Bizi sosial şəbəkələrdən izləyin:
"Hazırda bütün Qarabağda stasionar internet söndürülüb. “Karabakh Telecom” abunəçilərə kabelin zədələnməsi səbəbindən stasionar internet bağlantısının müvəqqəti olaraq qeyri-mümkün olacağı barədə SMS mesajı göndərir. Xidmət mərkəzi ilə əlaqə saxlamaq mümkün deyil, xidmət mərkəzi zənglərə cavab vermir."
Moderator.az xəbər verir ki, bu haqda "Hraparak" nəşri məlumat yayıb.
Xəbərdə xatırladılır ki, Xankəndinə gedən internet kabeli Laçın-Zabux hissəsindən, yəni avqustun 25-də Azərbaycana təhvil veriləcək Laçın dəhlizindən keçir.
""Karabakh Telecom”un bu mesajı narahatlığa əsas verir, çünki əgər əvvəllər internet kəsildiyi halda, şirkətin mesajlarında texniki səbəblərdən internetin qeyri-mümkün olacağı göstərilirdisə, bu dəfə kabelin zədələndiyi xüsusi olaraq göstərilir.
İstər-istəməz Qarabağda qazın kəsilməsi hekayəsini xatırlayırsan və dərhal sual yaranır. Sonra nə olacaq, elektrik kəsiləcək?" -deyə ermənilərin növbəti təşvişi ifadə edilir.
Sultan Laçın