Bizi sosial şəbəkələrdən izləyin:
Kişi bir daha belə videolar çəkməyəcəyinə söz verib.
Ermənilərin Erebuni qalasının xarabalıqları ilə bağlı pornoqrafik videoçarx çəkən ər-arvad müvafiq video lentə alaraq erməni xalqından etdiklərinə görə üzr istəyiblər.
Şənbə günü səhər saatlarında məlum olub ki, bəzi şəxslər muzey-qoruğa baş çəkib, orada pornoqrafik video çəkib internetə yerləşdiriblər.
Baza Telegram kanalının məlumatına görə, Stanislav Mametov həyat yoldaşı ilə birlikdə Ermənistana tətilə gəlib. İndi cütlük İrəvanı tərk edərək başqa bir erməni şəhərinə gedib, tətil məlum səbəblərdən pozulub, lakin vəziyyətin qeyri-müəyyənliyinə görə onlar hələ də evə necə dönəcəklərini bilmirlər.
“Hörmətli erməni xalqı, əməlimizə görə sizdən bağışlanmanızı diləyirəm. Biz başa düşmədik ki, Erebuni qalası müqəddəs obyektdir”, - Mametov videoda bildirib.
Kişi qeyd edib ki, Ermənistan cəmiyyətində kütləvi hiddətə səbəb olduğunu anlayan kimi video silinib. Üstəlik, bir daha belə videolar çəkməyəcəyinə söz verib.
İyulun 30-da məlum olub ki, İrəvan polisi rusların Erebuni qalasının xarabalıqları üzərində çəkdiyi porno videonu yoxlamağa başlayıb.