görə, Xersonda Ukrayna qüvvələrinin xeyli təzyiqinə məruz qalır.
 
Bununla yanaşı, britaniyalı general güman edib ki, yaxın aylarda cənubda ciddi dəyişikliklər gözləməyə dəyməz. O, Ukraynanın öz ərazilərini geri qaytarmaq istəyini anladığını qeyd edərək, vurğulayıb ki, heç bir tərəf bu sahədə həlledici uğur qazanmayacaq, baxmayaraq ki, orada, heç şübhəsiz, hücumlar və əkshücumlar baş verəcək.
 
Putinin hərbi vəzifələrinin icrasına nail olmayacağı təqdirdə nüvə silahından istifadə edilməsinə yol verə biləcəyi ilə bağlı sualı cavablandırarkən Xokenhall cavabdan yayınaraq "bu məsələnin ən yüksək dərəcədə diqqətdə olduğunu" qeyd edib.
 
Xokenhall yaxın zamanlarda Rusiyanın öz nüvə döyüş arsenalından istifadə edəcəyini düşünməsə də, bu ehtimal 100 faiz istisna edilmir. Döyüş meydanında vəziyyət dəyişərsə, münaqişənin "nüvə silahı" ilə inkişafı dəyişə bilər, general izah edib.
Link kopyalandı!
Son xəbərlər