“Cinsi azlıqların da haqlarını qoruyaq – Fəqət, əxlaqsızları başımıza çıxarmayaq...”
Ekskluziv
Oxunub: 12533
07 Jul 2022 | 10:52
“Cinsi azlıqların da haqlarını qoruyaq – Fəqət, əxlaqsızları başımıza çıxarmayaq...”
“Bunları etsək, nə İran, yaxud Səudiyyə Ərəbistanı və s. Azərbaycanda radikal “islamı” dirçəldib dövlətimizə qarşı çıxışlara bəhanə, əsas tapar, nə də Qərb bizə təzyiq edər...”
 
"Bu mənada Zaur Kamalın son qalmaqalının da, metrodakı “baltalı kişi”nin də xarici xüsusi xidmət orqanlarının ssenarisi əsasında meydana çıxdığı istisna olunmur..."
 
-FİKİR SAVAŞI...-
 
Bu günlərdə Bakı metrosunda əli baltalı, yaxud çəkicli birinin “özünü qadın kimi aparan, qaşını-gözünü alan oğlancıqları”  hədələməsi ilə bağlı videolar yayılması təsadüfdürmü? Bu suala dəqiq cavab verməyə əlimizdə əsas yoxdur. Amma  hər iki halda bu olay ölkəmiz haqda iki zərərli baxışın, nəticənin formalaşmasına şərait yaradır. Birincisi, bu hal təbii ki, İslam dinindən siyasi məqsədlər üçün bəhrələnən teokratik rejimlərin ürəyindən xəbər verir. Çünki Azərbaycanda “mavilər”, “homoseksuallar” “fahişə”lər mövzusunu qızışdırıb dini zəmində çaxnaşma yaratmaq onların çoxdankı arzusudur. Bunlardan məqsəd ilkin mərhələdə mövcud hakimiyyətə, ümumiyyətlə dövlətçiliyə təhdidlər, təzyiqlər yaratmaqla hansısa  siyasi, iqtisadi hədəflərə nail olmaq, ikinci mərhələdə isə hazırkı  hakimiyyəti devirmək, üçüncü mərhələdə isə ümumiyyətlə, konstitusyon quruluşu dəyişib özlərinin vassalı olacaq teokratik bir dövlət qurmaqdır...
 
“Baltalı adam” videosunun ölkəmiz, dövlətimiz haqda meydana çıxardığı ikinci zərərli baxış-nəticə Qərbdən, ABŞ və Avropadan belə hadisələrə  reaksiyadır. Dəfələrlə demişik ki, əgər avtoritar, teokratik rejimlərə malik müsəlman sayılan dövlətlər İslamdan, Rusiya kimi avtoritar, totalitar rejimli dövlətlər milli-mənəvi və bəşəri dəyərlərdən, eləcə də milli azlıqların hüquqlarının qorunmasından öz siyasi, iqtisadi, geo-siyasi məqsədləri üçün sui-istifadə edirsə, Avropa, ABŞ da demokratik dəyərlərdən, o cümlədən insan haqları, mətbuat azadlığı,  həmçinin milli, dini, cinsi azlıqların qorunmasından və s. eyni məqsədlər üçün yararlanır. Bu mənada Qərb dövlət və təşkilatlarının Azərbaycan paytaxtındakı “homoseksualları hədələyən baltalı adam” insidentinə reaksiyası təxminən belədir: “Bu dövlətdə cinsi azlıqların haqları nəinki tapdanır, onların həyatı da təhlükədədir. Odur ki, bunlara öz maraqlarımızı təmin etmək üçün təzyiqləri artırmaq  gərəkdir...”  
 
Əlbəttə, öz azadlığı uğrunda savaşan Ukraynanın, Moldovanın Avropa Birliyinə üzvlüyə namizəd kimi qəbul edilməsi, artıq qonşu Gürcüstanın ictimaiyyətinin də öz dövlətlərini bu istiqamətdə addımlar atmağa vadar etməyə çalışdığı və Azərbaycan üçün də siyasi gələcəyimiz üçün heç olmasa, AB ilə, nəhayət, Assosiasiya Sazişini imzalamaq şansının yetişdiyi bir vaxtda belə olaylar təbii ki, Rusiyanın da, İranın da ürəyincədir. Çünki hər ikisinin məqsədi Azərbaycanı mümkün qədər Avropadan, ABŞ-dan uzaqlaşdırmaqdır. Bunun da yollarından biri Qərbi Azərbaycandan(və yaxud əksinə) iyrəndirməkdir.  Odur ki, belə təxribatlar hər iki ölkə tərəfindən təşkil də edilə bilər. Bu mənada “baltalı kişi”nin xarici xüsusi xidmət orqanlarının ssenarisi əsasında meydana çıxdığı istisna olunmur...
 
Ancaq artıq polis tərəfindən saxlanılmış həmin şəxsin bəhs edilən olayı şəxsi təşəbbüsü, yaxud xarici kəşfiyyatın təhriki ilə törətməsindən asılı olmayaraq Azərbaycanda hüquq-mühafizə, təhlükəsizlik və s. qurumları, gec olsa da, bu cür insidentlərin meydana çıxmasına şərait yaradan amil, səbəb və bəhanələri araşdırmalı və onların profilaktikası, yəni öncədən qarşısının alınmasıyla məşğul olmalıdır...
 
Bəs cinsi azlıqlara qarşı “baltalı adam”ların meydana çıxmasına şərait yaradan əsas subyektiv amillər hansılardır? Buna əsas səbəb belə azlıqların varlığı yox, onların qeyri-bəşəri düşüncə, əxlaq və həyat tərzinin məmləkətdə müxtəlif vasitələrlə, xüsusən telekanal və elektron media vasitəsilə təşviq və təbliğ edilməsi, bir sözlə, onlara meydan verilməsidir.  Halbuki, ittifaqdakı bütün xalqlara əsasən rus əxlaq və həyat tərzinin aşılandığı sovet dövründə belə, bu cür adamlar, həmçinin qadın və kişi fahişəliylə məşğul olanlar abırına qısılıb küncdə-bucaqda, mehmanxanada-filanda yaşayır, özlərini açıq şəkildə nümayiş etdirməyə cəsarət etmir, “qədim peşə”ləri ilə çox gizli şəkildə məşğul olurdular. Həm də ona görə ki, onların əxlaqsız, qeyri-təbii yaşam tərzi əksər xalqlar, xüsusən türk, müsəlman xalqları, o cümlədən Azərbaycan xalqı, cəmiyyəti tərəfindən ciddi və kəskin ictimai qınaq hədəfi idi... Fəqət, son xüsusən 3 onillikdə postsovet məkanında olduğu kimi, ölkəmizdə də cinsi azlıqların bütün kateqoriyalarına mənsub şəxslər əməlli-başlı meydan sulayırlar.  Hələ 1990-cı illərin sonundan car çəkdiyimiz kimi, Azərbaycanın televiziya, radio, mətbuat məkanında, ümumiyyətlə, şou-biznes deyilən sahədə öz geyim və davranışlarıyla fahişəliyi, homoseksuallığı, lesbiyanlığı və s. açıq təbliğ edənlərə nəinki meydan verilməməli, yeri gələndə onlara qarşı müvafiq maddələrlə cinayət işləri qaldırılmalıdır. Əgər müstəqil(!) və  milli(!)  dövlət doğrudan da xalqın milli, dini dəyərlərini qorumağa çalışırsa, mütləq bu məsələlərə müvafiq mövcud qanunlar, eləcə də yenidən qəbul edilə biləcək qanunlarla müdaxilə etməlidir. Təəssüf ki, bu gün bunun əksini görürük. Siyasi, iqtisadi, hərbi, elmi, tibbi sahələrdə “KQB”-korrupsiya şəbəkəsinin üzvləri başmıza çıxdığı kimi mədəniyyət, şou-biznes sahəsində də elə çox vaxt həmin korrupsionerlərin maliyyələşdirdiyi cinsi azlıq nümayəndələri və onlara dəstək verənlər at oynadır. Demək olar ki, bütün telekanal, radio və elektron nəşrlərdə, həm də qəzet və jurnallarda xalqa, uşaqlara, yeniyetmə və gənc nəslə arsızlığı, bayağılığı, fahişəliyi, zinakarlığı və hətta homoseksullara, lesbiyanlara məxsus davranışları təlqin edən “əməkdar artist”, “xalq artisti” və s. titullu aparıcı, müğənni, aktrisalar və s. yüksək səviyyədə təbliğ edilir. Və onların arsız-həyasız geyim, davranış və danışıq tərzi  “qanun pozuntusu” sayılmır. Necə ki, bayağılıqda artıq həddini aşan “ARB” aparıcıı Zaur Kamalın bu günlərdə Güney Azərbaycandan olan bir sənətçini təhqiramiz şəkildə səhnədən qovması da müvafiq qurum tərəfindən “qanun pozuntusu” hesab edilmədi və dolayısıyla onun bu davranışına haqq qazandırıldı... Məgər dövlətimizin prioriteti budur?..
 
Yeri gəlmişkən, Zaur Kamalın  güneyli qardaşımıza qarşı son hədsiz davranışının öncədən planlaşdırıldığını deməyə əlimizdə hüquqi əsas olmasa da, göz qabağındadır ki, bu insident də Tehran rejiminin əlinə  oynayır. Çünki belə olaylar təbrizdəki soydaşlarımızda qeyri-iradi quzeydəkilərə qarşı soyuqluq yaradır: düşünürlər ki, bakıdakılar bizlərə təkəbbürlə, üstdən aşağı baxır...
 
Bu hal bir daha göstərir ki, kiçik istisnalarla, telekanal və radiolarda ciddi aparıcılara, rejissorlara, ssenaristlərə və s. yer verilmir. Çünki onlar abır-həya, milli, dini dəyərlər çərçivəsini aşmadığı üçün həmin tele və radiokanallara pul qazandırmır... 
 
Bəli, telekanallara və onları maliyyələşdirən korrupsionerlərə Zaurlar, Xoşqədəmlər, Elgizlər, Faiqlər, Aygün Kazımovalar, Röyalar, Roza Zərgərlilər, Pərvin Abıyeva və s. kimi abır-həya, əxlaqi, milli-mənəvi, dini dəyər, sərhəd tanımayanlar para qazandırır... Odur ki, onlara maksimum şərait yaradılır və qayğı göstərilir. Ehtiyacı olan yüz minlərlə müəllim, alim, jurnalistləri demirəm, 1990-cı illərdən bəri Vətən, Qarabağ yolunda canını-qanını fəda etmiş qazilər, veteranlar dura-dura, it damlarının qiyməti də milyonlarla ölçülən Aygünlərə,  Roza Zərgərlinin elə adı ilə azərbaycançılığa, türklüyə müsəlmanlığa xəyanət etmiş Corc oğluna və s. evlər hədiyyə edilir. Bu məqamlar nə qədər təmkinli, səbirli olmağa çalışsa da, bu sətirlərin müəllifini belə, hiddətləndirir. Bəs görün, belə bir ayrı-seçkilik daha yoxsul tərzdə həyat sürən vətəndaşları, eləcə də radikal dini cərəyanların təsiri altına düşmüş gəncləri nə dərəcədə qəzəbləndirir? Və bu qəzəb onları həmin “baltalı adam”ın timsalında “kişi kimi yaşayın” deməyə və bilərəkdən, ya bilməyərəkdən xarici xüsusi xidmət qurumların əlində alət olmağa vadar edir...
 
Bir sözlə, birdəfəlik anlamaq lazımdır ki, ölkədə on illərdir ki, “KQB-korrupsiya” şəbəkəsi tərəfindən yönləndirilən korrupsiya, rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq,  süni bahalıq, maaş azlığı, monopoliya, inhisarçılıq kimi, milli, dini dəyərlərin aşağılanmasına, fahişələrin, “mavi”lərin, lesbiyanların meydan sulamasına, onların əxlaq və həyat tərzinin bütövlükdə xalqa, cəmiyyətə nüfuz etməsinə və s. şərait yaradılması da xarici və daxili düşmənlərimizin əlinə işləyir. Odur ki, müstəqil(!) və milli(!) hesab etdiyimiz dövlət gələcəkdə daha ciddi problemlərin yaranmaması üçün bu məsələdə orta, mütəvazi yol  tutmalıdır. Demirik ki, bəzi ölkələrdəki kimi konsertlərə, şənliklərə, şou verilişlərinə qadağa qoyulsun, qadınlara zorla hicab geyindirilsin, kişilərə qısaqol köynək geyinmək qadağan edilsin, cinsi azlıqlar edam olunsun və s.  Sadəcə, rəsmi səviyyədə milli adət-ənənələrimizə, ailə dəyərlərimizin qorunmasına sözdə, çıxışlarda yox, işdə, əməldə dəstək verilsin.  Telekanal, radio və saytlarda,konsert, teatr salonlarında əxlaqsızlıqlarını çəkinmədən nümayiş etdirən fahişə, homoseksual aparıcı, müğənni, aktrisalara və s. meydan verilməsin. Bu məsələnin qanunlarla və redaksiyaların, digər qurumların daxili nizamnamələri, əxlaq kodeksləri ilə tənzimlənməsi tamamilə mümkündür...
 
Cinsi azlıqlara, fahişələrə ümumi münasibətə gəldikdə, digər vətəndaşlar(!) kimi, onların da haqq və hüquqlarını dövlət səviyyəsində qoruyaq, onların təqib olunmasına, onlara təzyiqlər edilməsinə imkan verməyək. Fəqət, eyni zamanda onları, yəni maviləri, lesbiyanları, əxlaqsızları, az qala, xüsusi himayə olunan, “elit” bir təbəqə səviyyəsində  təşviq və təbliğ etməklə ümummilli əxlaqımızı korlamayaq, ailə institutumuzu nəhv etməyək... Bunları etməyən, etmək istəməyən dövlət, necə müstəqil(!), milli(!) adlana bilər?... Lakin bunları etsək, nə İran, Rusiya, yaxud Səudiyyə Ərəbistanı və s. Azərbaycanda radikal “islamı” dirçəldib dövlətimizə qarşı çıxışlara bəhanə, əsas tapar, nə də Qərb, ABŞ Dövlət Departamenti, Avropa Birliyi və s. bizə təzyiq edər... 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
GÜNLÜK
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"