“Azərbaycan dövləti Rusiyanın Laçında SSRİ bayrağı ucaltmasına etiraz edə bilməz ki?..”
Oxunub: 9679
11 Jul 2022 | 13:44
“Azərbaycan dövləti Rusiyanın Laçında SSRİ bayrağı ucaltmasına etiraz edə bilməz ki?..”
“Bilirsiz də, Putin rejimi keçmiş SSRİ bayrağını hansı ərazilərdə ucaldır? İşğal etdiyi ərazilərdə: Krımda, Donetskdə, Luqanskda, Xersonda...”
 
“Belə anti-milli, antidemokratik fikirlər isə yalnız Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun rəhbər təmsilçilərinin ürəyindən keçə bilər...”
 
-FİKİR SAVAŞI...-
 
Son günlər növbəti Qarabağ savaşının başlayacağı haqda xəbərlər sürətlə tirajlanmaqdadır. Əksər şərhçi və analitiklər bunda Rusiyanın, bəziləri isə Putin rejiminə qarşı Türkiyə-Azərbaycan istiqamətindən ikinci cəbhə açılmasına çalışan Qərbin -  Avropa və ABŞ-ın maraqlı olduğunu vurğulayır...
 
Bu versiyaların hansının gerçək olduğunu dəqiq söyləmək çətindir. Ancaq söhbət göz önündə olan faktlardan gedirsə, artıq bir il 8 aydır ki, Azərbaycanın Qarabağ və Zəngəzur torpaqlarını “sülhməramlı” adı altında faktiki işğal altında saxlayan Rusiya -  Putin rejimidir. Kreml bunu torpaqlarımızda, həmçinin “məsuliyyət zona”larının xəritələrində dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə qarşı törətdiyi təxribatlarla da təsdiqləyir. Bu mövzuda dəfələrlə və kifayət qədər yazmışıq... Bu cür faktlardan daha birini bu günlərdə  Azərbaycan dövlət telekanalı – AZTV təsdiqlədi.  Belə ki,  telekanal əməkdaşlarının iyulun 9-da Laçına səfərləri zamanı şəhərin mərkəzindən çəkdiyi eksklüziv görütülərdə SSRİ bayrağı  əks olunub.  Keçmiş imperiya bayrağı rayon mərkəzinin sakinlərin “poçt” adlandırdıqları hissəsində, aşağısında ermənicə yazılar olan "Snikers" reklamının üzərində - Şuşa, Qubadlı və Qərbi Zəngəzurun Gorus şəhəri istiqamətindən gələn avtomobil yollarının kəsişdiyi giriş dairəsində görüntülənir... 
 
Üzərində oraq və çəkic olan bayrağın dalğalandığı tikilinin hərbi obyekt olduğu ehtimal edilir. Halbuki, dəxli yoxdur, hansı obyektdir. Fakt odur ki, həmin ərazi Azərbaycan Respublikası Laçın rayonunun ərazisidir – Azərbaycan torpağıdır...
 
Nə yazıqlar ki, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü aşağılayan bu növbəti faktı nə AZTV özü, nə də digər aparıcı telekanal və elektron nəşrlərimiz şərh etdi. Yalnız vaxtmedia.az saytı bu faktı qeydə aldı, Moderator.az da eyni materialı kiçik əlavələrlə həmin sayta istinadla yaydı...  Müvafiq dövlət qurumlarından, həmçinin rayon İcra Hakimiyyətindən də, rayon deputatından da, çox vaxt olduğu kimi, hələki səs çıxmayıb...
 
Eləcə də iyulun sonlarında həmin AZTV-nin kadrlarına istinadla guya Azərbaycan ordusunun Laçın şəhərinə nəzarəti ələ aldığını bildirən və iyulun 1-də dövlət başçısı İlham  Əliyevin bu şəhərdə də Azərbaycan bayrağını ucaldacağını hay-küylə deyən saytlar və “You Tube” kanalları da susdu...
 
