Ekskluziv
2993
11 Aug 2022 | 15:35

"Amnesty İnternational" dağılır? - İsveç ofisinin həmtəsisçisi təşkilatı tərk edib...

"Əgər sən işğalçıların soxulduğu və onu param-parça etdiyi ölkədə yaşamırsansa, müdafiəçilər ordusunu pisləmək nə demək olduğunu anlaya bilmərsən..."
 
"Təşkilatımızın prioriteti bu və ya digər münaqişələrdə dinc sakinlərin müdafiəsinin təmin edilməsidir..."
 
"Amnesty İnternational" hüquq müdafiə təşkilatının İsveç bölməsinin həmtəsisçisi Per Vestberq təşkilatdan çıxması barədə elan edib. Buna səbəb ukraynalı hərbçilərini müharibə qanunlarını pozmaqda ittiham edən hesabat olub.
 
Moderator.az xəbər verir ki, bu barədə o, İsveçin "Svenska Daqbladet" nəşrinə müsahibəsində məlumat verib.
 
"Böyük ürək ağrısı ilə "Amnesty"-nin Ukraynadakı müharibə haqqında bəyanatına görə mən özümün onunla uzunmüddətli və səmərəli əməkdaşlığıma son verirəm", - Per Vestberq deyib.
 
Onun sözlərinə görə, əvvəlcə təşkilat məhbusların azad edilməsi məsələlərini həll edib. O zamandan bəri o, tədricən, bəzən mübahisə doğuracaq şəkildə, öz mandatını genişləndirib və, heç şübhəsiz, nəzərəçarpacaq və müəyyən təsirə malik təşkilata çevrilib.
 
Vestberq 1970-ci ilin sonundan 1980-ci ilin ortalarınadək İsveçin ən iri qəzetlərindən birinin baş redaktoru, həmçinin Beynəlxalq PEN-klubunun sədri olub. Bundan başqa, o, yazıçı kimi tanınıb və ədəbiyyat üzrə Nobel komitəsinin tərkibinə daxildir.
 
Xatırladaq ki, avqustun 4-də "Amnesty İnternational" öz məruzəsində bəyan edib ki, ukraynalı hərbçilər humanitar hüququ və müharibə qanunlarını pozaraq, yaşayış rayonlarında, o cümlədən məktəblər və xəstəxanalarda hərbi bazalar yaradır.
 
Məruzə  Ukraynada kəskin tənqidə məruz qalıb, həm də təkcə Ukraynada yox. O cümlədən "Tayms" qəzetinin jurnalistləri təşkilatı "Putin təbliğatının ruporu" adlandırıb və ona "özünü buraxmaq" təklif edilib.
 
Təşkilatı ilk tərk edən Ukrayna ofisinin direktoru Oksana Pokalçuk olub. O, USQ-nin "düzgün olmayan" hərəkətləri barədə məruzənin dərc edilməsindən dərhal sonra öz vəzifəsini tərk edib.
 
"Bu, müharibənin mənə gətirdiyi daha bir itkidir. Sevimli işim, 7 illik həyatım, gələcək planlarım, son 5 ayda isə müharibə zamanı doğma ölkəmin rifahı naminə hüquq-müdafiə sahəsində fəaliyyətim-bunların hamısı bürokratiya divarına çırpılıb. Sənin yaşadığın ölkəyə işğalçılar soxulub, onu param-parça edir, sən isə müdafiəçilər ordusunu pisləyirsən, sən bunun nə demək olduğunu anlaya bilmərsən", - Pokalçuk özünün "Facebook" səhifəsində yazıb.
 
Bundan sonra hüquq müdafiəçiləri məruzələrinin "əzab və qəzəb" doğurduğuna görə "dərin təəssüf" keçirdiyini bəyan edib.
 
"Təşkilatımızın prioriteti bu və istənilən digər münaqişədə dinc sakinlərin müdafiəsinin təmin edilməsidir. Əslində, bu, son tədqiqatımızda bizim yeganə məqsədimiz olub. Hərçənd, biz öz nəticələrimizi müdafiə edirik, biz törətdiyimiz ağrıya görə təəssüf edirik", - hüquq  müdafiəçiləri belə yazıb.
 
Öz növbəsində Ukrayna bəyan edib ki, hüquq müdafəçilərinin hesabatı üçün informasiya Ukraynanın nəzarətində olmayan ərazilərdə-Donetsk və Luqansk vilayətlərində və ya Krımda keçirilən sorğular zamanı əldə edilib.
 
"O cümlədən, material süzgəc düşərgələri və həbsxanaların ərazilərində toplanıb, sorğu "belə informasiyanı təqdim etməyi "arzu edənlər" arasında keçirilib", - bunu Ukraynanın strateji kommunikasiyalar Mərkəzi bəyan edib.
 
"Amnesty İnternational" hüquq-müdafiə təşkilatı kimi çoxdandır öz funksiyalarını icra etmir. 
 
Bu təşkilat dəfələrlə qərəzçilikdə ittiham edilib və hətta "satqın" sözü də işlənib. Yeganə təəssüfedici amil dünya birliyinin hüquq müdafiəçilərinin "müstəqil araşdırması"na gecikmiş reaksiyasıdır.
Link kopyalandı!
Son xəbərlər