Bizi sosial şəbəkələrdən izləyin:
Ukraynada Rusiya işğalı zamanı ukraynalı qadını zorlamaqda təqsirləndirilən rus əsgərinin ilk məhkəmə prosesi baş tutub.
Moderator.az xəbər verir ki, Mixail Romanov adlı rus əsgəri Ukraynada bir evə girərək ailə başçısını öldürüb və sonra arvadına dəfələrlə təcavüz edib.
Araşdırmalar nəticəsində məlum olub ki, 32 yaşlı Mixail Romanov mart ayında Kiyevin Bravorski rayonundakı kəndlərindən birində evə soxularaq kişini öldürüb, arvadını dəfələrlə zorlayıb və uşağını isə hədələyib.
Hakim Oksana Kalyus deyib ki, qadın şəxsi həyatı ilə bağlı narahatlıqlar səbəbindən məhkəmənin qapalı keçirilməsini istəyib. Bildirilir ki, zorlamada ittiham olunan Romanovla hələ də əlaqə saxlaya bilməyiblər. Onunla birlikdə olan şəxs isə sualları cavablandırmaqdan imtina edib. Prokuror isə Romanovun sağ olduğunu və Rusiyada normal həyatını yaşadığını bildirib.
Qeyd edək ki, zorlamada təqsirləndirilən rus əsgəri Rusiyanın Ukraynaya hücumu zamanı 90-cı qvardiya tankının 239-cu alayında xidmət edib və Kiyevə uğursuz hücumda iştirak edib.
Vasif Əlihüseyn