Halbuki, Azərbaycan torpağında dövlətimizin rəsmi icazəsi olmadan nəinki digər dövlətin, hansısa keçmiş imperiyanın bayrağının dalğalanması ciddi və utancverici bir faktdır. Konkret Laçın “dəhlizi” və Laçın şəhərinə gəldikdə, Rusiya hərbçilərinin bu ərazilərdən keçən Azərbaycan mülki və hərbi avtomobillərinin üzərindəki dövlət bayraqlarını endirməyə məcbur edilməsini nəzərə alsaq, bu daha çox alçaldıcı bir insidentdir. Halbuki, beynəlxalq qanunlara da görə, digər dövlət ərazisində sülhməramlı kimi fəaliyyət göstərən qoşunların məxsus olduqları dövlətin bayraqlarını qaldırmaq hüququ yoxdur.  Yalnız həmin ölkənin sülhməramlı qoşunlarının rəmzi olan bayraqlar görünə bilər. Onları da yalnız sülhməramlı kontingentin avtomobilləri və baş qərargahları üzərində ucaltmağa icazə verilir.  Bir sözlə,  Rusiya hərbçilərinin Laçın ərazisindəki də hansısa yaşayış məntəqəmizdəki hər hansı bir tikili üzərində öz bayraqlarını qaldırmasına icazə verilməməlidir. Handa qala, sovet imperiyasının bayrağını... 
 
Kimsə deyə bilər ki, yanlış görmüsüz, Laçında görünən oraq-çəkicli SSRİ bayrağı yox, Rusiya ordusunun beşguşəli ulduzlu bayrağıdır. Əvvəla, bu, həmin bayrağa oxşamır. İkincisi də, heç Rusiya ordusunun bayrağı da qaldırıla bilməz axı Azərbaycan torpağında... Dediyimiz kimi, yalnız “sülhməramlı”ların öz rəmzi bayrağı...
 
Xatırladaq ki, bu ilin yazında “sülhməramlı”lar Xocalı rayonunun Fərrux kəndindəki evlərdən birinin üzərində də Rusiya bayrağı ucaltmışdı...
 
Məgər bizim torpağımız kimlər üçünsə əyləncə, öz ideologiyalarını, tarixlərini təbliğ etmək məkanıdır? Bu gün SSRİ bayrağı, ertəsi gün qondarma “Artsax”ın, birisi gün terrorçu “PKK” nın əski parçası?.. Yeri gəlmişkən, Rusiyanın nəzarətində olan Xocalı, Xankəndi, Ağdərə, Xocavənd və s. məntəqələri kimi, son məlumatlara görə, Laçın şəhərinin bəzi “inzibati” binalarında da hələ də separatçı-terrorçu rejimin əski parçaları dalğalanır...
 
Yoxsa 10 noyabr razılaşmasında Laçında SSRİ bayrağı qaldırılcağı və Azərbaycanın da bu umperiyanın bərpasına razılıq verəcəyi haqda razılığa gəlinib, bizim xəbərimiz yoxdur?..
 
Məgər Azərbaycan dövləti, onun müvafiq qurumları, o cümlədən Xarici İşlər Nazirliyi bu insidentə öz ciddi etirazını bildirə bilməzdi?.. 
 
Bilirsiz də, Moskvadakı Putin rejimi keçmiş SSRİ bayrağını hansı ərazilərdə ucaldır? Siyasi və ya hərbi zor gücünə işğal etdiyi ərazilərdə: Krımda, Donetskdə, Luqanskda, Xersonda, Xarkov ətrafında və s.... Deməli, “qanun yox, güc haqlıdır” məntiqi ilə Qarabağın Zəngəzur sərhədimizdən giriş qapısı olan Laçına da nəinki SSRİ-nin, elə Rusiyanın, yaxud Rusiya ordusunun da bayrağının sancılması həmin ərazinin, o cümlədən bu rayonun Zabux, Sus kəndlərinin, bəndənizin doğma kəndi Ağanusun- Turçsunun, eyni zamanda Moskvanın müvəqqəti(!) məsuliyyət zonasına çevrilmiş bütün Azərbaycan torpaqlarının, yəni Xocalının, Xankəndinin, Əsgəranın, Ağdərənin, həmçinin, Şuşa rayonun əksər, Kəlbəcər, Ağdam, Xocavənd və Tərtər rayonlarının bir hissəsinin faktiki olaraq Rusiya işğalı altında olduğunu təsdiqləyir. Və Putin rejiminə hazırda heç bir xarici təşkilat və ya dövlət “bayrağını, qoşununu Azərbaycan torpaqlarından çıxar” deyə bilməz, cavab verər ki, biz oraya Azərbaycan dövlətinin öz razılığıyla girmişik...
 
Özü də hesab edirik ki, keçmiş SSRİ imperiyasının əski parçasının Laçında məhz alternativ yolun  istifadəyə veriləcəyi tarixin yaxınlaşması, Azərbaycan Prezidentinin həmin məkanda dövlət bayrağını ucaldacağı haqda xəbərlərin meydana çıxdığı, üçüncü Qarabağ savaşının başlanacağı haqda şayiələrin dolaşdığı bir dönəmdə  görünməsi təsadüfi deyil...
 
Bilirik ki, həmişəki kimi, bu yazımızı oxuyacaq bəzi məmurlar dərhal deyəcək ki, bunların işi-gücü yoxdur, nələrinə lazımdı, Laçında SSRİ bayrağı dalğalanır, yoxsa Ermənistan bayrağı? Dövlətimiz, ordumuz özü bilər...
 
Cənablar, yoldaşlar, bəylər, əfəndilər, məgər biz müstəqil(!), azad(!), demokratik(!) dövlətdə yaşamırıq? Məgər Konstitusiya və qanunlarımıza əsasən hər  bir Azərbaycan vətəndaşının(əlbəttə, dövlət və hərbi sirr daşıyan mövzular istisna olmaqla), o cümlədən yazarının, jurnalistinin öz rəy, fikir və təkliflərini, həmçinin hər hansı mövzuda suallarını poçt və mətbuat vasitəsi ilə ünvanlamaq ixtiyarı yoxdur... Məgər bizim bir vətəndaş olaraq ixtiyarımız yoxdur, bilək ki, Laçında niyə erməni və SSRİ bayrağı asılıb, sual edək ki, quldur yuvasına dönməsini  artıq məhkəmələrin təsdiqlədiyi keçmiş  MTN rəhbəri Eldar Mahmudov, eləcə də cinayətləri dillər əzbəri olan Ramiz Mehdiyevlər, adı I Qarabağ savaşındakı xəyanətlərdən tutmuş Tərtər işgəncələrinədək “qəhrəmanlıqları”  “dastanlara dönmüş” Nəcməddin Sadıqovlar, həmin Tərtər işgəncələrinin əsl təşkilatçı və icraçısları  və s. niyə həbs olunub məhkəmə qarşısına çıxarılmır? Yoxsa siz Azərbaycanın Konstitusiyasının, qanunlarının və onların təmin olunmasını, eyni zamanda hər bir vətəndaşın hüquqlarını qoruyacağını vəd etmiş dövlət başçısının əleyhinə çıxırsız? Deyilənlərin əksini hansı rəhbər məmur hesab edirsə, onda zəhmət çəksin, şəxsiyyət vəsiqəmizə “Azərbaycan vətəndaşı” yox, “Azərbaycanın filan ağasının qulu, yaxud köləsi” yazsın, alnımıza da bir identifikasiya birkası vursun və rəsmən elan etsin ki, ölkədəki, o cümlədən işğaldan azad  və ya azad edilməmiş torpaqlarımızdakı, eləcə də Laçındakı proseslərdən heç bir kölə, qul, nəinki açıq danışa, heç bu haqda düşünə də bilməz, biz özümüz bilərik, lazım gəlsə, Rusiya ordusunun Laçında, Qarabağda əbədi qalmasına icazə də verərik, ölkəyə həmin ordunun daha çox birləşmələrini dəvət edərik, lap SSRİ-nin bərpasına da razılıq verərik... Belə olan halda, yəni rəsmən qul, kölə olduğumuzu bildikdən sonra biz də işimizi bilər və cınqırımızı da çıxarmarıq...
 
Fəqət,  belə anti-milli, antidemokratik fikirlər  yalnız Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun rəhbər təmsilçilərinin ürəyindən keçə bilər...
 
Allaha şükürlər olsun, Kəlbəcər kimi, Laçın rayonunun da zümrüd yaylaqlarında, çəmənlərində Azərbaycanın qoyun, mal-qara, arı və s. təsərrüfatlarının nümayəndələri yaylanır...  Amma Laçın  rayon mərkəzində işğalçı, terrorçu haylar sülənir, Rusiya ordusu gəzir və SSRİ bayrağı dalğalanır.. Və belə getsə, bir gün də ayılacağıq ki, o çobanlar, fermerlər, arıçıların və s. aralarından bir neçə nəfərə sovet dövründəki kimi Sosialist Əməyi Qəhrəmanı veriblər və yaxalarından medal asıb SSRİ Ali Sovetinə deputat seçiblər... 
 
Allah amanında qalın...
 
Sultan Laçın  
 
Oxşar xəbərlər
00:06, Bu gün
“Metropark” yanğın təhlükəsizliyi ilə bağlı qaydaları pozub?
23 Apr 2024 | 23:59
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
23 Apr 2024 | 23:57
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
23 Apr 2024 | 23:54
Nigerin XİN rəhbəri ABŞ səfiri ilə Amerika qoşunlarının ölkədən çıxarılmasını müzakirə edib
23 Apr 2024 | 23:52
Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 23:47
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 23:44
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23 Apr 2024 | 23:38
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23 Apr 2024 | 23:29
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23 Apr 2024 | 23:14
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23 Apr 2024 | 23:12
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23 Apr 2024 | 23:09
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23 Apr 2024 | 23:03
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23 Apr 2024 | 23:03
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23 Apr 2024 | 23:02
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
23 Apr 2024 | 22:58
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
23 Apr 2024 | 22:45
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Apr 2024 | 22:38
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
23 Apr 2024 | 22:31
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
23 Apr 2024 | 22:27
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
23 Apr 2024 | 22:18
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
23 Apr 2024 | 22:10
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
23 Apr 2024 | 21:59
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
23 Apr 2024 | 21:49
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
23 Apr 2024 | 21:29
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
23 Apr 2024 | 21:25
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
23 Apr 2024 | 21:22
Milyonçu səhvi ucbatından evsiz qaldı
23 Apr 2024 | 21:17
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
23 Apr 2024 | 21:15
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23 Apr 2024 | 21:12
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
23 Apr 2024 | 20:56
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
23 Apr 2024 | 20:55
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
23 Apr 2024 | 20:52
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
23 Apr 2024 | 20:46
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
23 Apr 2024 | 20:33
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
23 Apr 2024 | 20:19
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
23 Apr 2024 | 20:17
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
23 Apr 2024 | 20:15
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
23 Apr 2024 | 20:12
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
23 Apr 2024 | 20:10
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
23 Apr 2024 | 20:04
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
23 Apr 2024 | 19:54
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
23 Apr 2024 | 19:52
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
23 Apr 2024 | 19:50
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
23 Apr 2024 | 19:42
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
23 Apr 2024 | 19:31
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
23 Apr 2024 | 19:26
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
23 Apr 2024 | 19:25
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
23 Apr 2024 | 19:23
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
23 Apr 2024 | 19:16
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
23 Apr 2024 | 19:14
Xərçəngdən qorunmağın sadə yolu
23 Apr 2024 | 19:11
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
23 Apr 2024 | 19:09
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
23 Apr 2024 | 19:07
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
23 Apr 2024 | 19:05
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
23 Apr 2024 | 19:02
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
23 Apr 2024 | 19:01
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
23 Apr 2024 | 19:00
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
23 Apr 2024 | 18:58
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
23 Apr 2024 | 18:48
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
23 Apr 2024 | 18:43
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
23 Apr 2024 | 18:41
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
23 Apr 2024 | 18:32
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
23 Apr 2024 | 18:31
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
23 Apr 2024 | 18:31
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
23 Apr 2024 | 18:00
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
23 Apr 2024 | 17:54
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
23 Apr 2024 | 17:51
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
23 Apr 2024 | 17:48
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
23 Apr 2024 | 17:46
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
23 Apr 2024 | 17:45
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
23 Apr 2024 | 17:43
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
23 Apr 2024 | 17:42
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
23 Apr 2024 | 17:39
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
23 Apr 2024 | 17:35
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
23 Apr 2024 | 17:28
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
23 Apr 2024 | 17:25
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
23 Apr 2024 | 17:21
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
23 Apr 2024 | 17:17
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
23 Apr 2024 | 17:14
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
23 Apr 2024 | 17:11
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
23 Apr 2024 | 17:08
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
23 Apr 2024 | 17:05
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
23 Apr 2024 | 17:04
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
23 Apr 2024 | 17:00
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Apr 2024 | 16:55
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
23 Apr 2024 | 16:53
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
23 Apr 2024 | 16:50
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
23 Apr 2024 | 16:48
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
23 Apr 2024 | 16:46
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
23 Apr 2024 | 16:45
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
23 Apr 2024 | 16:40
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
23 Apr 2024 | 16:35
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
GÜNLÜK
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
23 Apr 2024 | 11:00
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
23 Apr 2024 | 09:00
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
23 Apr 2024 | 08:00
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
23 Apr 2024 | 06:00
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
23 Apr 2024 | 11:30
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
23 Apr 2024 | 05:26
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
23 Apr 2024 | 06:56
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
23 Apr 2024 | 09:30
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
23 Apr 2024 | 13:50
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 10:12
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb