“Nazirimiz Xankəndində Köçəryana xəbərdarlıq etdi... Ermənilər rus generala hücum çəkdi...”
Ekskluziv
Oxunub: 11305
16 Jul 2022 | 19:14
“Nazirimiz Xankəndində Köçəryana xəbərdarlıq etdi... Ermənilər rus generala hücum çəkdi...”
“Vilayətdə yalnız ermənilər yaşamalıdır ki, qırğın olmasın”- deyən Volski öz fəaliyyətində bu yolu rəhbər tuturdu...”
 
Qarabağdakı son 44 günlük müzəffər savaşımızdan sonra Azərbaycanı, Türk-İslam dünyasını sevən hər kəs səbirsizliklə dövlətimizin, ordumuzun sorağının Xocalıdan, Xankəndindən, Əsgərandan, Ağdərədən, Xocavənddən  və s. yaşayış məntəqələrindən gələcəyi günü gözləyir.  Bəli, artıq bir gün eşidəcəyik ki, dövlət başçısı Xankəndində bayrağımızı ucaltdı, ardınca, nazirlər, digər məmurlar, eləcə də deputatlar dövlət quruculuğu, tikinti-bərpa, abadlıq işləri ilə bağlı Qarabağın bu və adı çəkilən digər şəhər və kəndlərinə səfərlər etməyə başladı. Təbii ki, ermənilərin həmin məntəqələrimizdən çıxmayacağı halda, onların Azərbaycan vətəndaşlığını könüllü şəkildə qəbul edərək Konstitusiya və qanunlarımız çərçivəsində yaşamağa razılıq vermələri də müəyyən bir dövr tələb edəcək. Bu mənada nazir, məmur və deputatlarımızı hələ çox sınaqlar gözləyir. Belə bir durumda haylarla, xüsusən onların separatçılığa, terrorçuluğa meyilli kəsimi ilə ünsiyyət qurmağa risk edən və bunu bacara bilən, ən yaxşısı, bu sahədə təcrübəsi olan dövlət, hökumət adamlarına ehtiyac duyulacaq. Deyilənləri nəzərə alaraq hesab edirik ki, sonu xarici, geo-siyasi şərtlərin yetişməməsi, həmçinin müəyyən daxili xəyanət, səhv, günah və cinayətlər ucbatından uğursuzluqla nəticələnməyinə rəğmən 1988-1992-ci illərdə  Qarabağda işğala müqavumətlə yanaşı, rəsmi Bakının yurisdiksiyasının bərqərar olması uğrunda mümkün qədər mübarizə aparmış dövlət adamlarının təcrübəsindən də yararlanmaq gərəkdir.  
 
Bu baxımdan dəyərli Moderator.az oxucularının diqqətinə SSRİ tərkibindəki Azərbaycan hökumətinin son və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ilk Ədliyyə naziri olmuş, bununla yanaşı bir müddət Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini daşımış Əlisaab Orucovun 2011-ci ildə çap olunmuş “Mübarizəmiz Qarabağdadır”adlı kitabından ən maraqlı epizodları müəllifin özünün gündəmə uyğun yeni şərh, açıqlamaları, meydana çıxan suallara cavablarının müşayiəti ilə təqdim etməyi qərara aldıq.
 
Bu dəfə hörmətli oxucuları bəhs edilən kitabın 42-ci səhifəsində “Mənəvi terror” başlıqlı bölməsindəki sabiq Ədliyyə naziri Əlisaab Orucovun 1988-ci ilin yazında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindəki soydaşlarımızın Moskvaya arxalanan separatçı haylar tərəfindən iş yerlərindən uzaqlaşdırılması prosesinə qarşı o dövrün verdiyi imkanlar çərçivəsində mübarizə aparmasını təsvir edən  bir epizodla tanış edirik:
“Dağlıq Qarabağın azərbaycanlı əhalisi 1988-ci ilin mart-aprel aylarından çalışdıqları idarə və müəssisələrə buraxılmadı və bununla da ermənilər azərbaycanlılara qarşı mənəvi terrora başladılar. Vilayətin ipək kombinatında çoxlu sayda azərbaycanlı çalışırdı. Onlar da başqa müəssisələrdəki azərbaycanlılar kimi işə buraxılmırdılar. Kombinatın partiya təşkilatının katibi Robert Köçəryanla(Ermənistan Respublikasının keçmiş prezidenti) görüşüb söhbət etdim. Onu  xəbərdar etdim ki, azərbaycanlıların kombinatda qalıb işləmələrinə şərait yaradılmalıdır. Söz verdi ki, azərbaycanlılar qalıb kombinatda işləyəcəklər. Lakin çox çəkmədi ki, ipək kombinatında bir nəfər də azərbaycanlı qalmadı. Beləliklə, ermənilər mənəvi terror yoluyla vilayətdə yaşayan azərbaycanlı əhalini  iş yerlərindən məhrum edirdilər ki, onlar işsizlikdən bezərək öz dədə-baba yurdlarını tərk etməyə məcbur olsunlar. Bunların qarşını almaq məqsədi ilə vilayətdə yaşayan azərbaycanlıların peşələrinə uyğun olaraq yaşadıqları ərazilərdə yeni iş yerləri yaratmalı olurduq. Xankəndindən işdən qovulmuş sürücülərə Xocalıda, ipəkçilərə Kosalarda, toxuculara Kərkicahanda, çəkməçilərə Cəmillidə və sair kəndlərdə peşələrinə uyğun olan iş yerləri yaradıldı. Xocalıda toxuculuq kombinatının filialının və digər müəssisələrin inşasına başlandı. Bəzən elə olurdu ki, vilayətə rəhbərlik edən ruslara arxalanan ermənilər azərbaycanlılar üçün yeni iş yerlərinin yaradılmasına heç cür imkan vermirdilər...
Kərkicahan kəndində(bu kənd son vaxtlar Xankəndinin 26-cı məhəlləsi adlanırdı) yaşayan azərbaycanlılarla belə qərara gəldik ki, məhəllənin aşağı hissəsində olan fermanın binasında yenidənqurma işləri aparıb, toxuculuq sexi yaradaq. Orada işlər başlanan kimi ermənilər hücum çəkib işin getməsinə maneçilik törətdilər. Camaata ermənilərə əhəmiyyət verməyb öz işlərində olmalarını tapşırdım. Azərbaycanlılar erməniləri oradan qovub işi davam etdirdilər. Ertəsi gün mənə xəbər çatdı ki, Volski rus hərbçilərinin vasitəsi ilə həmin tikinti gedən binanı mühasirəyə aldırıb...
 
Kərkicahana getdim. Ora çatanda gördüm ki, həqiqətə də bina rus hərbçiləri tərəfindən mühasirəyə alınıb, bir tərəfdə ermənilər, digər tərəfdə isə bizim camaat dayanıbdı. Oradan birbaşa Volskinin komitəsi olan qərargaha yollandım. Qərargahda ona bildirdim ki, ya sex yaradılmalıdır, ya da azərbaycanlılar əvvəlki iş yerlərinə qaytarılmalıdır. Çox danışıqdan sonra onunla birlikdə fermaya gəldik. Volski orada dedi ki, fermaya yaxın olan ərazidə ermənilər yaşadığına görə sexin bu yerdə təşkil olunması qeyri-mümkündür. Bədbəxt hadisələr baş verə bilər. O, Dağlıq Qarabağdan azərbaycanlıları təmizləmək siyasətini belə həyata keçirirdi...
 
“Vilayətdə yalnız ermənilər yaşamalıdır ki, qırğın olmasın”- deyən Volski öz fəaliyyətində bu yolu rəhbər tuturdu. Bu siyasət SSRİ rəhbərliyinin ermənilərlə birlikdə Dağlıq Qarabağda yaratdıqları mənəvi terrorun əsasını təşkil edirdi...
Bəs görəsən, Volskinin “Burada sex tikmək olmaz, bədbəxt hadisələr baş verə bilər” deyimindən sonra Azərbaycan rəhbərliyini təmsil edən Ə.Orucov Kərkicahandakı soydaşlarımızın işsiz qalmaması üçün başqa vasitələrə əl atmayıbmı?
 
Bu sualımızı sabiq Ədliyyə naziri özü belə cavablandırır:
 
“Axı mən Volskinin qarşısında tələb qoymuşdum ki, Kərkicahanda sex tikilmirsə, camaat əvvəlki iş yerlərinə qaytarılmalıdır. Buna görə də yenidən onun yanına gedərək məsələnin həll olunmasını bir daha tələb etdim. Volski də onunla birlikdə Moskvadan gəlmiş general-leytenant Kupreyevə bu məsələ ilə məşğul olmağı və azərbaycanlıların Xankəndindəki əvvəlki iş yerlərinə qaytarılmasını təmin etməyi tapşırdı. Həmin generalla razılaşdıq ki, bir neçə kərkicahanlını özü ilə bərabər Xankəndinə aparıb ipək kombinatındakı işlərinə bərpa elətdirsin. General Kupreyev azərbaycanlılarla birgə kombinata daxil olan kimi ermənilər onlara hücum edir və hətta rus generalın da yaxasından yapışaraq onun qalstukunu dartıb boynundan  çıxarırlar. Həmin vaxt mən Kərkicahanda idim. Kombinata gedənlər geri dönüb başlarına gələni mənə danışdılar. Bundan sonra mən ikinci dəfə kombinatın rəhbəri Köçəryanın kabinetinə gedib ona sərt şəkildə dedim ki, axı sən azərbaycanlıların iş yerlərinə qayıdacağına söz vermişdin. Əksinə, rəhbəri olduğun müəssisədə nəinki geri qayıdan azərbaycanlıları qəbul etmir, Moskvadan gələn generalı da döyüb qovlayırlar. Mən ona daha ciddi şəkildə xəbərdar etdim ki, sənə vaxt verirəm, azərbaycanlıların iş yerlərinə qayıtmasını təmin et.  Cavabında  Köçəryan dedi ki, bu, çox çətin olacaq, erməni camaatı azərbaycanlıları yaxın qoymaq istəmir.  Bundan sonra general Kupreyevin yanına gedib onunla səmimi söhbət etdim. O, bildirdi ki, real vəziyyəti görürsüz, bu qaydada işləmək mümkün deyil. Qeyd edim ki, həmin rus general vicdanlı insan idi, Qarabağda haqq-ədalətin bərpası, azərbaycanlıların təqib olunmaması üçün əlindən gələni etməyə çalışırdı. Lakin Moskvanın da separatçı və ekstremistlərin qarşısını almaqda maraqlı olmadığını görərək Kupreyev  özü də bu haqsız siyasətə dözməyərək tezliklə Azərbaycanı tərk etmişdi...
 
Bu minvalla rus general da soydaşlarımızı iş yerlərinə qaytarmağı təmin edə bilmədikdən sonra Nazirlər Soveti qarşısında məsələ qaldırdım ki,  o vaxtkı Dağlıq Qarabağda azərbaycanlılar daha sıx, kompakt yaşadıqları yerlərdə işsiz qalıb, tədbir görmək lazımdır. Nəticədə Nazirlər Sovetindən Azərbaycan SSR yüngül sənaye naziri Zöhrab İbrahimova tapşırıldı ki, Qarabağdakı soydaşlarımızın işlə təmin edilməsi ilə məşğul olsun.  Z. İbrahimov əməkdaşlarıyla birgə Ağdama gəldi və mən onu qarşılayıb Kərkicahana gəlməsini təmin etdim.  Orada 5 gün ərzində camaatla görüş keçirildi, onların ərizələri alındı və bu minvalla 1860 nəfər kərkicahanlını işlə təmin etdik. O vaxt “ev əməyi” deyilən qanuni bir iş sistemi vardı. Belə ki, insanlara material və ləvazimat verilir, onlar da verilən  sifarişləri evdə toxuyub hazırlayıb dövlətə təhvil verib aylıq maaşlarını alırdılar. Beləliklə, Kərkicahandakı azərbaycanlı toxucular işlə təmin olundu. Eyni sistemlə Kosalardakı ipəkçilər də işlə təmin edildi. Bu sistem, demək olar ki, o ərazilər işğal edilənədək işlədi və Qarabağdakı vətəndaşlarımız həmin müddətdə işsiz qalmadı...”
 
Sabiq ədliyyə nazirinin kitabında bəhs edilən epizodun ardında bildirilir:
 
“Vilayətdə yaranmış kriminogen durumla bağlı respublika rəhbərliyi SSRİ rəhbərliyinə müraciət etmiş, Dağlıq Qarabağda əvvəlki vəziyyəti bərpa etmək məqsədilə hazırlanmış bir sıra tədbirlərin həyata keçirilməsinə icazə istəmişdi. Lakin SSRİ rəhbərliyi bu tədbirlərin həyata keçirilməsinə icazə vermədi və respublika rəhbərliyini də bu hüquqdan məhrum etdi. Belə ki, Azərbaycan SSR daxili işlər nazirinin müavini, general-mayor Ramiz Məmmədovunn rəhbərliyi ilə vilayətdə asayişin bərpa edilməsi məqsədilə orada kriminogen vəziyyət yaradan “KRUNQ” təşkilatı üzvlərinin həbsə alınması ilə bağlı hazırlanmış əməliyyatın da həyata keçirilməsinə Moskva icazə vermədi... 
 
M.Qorbaçov respublika rəhbərliyini ermənilərin hüquqlarını pozmaqda təqsirləndirərək onların hüquqlarının bərpasını tələb edirdi. Əslində ermənilər tərəfindən bütün hüquqları pozulan azərbaycanlıların vəziyyətinə Moskva əhəmiyyət vermirdi. M.Qorbaçov qanunları istədiyi kimi ermənilərin xeyrinə tətbiq edirdi...”
 
 
Zəruri şərh:
 
Göründüyü kimi, sabiq nazirin təsvir etdiyi epizoddakı 34 il öncəki hələ A.Volskinin Qarabağa yenicə gəldiyi, onun başçılığıyla Xüsusi İdarə Komitəsinin yaranmış olmadığı dövrdəki durum öz müəyyən xüsusiyyətlərinə görə 2020-ci il noyabrın 10-dan bəriki bir il 8 aydan çox dövrdəki duruma bənzəyir.  O zaman Moskva rəsmi Bakıya yenicə açıq fəaliyyətə başlayan separatçı-terrorçu “KRUNQ” təşkilatı üzvlərinin həbsinə icazə vermirdi və əksinə, onları Azərbaycana qarşı bəsləyirdi, bu gün isə artıq 34 illik təcrübəsi olan və əksəriyyəti dövlətimiz tərəfndən axtarışa verilmiş separatçı-terrorçu rejimin nə öz rəhbərlərini həbs etməyə,  nə də qanunsuz silahlı birləşmələrini tərksilah etməyə imkan verir... Və yenə də onları himayə etməklə, daha da gücləndirməklə məşğul olur...
 
Sultan Laçın
 
 
 
 
Oxşar xəbərlər
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
09:17, Bu gün
Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək - VİDEO
09:15, Bu gün
Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi
09:13, Bu gün
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA + VİDEO
09:12, Bu gün
Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:02
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 15:17
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
28 Mar 2024 | 14:51
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
28 Mar 2024 | 15:03
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
28 Mar 2024 | 12:34
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
28 Mar 2024 | 13:51
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
28 Mar 2024 | 14:15
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
28 Mar 2024 | 12:04
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
28 Mar 2024 | 12:02
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT