Ermənilər nazirimizi Xankəndində- Moskva nümayəndəsinin yanında necə qarşıladı?..
Ekskluziv
Oxunub: 11954
02 Jul 2022 | 18:52
Ermənilər nazirimizi Xankəndində- Moskva nümayəndəsinin yanında necə qarşıladı?..
“Artıq bir gün eşidəcəyik ki, dövlət başçısı Xankəndində bayrağımızı ucaltdı, ardınca, nazirlər, digər məmurlar, eləcə də deputatlar dövlət quruculuğu, tikinti-bərpa, abadlıq işləri ilə bağlı Qarabağın bu və adı çəkilən digər şəhər və kəndlərinə səfərlər etməyə başladı...”
 
“Əllərində armatur parçaları tutmuş 5 minə yaxın erməni: “Orucov, von iz Karabaxa!”(“Orucov, Qarabağdan rədd ol”) deyib qışqırırdı...”
 
"Bu mənada nazir, məmur və deputatlarımızı hələ çox sınaqlar gözləyir..."
 
Qarabağdakı son 44 günlük müzəffər savaşımızdan sonra Azərbaycanı, Türk-İslam dünyasını sevən hər kəs səbirsizliklə dövlətimizin, ordumuzun sorağının Xocalıdan, Xankəndindən, Əsgərandan, Ağdərədən, Xocavənddən  və s. yaşayış məntəqələrindən gələcəyi günü gözləyir.  Bəli, artıq bir gün eşidəcəyik ki, dövlət başçısı Xankəndində bayrağımızı ucaltdı, ardınca, nazirlər, digər məmurlar, eləcə də deputatlar dövlət quruculuğu, tikinti-bərpa, abadlıq işləri ilə bağlı Qarabağın bu və adı çəkilən digər şəhər və kəndlərinə səfərlər etməyə başladı. Təbii ki, ermənilərin həmin məntəqələrimizdən çıxmayacağı halda, onların Azərbaycan vətəndaşlığını könüllü şəkildə qəbul edərək Konstitusiya və qanunlarımız çərçivəsində yaşamağa razılıq vermələri də müəyyən bir dövr tələb edəcək. Bu mənada nazir, məmur və deputatlarımızı hələ çox sınaqlar gözləyir. Belə bir durumda haylarla, xüsusən onların separatçılığa, terrorçuluğa meyilli kəsimi ilə ünsiyyət qurmağa risk edən və bunu bacara bilən, ən yaxşısı, bu sahədə təcrübəsi olan dövlət, hökumət adamlarına ehtiyac duyulacaq. Deyilənləri nəzərə alaraq hesab edirik ki, sonu xarici, geo-siyasi şərtlərin yetişməməsi, həmçinin müəyyən daxili xəyanət, səhv, günah və cinayətlər ucbatından uğursuzluqla nəticələnməyinə rəğmən 1988-1992-ci illərdə  Qarabağda işğala müqavumətlə yanaşı, rəsmi Bakının yurisdiksiyasının bərqərar olması uğrunda mümkün qədər mübarizə aparmış dövlət adamlarının təcrübəsindən də yararlanmaq gərəkdir.  
Bu baxımdan dəyərli Moderator.az oxucularının diqqətinə  SSRİ tərkibindəki Azərbaycan hökumətinin son və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ilk Ədliyyə naziri olmuş, bununla yanaşı bir müddət Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini daşımış Əlisaab Orucovun 2011-ci ildə çap olunmuş “Mübarizəmiz Qarabağdadır”adlı kitabından ən maraqlı epizodları müəllifin özünün gündəmə uyğun yeni şərh, açıqlamaları, meydana çıxan suallara cavalarının müşayəti ilə təqdim etməyi qərara aldıq. 
İlk olaraq hörmətli oxucuları sabiq Ədliyyə naziri Əlisaab Orucovun 1989-cu ilin mayında Xankəndində separatçı ermənilərin kəskin qarşıdurmasına məruz qalmasını təsvir edən  bir epizodla tanış edirik.
 
Öncə həmin dövrdə Qarabağdakı durumu, qismən də olsa, anlamaq üçün müəllifin özünün bəhs edilən kitabında təqdim etdiyi bir neçə cümləni nəzərinizə çatdırırıq:  
 
“1989-cu ilin yanvarında Moskva tərəfindən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində(DQMV) Xüsusi İdarəetmə Komitəsi yaradıldı  və onun sədri Arkadi Volski təyin olundu. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanıyla DQMV hüquqi cəhətdən Azərbaycanın tərkibindən çıxarılıb  birbaşa SSRİ-nin tabeliyinə verildi. Sonra Sovet İttifaqının lideri M.Qorbaçov vilayətin tədricən Ermənistanın idarəçiliyinə verilməsinə imkan yaratdı. Onu da deyim ki, Moskva bu fərmanından bir müddət əvvəl, yəni 1988-ci ilin yazından A.Volskini  Dağlıq Qarabağı idarə etməyə göndərmişdi. O, Yuxarı Qarabağdakı vəziyyəti ətraflı öyrənərək SSRİ Ali Sovetinin bir fərmanı üçün zəmin hazırlamışdı. Bununla da  Azərbaycan SSR DQMV üzərindəki suveren hüquqlarından tamamilə məhrum edildi...” 
 
Nəhayət, sabiq nazirin bəhs edilən kitabından “Qarabağ” futbol komandasının Ermənistan birinciliyində iştirakı” yarımbaşlıqlı epizodun əsas hissəsini təqdim edirik: 
 
“Respublika İdman Komtəsinə xəbər çatdırdım ki, vilayətin “Qarabağ” futbol komandası Ermənistan birinciliyində çıxış edir. Həmin dövrdə Respublika İdman Komitəsinin sədri Yura Məmmədov idi. 1989-cu il mayın 6-da o, Ağdama gəldi. Biz ləngimədən həmin gün Xankəndinə getdik... Hadisəni Yura Məmmədov belə xatırlayır: 
 
“Bu məsələni aydınlaşdırıb tədbir görmək üçün həmin dövrdə Respublika Ədliyyə naziri kimi çalışan Əlisaab Orucovla birlikdə Xankəndinə getdik. Keçmiş Dağlıq Qarabağ Vilayət Komitəsinin qabağında sakitlik idi. Həmin vaxt Qarabağdakı Xüsusi İdarə Komitəsinin sədri olan A.Volskinin qarşısında bir çox məsələləri  qaldırdıq.  O da bizə dedi ki, gedin müavinim Plisovun yanına, məsələləri o, həll edir. Mən,  Əlisaab Orucov və o vaxtkı Respublika Nazirlər Sovetinin sədr müavini Protokovets Volskinin müavini – o vaxtkı SSRİ rabitə nazirinin müavini Plisovun yanına getdik. O, A.Volskinin oturduğu Vilayət Partiya Komitəsi ilə yanaşı olan Vilayət İcraiyyə Komitəsinin binasında əyləşirdi. Şuşa rayon partiya komitəsinin birinci katibi Vaqif Cəfərov da orada idi. Heç beş dəqiqə keçməmiş bayırdan səslər eşidildi və qapı açıldı. Guya gözətçi rus əsgərləri heç kimi içəri buraxmaq istəmirdilər. Bir azdan bar-bar bağıran qadın və kişi dəstəsi kabinetə daxil oldu. Onların əllərində qəzet və polietilen torbalar var idi. Bu zaman mən Əlisaab Orucovdan soruşdum ki, bu nədir? O da mənə dedi ki, ehtiyatlı ol, özünü içərisində dəmir parçaları olan torbalar və bükülü qəzetlərdən qoru. Plisov isə özünü itirmişdi. Dərhal hara isə zəng vurdu və əlavə hərbi qüvvə göndərilməsini xahiş etdi. Lakin heç kim gəlmədi. Erməni qadınları da ara vermədən: “Biz Bakını Beyruta çevirəcəyik!”, “Orucov Qarabağdan rədd olsun!”- deyə bağırırdılar. Plisov üzünü Orucova tutdu ki, yaxşısı budur, kabinetdən çıxın, bu iş pis sonluqla nəticələnə bilər. Lakin Əlisaab  müəllim inadından dönmədi ki, mənsiz məsələləri həll edə bilməyəcəksiniz. Protokovets də vəziyyətin gərginləşdiyini görüb Əlisaab müəllimlə otağı tərk etməyi məndən xahiş etdi. Dəhliz adamla dolu idi. Ermənilərin səs-küyündən aləm qarışmışdı. Ağzından süd iyi gələn bir erməni Ə.Orucovun qabağını kəsdi ki, səni bu meydanda tikə-tikə doğrayacağıq. Əlisaab müəllim: “Qorxaq erməni millətindən elə kişi çıxmayıb ki, adam doğrasın!”- deyə kütləni yararaq dəhlizdən aşağı endi. Vilayət İcraiyyə Komitəsinin qarşısındakı meydana toplaşanlar - əllərində armatur parçaları tutmuş 5 minə yaxın erməni: “ Orucov, von iz Karabaxa!”(“Orucov, Qarabağdan rədd ol”) deyib qışqırırdılar. Hətta bu hadisəni o vaxtlar Moskvadan “Vremya” proqramı da geniş şəkildə göstərmişdi. 50-100 metr qalırdı ki, Vilayət Partiya Komitəsinin binasına çataq, ermənilər üstümüzə cumdular. Əlisaab müəllim əlimi sıxıb dedi: “Qamətini dik tut. Ola bilsin ki, binaların damlarında qurulmuş kameralarla bizi çəkirlər”. SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin hərbçiləri ora gəlsələr də, əhəmiyyətli bir iş görə bilmədilər. Artıq A.Volski və digər generallar, hərbçilər də oturduqları kabinetdən Vilayət Partiya komitəsinin qarşısına enmişdilər. Mən A.Volskiyə yaxınlaşıb soruşdum: “Bu 5 min nəfər erməni haradan bilir ki, Ə.Orucov buradadır?”
 
O, mənə hiyləgərcəsinə: “Bunu məndən niyə soruşursunuz? Budur, mənim də köynəyimin düyməsini qırıblar. Azərbaycanlıları müdafiə etdiyim üçün məndən də Moskvaya şikayət yazırlar”- deyə Volski özündən çıxdı. Ə.Orucov  üzünü ona tutub: “Bəsdirin, hamısı öz quramanızdır”- dedi. A.Volski kinayə ilə: “ De, çıx görüm, bunların caynağından, necə çıxacaqsan?!..- deyib dişlərini ağartdı. Bu zaman Vaqif Cəfərov və Protokovets də Plisovun yanından çıxıb bizim yanımıza gəldilər. Onlara dəyib-dolaşan  yox idi. Məlum oldu ki, bizsiz onlar heç bir məsələni həll edə bilməyiblər. Ə.Orucovla mən V.Cəfərovun sürücüsü Nəbinin idarə etdiyi maşına oturaraq kütlənin ortasıyla maşını sürdürdük. Biz oturan maşını ermənilər daş-kəsək və armatur atəşinə tutdular. Kinolarda, tamaşalarda, hətta Afrikada olanda çox vəhşilik görmüşdüm, amma ömrümdə beləsini görməmişdim. Onda hiss elədim ki, Ə.Orucov Qarabağda olduğu illərdə nələr çəkib...” 
 
Bu maraqlı epizodla bağlı “Mübarizəmiz Qarabağdadır” kitabının müəllifi, sabiq Ədliyyə naziri Əlisaab Orucova bir neçə sual ünvanladıq:
 
- Əlisaab müəllim, Xankəndində təsvir etdiyiniz hadisə yerində erməni məmurlardan, partiya funksionerlərindən kimsə var idimi?
 
-Xeyr. Həmin dövrdə keçmiş DQMV birbaşa Moskva tərəfindən idarə olunduğu üçün ermənilər də faktiki olaraq icra etdikləri vəzifələrdən kənarlaşdırılmışdı. Yadımdadır ki, o vaxt Vilayət İcraiyyə Komitəsinin sədri Babayan, şəhər İK-nin sədri isə  Qriqoryan soyadlı bir erməni idi. Amma onları mən istər Volskinin, istərsə də Plisovun əyləşdiyi binada görmədim. Lakin ola bilsin ki, bu erməni məmurlar meydandakı ermənilər arasında olublar və hətta Volskinin göstərişi ilə ermənilərin toplanıb hökumət binalarının qarşısına gətirilməsini təşkil ediblər...
-İnsident barədə Bakıdakı rəhbərliyə yazılı  rəsmi məlumat verdinizmi? Reaksiya necə oldu? 
 
-Bilirsiz, əvvəla, dəqiq yadımda deyil.  İkincisi də belə hadisələr o qədər olurdu ki, onlar haqqında hər dəfə heç şifahi də məlumat vermək istəmirdik ki, Bakıdakı Moskvanın hər göstərişini icra etməyə məcbur olan rəhbərlik bizə, ümumiyyətlə, Qarabağa getməyi qadağan etməsin. Və belə qadağalar doğrudan da olurdu. Məsələn, 1990-cı ildən Qarabağdakı Respublika Təşkilat Komitəsinin rəhbəri olmuş  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Polyaniçko  mənim Xankəndinə və ermənilər yaşayan digər ərazilərə daxil olmağıma qeyri-rəsmi qadağa qoymuşdu. Buna rəğmən mən dəfələrlə müxtəlif yollarla  Şuşa, Laçın, Qubadlı və  s. ilə yanaşı Xankəndinə, Hadruta və s. də gedir, oradakı hadisə və prosesləri mümkün qədər Azərbaycanın xeyrinə yönəltməyə çalışırdım... Konkret  bu hadisəyə gəldikdə, kitabda adı çəkilən hörmətli Yura Məmmədovun sonradan o vaxtkı Azərbaycan rəhbəri ilə bu mövzuda mübahisəsi haqda da məlumat verilir...
 
Təqdim etdi və qələmə aldı: Sultan Laçın 
 
 
Oxşar xəbərlər
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:12
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
19 Apr 2024 | 13:02
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
19 Apr 2024 | 13:03
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
19 Apr 2024 | 13:00
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:12
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
19 Apr 2024 | 13:02
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
19 Apr 2024 | 13:03
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
19 Apr 2024 | 13:00
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”