Tərtərdə hərbçilərimizi zorladanlar bütövlükdə xalqın ruhunu zorlamağa çalışır...
Oxunub: 11228
22 Jul 2022 | 12:54
Tərtərdə hərbçilərimizi zorladanlar bütövlükdə xalqın ruhunu zorlamağa çalışır...
“Vətəndaş, qazi, itiharları da imanı, iradəsi zəiflərin “KQB”-“PKK”-QRU”-korrupsiya şəbəkəsi tərəfindən yönlənidirilən bu zorlamaya cavab reaksiyasıdır...”
 
“Axı ölkənin gerçək sərvətlərini, qazancını, elə yalnız neftdən-qazdan olan gəlirlərini nəzərə alanda xalqımız bundan dəfələrlə yaxşı, gerçəkdən firavan yaşamalıdır...”
 
“Nə qədər ki, məmləkətdə insana, xüsusən də vicdanlı, ziyalı düşüncəli insana dəyər verilmir, heş bir tərəqqidən, inkişafdan söhbət gedə bilməz...”
 
-FİKİR SAVAŞI...-
 
Son onilliklərdə  məmləkətdə hər hansı bir neqativ olay, proses baş verən kimi sanki buna xüsusi hazır qruplar dərhal malalama işinə  başlayır. Axı dövlət başçısı özü də çıxışlarında deyir ki, nöqsanları, problemləri malalamaq yox, həll etmək lazımdır? Bəs niyə əksi baş verir? Ona görə ki, Azərbaycanı hər tərəfdən sarmış “KQB”-“QRU”-“PKK”-korrupsiya şəbəkəsinin sovet dövründən bəri xalqın gözünə kül üfürərək arxalarında duran imperiyaların və öz klanlarının planlarına uyğun şəkildə ölkənin yeraltı-yerüstü sərvətlərini, büdcəmizi rahatca talamaları, xalqı maksimum manqurtlaşdırıb qanını içmələri  üçün qurduğu bərli-bəzəkli, yarlı-yaraşıqlı dekorasiyanı pozmaq olmaz... 
 
“Azərbaycanda hər şey əladır. Xalqın 99,9 faizi yüksək maaş alır, kef içində dolanır. Elə bir ciddi problem yoxdur. Ərazi bütövlüyümüz bərpa olunub. İşğaldan azad ərazilərdə infrastruktur yenidən qurulur, yollar çəkilir. Artıq didərginlər arasından ilk insanlar öz yurdlarına – “ağıllı” kəndlərə qayıdır. Və s. və i.a. Ancaq ölkədə və xaricdəki bəzi yabançı ünsürlərin Azərbaycanın bu inkişafını gözü götürmədiyindən hər cüzi(!) problemdən, məsələn, bu günlərdə aktual olan qazi intiharları, yaxud “Tərtər işi” məsələsindən dövlətimizə qarşı yararlanmağa, onu ləkələməyə çalışırlar...”
 
Məhz bu sxemdən yararlanaraq haqqı deyən insanlar korrupsiya şəbəkəsi tərəfindən ləkələnir, şərlənir, həbs olunur. Bir adam, məsələn, qazilərin niyə intihar etməsi haqda mediada-filanda danışırsa, dərhal özləri həmin şəbəkəyə, “5-ci kalon”a xidmət edən filan “ziyalı”, yaxud qazandığı pullardan aradabir  özünü reklam üçün Milli Qəhrəman, şəhid ailələrinə xərcləyən mandatlılar hay qaldırır ki, bunlar “5-ci kalon”a xidmət edir, ölkənin inkişafını gözləri götürmür və s. və i.a.
 
Bu müdafiə sxemləri artıq hər kəsə bəllidir... Və hansısa məclisdə, rəsmi və ya qeyri-rəsmi tədbirdə imkan tapan kimi bundan mütəmadi istifadə edən məddahlar, yalançılar maddi cəhətdən gündən-günə yüksəlir, varlanır, hallanır, vəzifələrə irəli çəkilir, məşhurlaşır. Gerçəyi deyənlər, dövlət və hökumət qurumlarını haqlı, obyektiv tənqid edənlər isə əksinə, mənəvi cəhətdən Allahın, xalqın gözündə yüksəlsə də, “qara siyahı”ya salınır,  “pozucu ünsür”, “filan ölkənin agenti” və s. adlanır, maddi, sosial cəhətdən gündən-günə 40 arşın quyunun dibinə yuvarlanır... Hətta bir az da dərinə getsə, müxtəlif yollarla başı əkilir, ən yaxşı variantda şərlənərək tutulur... Və nə qədər ki, dediyimiz şəbəkə mövcuddur və biz öz düşüncə, niyyət və əməllərimizlə onun möhkəmlənməsinə xidmət edirik, heç nə dəyişməyəcək, belə də davam edəcək, hətta bundan da pis olacaq... 
 
On illərdir deyirik ki, Azərbaycanda zahiri, kosmetik inkişaf daha çoxdur, nəinki mahiyyətcə, məzmunca inkişaf... İlk baxışdan çağdaş dünyanın durumunu seyr edəndə deyirsən ki, şükür Allaha, 10-dan pis yaşayırıqsa, 5-dən də yaxşı dolanırıq... Şükürlər olsun, artıq işğaldan azad torpaqlarımızda quruculuq işləri gedir, yollar çəkilir, hava limanları tikilir, didərginlər yavaş-yavaş torpaqlarına - dövlət tərəfindən tikilmiş “ağıllı” kəndlərə qayıdır...
 
 Lakin axı ölkənin gerçək sərvətlərini, qazancını, elə yalnız neftdən-qazdan olan gəlirlərini nəzərə alanda xalqımız bundan dəfələrlə yaxşı, gerçəkdən firavan yaşamalıdır... Və o, buna layiqdir... Nə yazıqlar ki, hələ sovet dövründən bəri “KQB”-“QRU”-“PKK” -korrupsiya şəbəkəsi Azərbaycan xalqını əks mənada dolandırmaqla, yəni barmağına dolamaqla məşğuldur... 
 
Prezident də son çıxışında “Mənim hər şeydən xəbərim var” deyərək etiraf etdi ki, ölkədə kölgə iqtisadiyyatı mövcuddur... Və bu da büdcədən yayınmalara gətirib çıxarır... Bəli, var, özü də yüksək səviyyədə... Hər iki mənada yüksək səviyyədə... Bu, on illərdir ki, qiymətlərin, demək olar ki, hər il fasiləsiz artmasında və pensiya və maaşların isə qeyri-adekvat artımında da özünü büruzə verir. Kim bunu təkzib etmək istəyirsə, gəlsin bu sətirlərin sahibinin yerinə bircə ay ailəsi ilə birgə yataqxanın darısqal otağına sığınsın və yalnız oliqarxların, zərgərlilərin, röyaların, pərvinlərin təkbaşına bir günlük restoran xərclərini belə, ödəyə bilməyən maaş və qonorar hesabına dolanmağa çalışsın... 
 
Bəs bu kölgə iqtisadiyyatını kim fırladır, kim idarə edir, kim gerçək iqtisadiyyatın əksər sahələrini, hətta kartof, banan, saqqız satışını da inhisara alır? Elə həmin “KQB”-“PKK” -korrupsiya şəbəkəsinin ali(!) nümayəndələri... 
 
Məmləkətdə insanları öncə ruhi-mənəvi, sonra fiziki baxımdan yandıran bütün mənfilikləri formalaşdıran məhz bu iyrənc şəbəkədir. 2017-ci ildə Tərtərdə hərbçilərimizi, mülki kişi və qadınlarımızı zorladanlar bununla həm də bütövlükdə xalqın milli-mənəvi dəyərlərini məhv etməyə, onun ruhunu zorlamağa çalışırlar. Vətəndaş, qazi, itiharları da imanı, iradəsi zəiflərin “KQB”-“PKK”-QRU”-korrupsiya şəbəkəsi tərəfindən yönlənidirilən bu zorlamaya cavab reaksiyasıdır. Bəs həmin neqativ amillər əsasən hansılardır?
 
-Birincisi, öncə xatırlatdığımız subyektiv səbəblərdən formalaşan iqtisadi-sosial çətinliklər. Əksəriyyət gözəl anlayır ki, cəmi 10 milyonluq, ancaq yetərincə yeraltı-yerüstü sərvətlərə malik bir ölkədə bu dərəcədə bahalıq və yoxsulluq olmamalıdır. Artıq dağdakı çoban da bu çətinliklərin əsas səbəbinin ölkədəki talançılıq, korrupsiya, rüşvətxorluq və inhisarçılığın olduğunu gözəl başa düşür... “Dünyanın hər yerində qiymət artımı, inflyasiya var” deyənlərə isə cavab veririk ki, Azərbaycanı sivil ölkələrlə müqayisə etmək istəyirsinizsə,  bir  daha xatırladırıq ki, həmin ölkələrdəki bahalıq müqabilində maaşlar, pensiyalar da yetərincə yüksəkdir və adətən inflyasiyaya uyğun qaldırılır. İkincisi və bəlkə də ən əsası da, ABŞ-da, Almaniyada, Britaniyada, Yaponiyada və s. Azərbaycandan fərqli olaraq qanunlar-qaydalar ən azı 80-90 faiz işlədiyindən insanlar, vətəndaşlar öz zəhmətləri, bilik, istedad, qabiliyyətləri hesabına ağırlaşa bilən durumlarını tezliklə düzəltməyə imkan tapırlar...
 
Digər tərəfdən, kimsə yenə deyə bilər ki, ölkənin kəndlərində də tənbəllik etməyənlər  taxıl, pambıq, soğan əkir,  mal-qara, qoyun-keçi saxlayır -dolanır. Düzdü, belə dolananlar da xeylidir. Amma hansı zülm-əziyyətlə? Eyni zamanda lap kiçik və orta sahibkarlar dolansa da, söhbət yalnız maddi cəhətdən yaşamaqdan getmir. Məsələ ondadır ki, məmləkətdə nəinki yoxsulların, orta, bəzən hətta yüksək səviyyəli sahibkarların, imkanlı insanların, vətəndaşların da haqqı tapdanır. Buna çoxsaylı misallar gətirmək olar. Elə gömrük xidmətinin bircə mobil telefon üstündə, yaxud Almaniya zibilxanalarından gətirilən “Mersedes”ə görə vətəndaşların dərisini necə soyduğunu misal göstərmək olar... Deməli, söhbət insana, vətəndaşa dəyər verilməsindən, onun hüququnun qorunmasından gedir. Eybi yox, öz zəhmətim hesabına tikdiyim sadə bir daxmada yaşayım, amma bir insan, vətəndaş kimi dəyərim, hüququm olsun, azad, sərbəst yaşayım... 
 
*** ***
 
Son günlər məddahlar daha bir müdafiə sistemi tapıblar. Sosial şəbəkələr də xəbər çıxır ki, filan rayonda filan qazi kasıbçılıqdan intihar etdi. Araşdırmalardan sonra bəlli olur ki, o, qazi deyilmiş. Nəticədə həmin məddahlar sevincək şivən qoparırlar ki, görürsüz, yalandı – intihar edən qazi deyilmiş... Qəribə məntiqdir. Məgər qazi olmayan adi bir vətəndaş insan deyil, onun haqqı, hüququ qorunmamalıdır. Onun intiharının səbəbləri araşdırmamalıdır. Bir sözlə, nə qədər ki, məmləkətdə insana, xüsusən də vicdanlı, ziyalı düşüncəli insana dəyər verilmir, heş bir tərəqqidən, inkişafdan söhbət gedə bilməz... Və ifrat haqsızlıq qiyamətədək davam edəcək...
 
İkincisi, ən savadsız, sadədil vətəndaş da aydın görür ki, onun bu gün normal, adam kimi dolana bilməməsinə əsas səbəb məmləkətdəki ifrat sosial ədalətsizlikdir. Yəni əhalinin 1-2 faizi talançılıq, vergilərdən, gömrükdən, kommunal xərclərdən yayınma, rüşvət, korrupsiya və s. hesabına ifrat dərəcədə varlanır, 15-20 faizi həmin ali talançı və rüşvətxorların qurduğu mexanizmə canla-başla xidmət göstərərək manıslıq, mütrüflük, təlxəklik, “şestyorka”lıq, işverənlik və s. edərək özləri də onların kölgəsində onlara nisbətdə orta səviiyyədə varlanıb dolanır. Və bütün bunların nəticəsində də xalqın əksər hissəsi maddi çətinlik içində çabalayır... Fəqət, elə həmin əksəriyyətin əksəriyyəti də “nəyimə lazım – hamı necə, mən də elə” , yaxud vəzifədəki və ya deputat olan qohumunu, keçmiş dostunu nəzərdə tutaraq “əşşi, dinməyin, filankəsdən ayıbdır, bizə görə onu da işdən çıxararlar” deyərək beləcə maddi cəhətdən sürünə-sürünə həyatlarını başa vururlar...
 
Üçüncüsü, yoxsul, ehtiyaclı insanları, xüsusilə də vicdanlı, namuslu ziyalı təbəqəni, həmçinin I və II Qarabağ savaşı qazilərini daha çox sarsıdan ruhu, mənəviyyatı, əməli ilə anti-milli olduğu aşkar bilinən, Azərbaycanın dini, milli-mənəvi dəyərlərini açıq-açığına həyasızcasına tapdayan ünsürlər və onlara yüksək səviyyədə meydan verilməsidir... Məsələn, geyim, yaşam, əxlaq tərzi ilə anti-milliliyi göz önündə olan Aygün Kazımova, Röya kimilərinə “xalq artisti” adı verilir. Demək olar ki, gündə onların, nə bilim, on minlik alt geyimi, yüz minlik üst geyimi, neçə milyonluq villaları nümayiş olunur. Yaxud Roza Zərgərli kimisi deyir ki, günə 600-700 manat qazanıram, sonra da dövlət onun yetimxanadan götürdüyü ingilisləşmiş Con oğluna ev verir. Bu yanda isə hələ ziyalıları, alimləri, müəllimləri, jurnalistləri demirəm, Vətən, Qarabağ, dövlət, bayraq uğrunda canını-qanını vermiş şəhidlərin ailələri, veteranlar, qazilər, əlil döyüşçülərin xeylisi adi gündəlik dolanışıqdan, müalicədən-filandan ötrü nazirliklərin, icra hakimiyyətlərinin qapılarında günlərlə, aylarla sürünür, sonda isə bəziləri dözməyərək canına qıyır, intihar edir...
 
Hansı bir rəhbər məmur dediyimin əksi olaraq sübut etmək istəyir ki, yox, Aygün Kazımovalar, Röyalar, Roza Zərgərlilər, Pərvinlərin və s. əxlaq və həyat tərzi Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğundur və onlara fəxri adları qazancları halaldır, qazilər, əsl ziyalılar dövlət, xalq üçün onlardan dəyərsizdir  – buyursunlar, çıxaq debata...
 
Dördüncüsü, həmin “KQB”-“QRU”-“PKK”-korrupsiya şəbəkəsi öz dayaqlarından yararlanaraq hüquq-mühafizə, məhkəmə sistemindəki bir sıra rüşvətə meyilli vəzifəliləri öz cinayətlərini ört-basdır etmək üçün alətə çevirməyə çalışır. Nəticədə də ölkəni çapıb-talayanların cinayətləri ört-basdır edilir və onlar daha da irəli çəkilir, mükafatlandırılır, gerçəyi deyənlər isə şərlənərək tamamilə haqsız və qanunsuz şəkildə zindanlara atılır...  Məsələn,  5 ildən çoxdur istintaqı aparılan, ötən ilin sonunda yenilənən, lakin hələ də əsas təşkilatçı, icraçı və günahkarları bayırda vəzifələrdə kef edən Tərtər işgəncələri ilə bağlı işi götürək. Dediyim kimi, əsas təşkilatçı, icraçılar kefdə-damaqda... İllərlə xalqın, ordumuzun məhvinə, alçaldılmasına yönəldilmiş bu faciənin ictimai istintaqını aparanlar isə müxtəlif yollarla şərlənərək həbsə atılır... Halbuki, bu faciənin rəsmən açılması və onun günahkarlarının qanun, məhkəmə qarşısında mühakimə edilməsi xalqın, ordunun, dövlətin ən taleyüklü məsələsidir. Bütün təhlillər, araşdırmalar göstərir ki, Tərtər qətliamı  xarici xüsusi xidmət orqanlarının, çox güman ki, Rusiya və Ermənistan kəşfiyyatının sifarişi və həm də onların dövlətimizə, ordumuza yerləşdirdiyi agentlərinin, yəni elə həmin “KQB”-“QRU”-“PKK”-korrupsiya şəbəkəsi bir sıra cinayətlərini ört-basdır etmək üçün elə bu şəbəkənin əli ilə  törədilib. Yüzlərlə, minlərlə nəinki hərbçi, üstəlik, onların ailələri, doğmaları işgəncələrə, təhqirlərə məruz qalıb. Və bütün bu cinayəti ört-basdır etmək istəyən də eyni şəbəkədir... Deməli, məntiqlə Tərtər  qətliamına cınqırını çıxarmayanlar, onun təşkilatçı və icraçılarını müdafiə edən, onları mediada təbliğ etdirən və edənlər də yenə həmin “KQB”-“QRU”-“PKK”-korrupsiya şəbəkəsinə, başqa sözlə Rusiya imperiyasına, Moskvaya xidmət edir...
 
Beşincisi, elə həmin şəbəkə tərəfindən Azərbaycan mediasında elə şərait yaradılır ki, 1998-ci ildən bəri rəsmən ləğv edilmiş senzura faktiki olaraq daha kəskin şəkildə fəaliyyət göstərir. Vay o haldan ki, hansısa yüksək vəzifəli məmur hər hansı saytda, qəzetdə, kanalda tənqid edilsin,  vətəndaşların onun rəhbəri olduğu sahəyə aid şikayətləri işıqlandırılsın. Dərhal görürsən, onun özü, yaxud başqa bir yüksək vəzifəli məmir tərəfindən həmin media qurumu rəhbərinə necə təzyiq edilirsə, artıq o ehtiyatlanaraq bir daha həmin məmurun adını çəkmir. Məhz bu səbəbdən haqqı tapdanan, o cümlədən vətəndaş sözünü, dərdini deyə bilmir, yalnız sosial şəbəkələrə və “qara siyahı”ya salınmış, düşmən elan edilmiş bir neçə internet kanalına müraciət etməli olur ki, bu da ciddi effekt vermir və hətta əksinə, həmin vətəndaşın özünün də qaralanmasına səbəb olur...
 
Başa düşmək olmur;  2011-ci ildən korrupsiyaya qarşı mübarizə elan etmiş dövlət başçısı illərdir ki, dəfələrlə öz çıxışlarında vətəndaşlara müraciət edir ki, korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizədə fəal olun, bizə dəstək verin, amma haqqını tələb edənlər gözümçıxdıya salınır, təqib olunur, ən yaxşı halda “psixi xəstə” adlandırılır?..
 
*** ***
 
İnsanları, o cümlədən qaziləri intiharlara sürükləyən mənfi amilləri sadalamaqla bitmir...
 
Bəs çıxış yolu nədədir? Həmin mənfilikləri necə aradan qaldırmaq olar? Əvvəla, heç bir halda intiharlara haqq qazandırmaq olmaz. Bu, imansızların, acizlərin yoludur... Dinimiz də, milli dəyərlərimiz də insanın öz həyatına, sağlamlığına qəsd etməsinə qadağa qoyur... Ən son imkanadəki mübarizə aparmaq gərəkdir... 
 
Və öncə dediyim kimi, bayaqdan barəsində danışdığımız “KQB”-QRU”-“PKK”- korrupsiya şəbəkəsi məhv edilməyincə, onun başçıları cəzalandırılmayınca məmləkətdə haqsızlıq, ədalətsizlik meydan sulayacaq... Həmin şəbəkənin varlığı isə bir Allah bəndəsi, insan, vətəndaş olaraq hər birimizin nəfsinə, sözünə və əməlinə bağlıdır. Bu şəbəkə dinc etiraz mitinqlərinə də maksimum imkan verməyəcək.  Hətta kütləvi aksiyaları öz hazırlanmış agentləri vasitəsilə radikal siyasi, yaxud dini-ekstremist zəmində iğtişaşlara çevirərək ölkəni xaosa da sürükləyə bilərlər. Odur ki, öncələr də dediyim kimi, ən optimal yol hər kəs öz haqqını, öz hüququnu piket, mitinqlərdə yox, gündəlik həyatda, işdə tələb etməli, məhz özü, rüşvətdən, yalandan, saxtakarlıqdan, dələduzluqdan və s. mümkün qədər uzaq durmalıdır. Yəni hər kəs ölkədə, cəmiyyətdə müsbət dəyişiklik - rüşvətin, korrupsiyanın, məmur özbaşınalığının, sosial ədalətsizliyin aradan qaldırılmasını istəyirsə, öncə özündən başlamalı, özünü dəyişməlidir... Yalnız bu halda bəhs edilən şəbəkə qısa müddətə çökə bilər... Əks halda işimiz qalıb Allaha. Bəlkə Ukraynada Rusiya hərbi və siyasi cəhətdən məğlub ola və sonra Moskvada yalnız Putin rejimi yox, bütövlükdə sistem dəyişə, demokratik bir hakimiyyət qurula və bundan sonra  bizdəki şəbəkənin xaricdəki əsas dayaqları sarsıla...   
 
Hələlik isə hər kəs fədakarlıq göstərərək hər addımda haqqını-hüququnu qorumağa çalışmalı və ən əsası, öz nəfsinə KQB-“QRU”-“PKK”-korrupsiya şəbəkəsinin xeyrinə olacaq, ona qazanc, enerji verəcək işlər görməyə imkan verməməlidir...
 
Bu şəbəkə isə hələlik təmiz, vicdanlı insanların üzərinə gəlməkdə davam edəcək...
 
Gəlin, gəlin haqq sözü deyənlərin hamısını yenə tutun, şərləyin. 30 ildən çoxdur işğalçı, terrorçu hayların vasitəsi ilə doğma torpağından, yurdundan didərgin saldığınız, yataqxanada ata olan, baba olanların da özünü, övladlarını, doğmalarını şərləyin, tutun. Axtarın, arayın, şərləmək üçün bir “qulp” taparsınız... Bu, sizə böyük şərəf gətirəcək və bununla “Azərbaycan dövlətçiliyinin inkişafına, xalqın rifahının yüksəldilməsinə böyük töhfə verəcəksiniz”... 
 
Gəlin, gəlin, haqqı, gerçəyi hakimiyyət, vəzifə, pul, ev xatirinə yox, yalnız Allah rizası üçün deyən yoxsul, evsiz bəndələrin üstünə, onları da əzin, tapdayın. Məhz bu halda özünüzü tam ifşa edəcəksiniz və sizlərin – yəni Azərbaycan xalqının, dövlətinin əsl  düşmənlərinin kimliyi bizim və xalqımız üçün dəqiq bəlli olacaq...
 
Sultan Laçın
 
 
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO