"Donald Tramp Ağ evi tərk edərkən tarixi xarakterli məxfi sənədləri özü ilə götürməkdə şübhəli bilinir"
ABŞ-ın Federal Təhqiqatlar Bürosu Donald Trampın iqamətgahında axtarış aparıb və sabiq prezidentin şəxsi seyfini açıb
Federal Tədqiqatlar Bürosu (FTB) ABŞ-ın 45-ci prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərində yerləşən iqamətgahında axtarış aparıb. FTB əməkdaşları axtarış zamanı siyasətçinin şəxsi seyfini açıb.
Moderator.az xəbər verir ki, bu barədə Ağ evin sabiq rəhbəri Nyu-Yorkda olarkən bəyan edib və qeyd edib ki, axtarış əvvəlcədən xəbərdarlıq edilmədən aparılıb.
Trampın fikrinə görə, bu hərəkətlər Ağ evin ABŞ prezidenti seçkilərinə respublikaçıların liderini buraxmamaq niyyətindən irəli gəlib.
Tramp hüquq-mühafizə orqanlarının hərəkərlərini "üçüncü dünya ölkələrinə uyğun olan" adlandırıb və onları məşhur Uotergeyt qalmaqalı ilə müqayisə edib.
Amerika KİV-ləri axtarışı Tramp tərəfdən qanunvericiliyin mümkün pozulması ilə əlaqələndirir.
O, Ağ evi tərk edərdən özü ilə tarixi xarakterli məxfi sənədləri götürməkdə şübhəli bilinib, hərçənd, bu sənədlər ABŞ Milli arxivinin mülkiyyətidir.
Arxiv nümayəndələri bir neçə ay öncə Baş Prokurorluğa müraciət edərək Donald Trampın sənədləri geri qaytarmaqdan imtina etdiyini bəyan edib.
Ekspertlər xüsusilə qeyd edir ki, axtarış göstərib ki, FTB orderi imzalamış hakimi istintaq hərəkətlərinin dəlillərə əsaslandığına inandıra bilib.
Amerikanın "Axios" nəşri prezident Trampın, guya, məxfi sənədləri, protokolun tələb etdiyi kimi, məhv etmədən şəxsən unitaza atıb.
Postda qeyd edilir ki, fotoşəkilləri Trampın prezidentliyi dönəmində Ağ evdə işləmiş mənbə təqdim edib.
2018-ci ildə "Politico" nəşri Trampın köməkçilərinin Ağ ev rəhbərinin məxfi sənədlərlə işinə dair narahatlıqları barədə məlumat verib. Guya, o, cırılan kağızları yapışdırmaqla məşğul olub.
ABŞ prezidenti olaraq Donald Tramp vaxtının çoxunu dünyanın ən məşhur qolf klublarının birinin yerləşdiyi Mar-a-Laqoda keçirib.
Co Bayden administrasiyası bəyan edib ki, Trampın iqamətgahında axtarış barədə KİV-lərdən öyrənib.