Təsir dairəsi - Sakit okean...
Ekskluziv
3262
25 Jun 2022 | 23:40

Təsir dairəsi - Sakit okean...

Dünyada tərkibində beş ölkə olan daha bir alyans yaranıb
 
Beş ölkə-Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya Sakit okean regionunda yeni alyasın yaradılması barədə elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Birgə Bəyanat Ağ evin saytında dərc edilib.
 
"Bu gün biz, beş ölkə, Sakit okean prioritetlərinin-Partners in the Blue Pacific (PBP)- daha effektiv və təsirli mexanizmlərinin hərtətəfli qeyri-formal mexanizmini işə saldıq", - məlumatda belə deyilir.
 
Yeni təşkilat qarşısında üç həlledici vəzifə qoyub:
 
- Regionun prioritetlərinin dəstəyi üzrə Sakit okean adaları Forumu tərəfindən  region üçün 2050-ci ilə işlənib hazırlanan strategiyasına uyğun olaraq daha çox səylər göstərmək (buraya yeddi tematik sahələr, o cümlədən siyasət, iqtisadiyyat, təhlükəsizlik, ekologiya və s.aiddir; bu ilin iyul ayında təqdim edilməlidir);
 
- Sakit okean regionçuluğunu möhkəmləndirmək və region hökumətləri və PBP ölkələrinin hakimiyyətləri arasında əlaqəni nizamlamaq;
 
- Sakit okean regionu və dünya arasında əməkdaşlıq üçün imkanları genişləndirmək.
 
PBP öz fəaliyyətini Sakit okean regionu ölkələrinin, təkcə onların hökumətlərinin deyil, həm də müxtəlif regional müəssisələrinin, məsələn, Sakit okean adalarının tövsiyə və istəklərinə riayət edərək həyata keçirəcək.
 
O cümlədən nəzərdə tutulub ki, PBP-nin işi forum liderlərinin Fici adalarında, Suvada keçiriləcək görüşünün nəticələri ilə razılaşdırılacaq.
 
Təxminən bir il öncə başqa bir Sakit okean alyansı-AUKUS formalaşıb, onun tərkibinə Böyük Britaniya, Avstraliya və ABŞ daxil olub, onun meydana çıxması diplomatik qalmaqala səbəb olub.
 
PBP-də  fərqli olaraq, AUKUS müdafiə ittifaqıdır və "Hind-Sakit okean regionunda ümumi maraqların qorunması" üçün yaradılıb.
 
May ayında Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenskiyə Avropa İttifaqı ölkəni öz sıralarına qəbul edilməsi prosesini uzadacağı təqdirdə daha bir beynəlxalq alyansın yaradılmasını təklif edib.
 
Yeri gəlmişkən, bu günlərdə Avropa İttifaqı Ukrayna və Moldovanın alyansda namizədlik statusunu təsdiq edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər