Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyədə ilkin hesablamalara görə 80-100 milyard dollar dəyərində olan qızıl yatağı aşkar edilib.
Moderator.az xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Cümhuriyyətin sənaye və texnologiya naziri Mustafa Varankın Çanaqqala bölgəsində yerləşən perspektivli Lapseki mədəninə səfəri zamanı dediyi kimi, Türkiyə bu qiymətli metalı mütləq hasil edəcək.
“Qiymətli metalların çox ciddi idxalının olduğunu nəzərə alsaq, biz bu zənginliyi yerin altında qoymamalıyıq”, - deyən nazir qızıl və gümüş hasilatının ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkib. Bu il 3,5 ton qızıl və 2,5 ton gümüş hasilatı nəzərdə tutulub.
Türkiyədə qızıl hasilatı cəmi bir neçə onillikdir ki, davam edir.
“Rossiyskaya qazeta”nın yazdığına görə, hələ 2000-ci ilədək o, tamamilə xaricdən gətirilib. Lakin bu, tələbatı ödəmir, son 25 ildə Türkiyə 4 min tona yaxın qızıl idxal edib, baxmayaraq ki, respublika qızıl-zinət əşyalarının ən böyük ixracatçıları onluğuna daxildir.
Xatırladaq ki, 2021-ci ilin iyununda Aqra vilayətinin Mollakara kəndi yaxınlığında da qızıl ehtiyatı 20 tona yaxın və dəyəri 1,2 milyard dollardan yuxarı olan əlvan metal yatağı aşkar edilib.
Sultan Laçın