Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır…-Şəhər
Ekskluziv
10774
24 Jun 2022 | 16:55

Ermənilər Laçındakı qaz borularını söküb Qaladərəsinə daşıyır…-Şəhər "meri"

Laçın şəhərindəki qaz boruları Rusiya “sülhməramlı” kontingentinin gözü qarşısında Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz  “Artsaxqaz” şirkəti  tərəfindən sökülür. 
 
Moderator.az xəbər verir ki,  bu, Ermənistan mediasına  Azərbaycan  şəhərinin qanunsuz "mer"i Narek Aleksanyanın açıqlamasından bəlli olub.
 
"2020-ci il noyabrın 9-dan Berdzorda(Laçın-S.L.) qazımız yoxdur. Hazırda "Artsaxqaz" Berdzorda qaz borularını sökür. Bizdə olan məlumata görə, bu borular qazlaşdırma işləri üçün Xin Şen(Kiçik Qaladərəsi-S.L) və  Mets Şen(Böyük Qaladərəsi-S.L.) kəndlərinə aparılacaq", - üzdəniraq "mer" belə deyib.
 
Yeni yolun istismarından sonra onları nə gözlədiyinin məlum olub-olmaması ilə bağlı suala Narek Aleksanyan belə cavab verib:
 
“Düşünmürəm ki, bizi pis bir şey gözləyir. Yeni yolun istifadəyə veriləcəyi və Qarabağı Ermənistanla birləşdirən yola çevriləcəyi ortaya çıxsa belə, əhalinin taleyinin necə olacağını, nə edəcəklərini, hara köçəcəklərini başa düşməliyik. Hər halda bundan söhbət gedə bilməz, insanlar öz gündəlik həyatlarını dinc şəkildə yaşamağa davam edirlər”.
 
Zəruri şərh: 
 
Əvvəla, Laçın şəhərinə qaz xətləri hələ sovet dövründən çəkilib. Ermənilər işğaldan sonra, sadəcə, qaz verilişini Şuşa istiqamətindən yox, Ermənistan tərəfdən yönləndiriblər. İkincisi də, hətta Laçında ermənilər işğal dövründə yeni xəttlər çəksələr də, Rusiya hərbçiləri  onları da sökmələrinə icazə verməməlidir…
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər