“Azərbaycanın bu şəhəri ilə Çindəki Urumçi şəhərini  eyni tayfa salıb...”-ARAŞDIRMA
Ekskluziv
Oxunub: 6349
14 Jun 2022 | 13:33
“Azərbaycanın bu şəhəri ilə Çindəki Urumçi şəhərini  eyni tayfa salıb...”-ARAŞDIRMA
“Urmiya - əsl Azərbaycan toponimidir…”
 
“Urmiya şəhərinin əsas əhalisi olan Azərbaycan türkləri bu şəhəri “Urmiya” deyil, “Urmu” adlandırırlar…”
 
Moderator.az Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrilinin “Urmiya - əsl Azərbaycan toponimidir…” başlıqlı növbəti araşdırma yazısını təqdim edir:
“Azərbaycanın qədim şəhərlərindən biri də Urmiyadır. Urmiya İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının inzibati mərkəzidir. Urmiya gölündən 18 kilometr qərbdə yerləşən bu şəhərdə 800.000-ə qədər adam yaşayır. Urmiya sakinlərinin 90%-i azərbaycanlı, 10%-i isə kürd, fars və aysordur. Şəhərdə I və V əsrlərə aid xristian məbədləri mövcuddur.
 
Bir fərziyyəyə əsasən, Urmiya adı guya Hindistanın benqali dilindəki “urmi” (dalğa, şər) və ya “urmya” (dalğalı) sözüdür. Digər ehtimala görə, Urmiya toponimi qədim Assuriya dilində guya “su şəhəri” mənasını verirmiş. Bu, onunla əsaslandırılır ki, Mesopotamiya (Şumer) şəhərlərinin adlarında “ur” sözü olmuş, assuriyalılar isə suya “mia” demişlər. Beləliklə, şumer dilindəki “ur” və Assuriya dilindəki “mia” sözlərinin kombinasiyasından Urmiya toponimi ortaya çıxmışdır (!?). Daha bir əsassız fikir də irəli sürülür ki, guya bu toponim Urartu ölkəsinin adı ilə əlaqəlidir. Həmçinin iddia edilir ki, Urmiya şəhəri Şərqi Roma imperiyasının sərhədlərinə yaxın olduğu üçün onun adı guya urum və ya Rum (Roma) sözündən törəmişdir. 
 
Haşiyə:
 
Maraqlıdır ki, Finlandiyada da Urmia adlı kənd vardır. Estoniyada bir qəsəbə, Nepalda bir şəhər, Hindistanın Jharkhand ştatında üç kənd Urmi, bir kənd isə Urmu adını daşıyır. Rusiya Federasiyasının Xabarovsk diyarında bir yaşayış məntəqəsi və onun yaxınlığından axan iri (458 kilometr uzunluğunda) çay da Urmi adlanır. 1933–1963-cü illərdə bu ərazidə Kur–Urmi even-nanay milli rayonu mövcud olmuşdur. “Urmi” toponimi even dilində “köhnə yuva” (köhnə yurd) anlamını ifadə edir. Onu da qeyd edək ki, even (mancur) dili türk, moğol, Koreya və yapon dilləri ilə birlikdə Altay dil ailəsinə daxildir. 
 
Urmiya barədə söhbətimizi burada saxlayıb oxucunun diqqətini Azərbaycandan minlərlə kilometr uzaqlarda yerləşən Mərkəzi Asiya çöllərinə yönəldək... Beləliklə, e.ə. I minillikdə indiki Uyğurustan torpaqlarında çinlilərin yueci, yunanların isə asii və ya aseni adlandırdıqları qüdrətli bir xalq yaşayırdı. Müasirləri onları ucaboylu, ağdərili, kürən saçlı adamlar kimi təsvir edirdilər.
Eramızın I əsrində yuecilərin bir hissəsi qərbə doğru miqrasiyaya başladı. Onlar Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistanı istila edib, 105-ci ildən 250-ci ilədək mövcud olmuş nəhəng Kuşan imperiyasını qurdular. Tarixçilər kuşan xalqını yuecilərin bir qəbiləsi hesab edirlər. Fikrimizcə isə, yueci etnoniminin özü kuşan etnoniminin Çin dilində təhrif olunmuş formasıdır. Lakin bu barədə bir qədər sonra... Hələlik isə tarixi təsadüflər barədə danışaq... 
 
Birinci təsadüf:
 
 Eramızın III əsrində yuecilərin bir hissəsi Amudərya çayının sahilləri boyunca yerləşən torpaqlara köçdü. Onlar burada toxar adı ilə məşhurlaşdılar. IX əsrdə toxarlar qəfildən yoxa çıxdılar. Bundan təxminən iki əsr sonra – 1074-cü ildə böyük türk alimi Mahmud Kaşğari (1028–1126) yazırdı ki, Orta Asiyanın ən böyük oğuz tayfalarından birinin adı tüger və ya dögerdir. Maraqlıdır ki, digər oğuz qəbilələri kimi, tügerlər də məhz toxarların vaxtilə yaşadıqları ərazilərdə – Amudərya çayının sahilləri boyunca məskunlaşmışdılar. Toxar və tüger tayfalarının müəyyən zaman fasiləsilə eyni bölgədə yaşamaları, onların etnonimlərinin bir-birinə bənzəməsi sadəcə təsadüflərin nəticəsi ola bilərmi?
 
Haşiyə:
 
 Tügerlər XI əsrdə Azərbaycana və Anadoluya köçərək güclü Artuqlular dövlətini (1098–1232) qurdular. Azərbaycanın Tərtər və Şəmkir rayonlarında Düyərli adlı iki kənd vardır. Hesab edilir ki, Düyərli toponiminin mənşəyi məhz Oğuz elinin döger tayfasının adı ilə bağlıdır.
 
İkinci təsadüf: 
 
Sahilləri boyunca vaxtilə toxarların, sonra isə oğuzların yaşadıqları Amudərya  çayı haqqında qədim yunan salnaməçilərinin ilk məlumatları e.ə. IV əsrə aiddir. Onlar yazırdılar ki, Orta Asiyanın yerli əhalisi bu nəhəng çayı Oxus adlandırır. Maraqlıdır ki, Mahmud Kaşğarinin məlumatına əsasən, türklər ən azı XI əsrdə iri çaylara ögüz deyirdilər. Orta əsrlərdə Xarəzmdə yaşamış müəlliflər isə Amudərya çayının adını Okuz kimi qeyd etmişlər. Görəsən, Oxus–Öğüz–Okus–Oğuz sözlərinin səslənməsindəki bənzərlik təsadüfidir, yoxsa bu oxşarlığın dərin tarixi kökləri vardır?
 
Üçüncü təsadüf: 
 
Toxar etnoniminin aydın və dəqiq mənası bilinmir. Bir məsələni də qeyd edək ki, müasir çuvaş və qədim bulqar dillərində 9 (doqquz) rəqəminə “taxxar” (toxxor) deyilir. Əfqanıstanın vilayətlərindən birinin adı Taxardır. Qədim toxarların vətənində yaşayan uyğur xalqının əcdadları haqqında ilk məlumatlar e.ə. III əsrə aiddir. Eramızın III əsrində çinlilər uyğurları qaoçe və ya qaoju adlandırırdılar. Bu xalqın adı teqreqi, çile, tele, toles, toleş və ya teles formasında da qeyd olunmuşdur. VII əsrdən etibarən uyğurlar doqquz oğuz adı ilə tanındılar. Bir-birinə guya heç bir aidiyyəti olmayan toxxor (doqquz oğuz) və toxar etnonimləri arasında oxşarlıq təsadüfidirmi? Davam edək...
 
Dördüncü təsadüf: 
 
Qeyd etdik ki, yueci və toxar, əslində, eyni xalqın ayrı-ayrı adlarıdır. Toxar etnonimi qədim bulqar dilindəki toxxor (doqquz) sözünə bənzəyir. Toxarların əski yurd yerlərində yaşayan doqquz oğuzlar VI əsrdə Türk xaqanlığını qurmuşdular. Türklərin xaqan sülaləsinə çinlilər Aşina deyirdilər. Maraqlıdır ki, qədim yunanlar da toxarları aseni adlandırırdılar. Bunu daha bir təsadüf hesab edə bilərikmi?
 
Qeyd: 
 
Sovet türkoloqu Lev Qumilyov iddia edirdi ki, Aşina adı guya Çin dilindəki “a” prefiksi (ön şəkilçisi) ilə moğol dilindəki “şono” sözünün kombinasiyasından əmələ gəlmişdir. Həqiqətən də maraqlıdır: VI əsrdə yaşamış türk xaqanları özlərinə soyad düzəltmək üçün niyə belə bir qəribə yola əl atmalıydılar? 
 
1630–1755-ci illərədək qədim kuşanların (yuecilərin–toxarların) ana vətənində orta əsr mənbələrinin xoşud adlandırdığı xalq yaşamışdır. Xoşudların bir hissəsi 1630-cu ildə indiki Çinin Kuknor (Göynohur) məntəqəsinə köçmüş, yerdə qalanlarını isə 1755-ci ildə çinlilər və mancurlar qətliam etmişdilər. Kuknorda yaşayan müasir xoşudlar moğol dilinin oyrat ləhcəsində danışırlar. Ehtimala görə, xoşud etnonimi moğol dilində “xoşun” (qoşun),  “tiyə”, “ön dəstə” kimi mənaları ifadə edir.  Guya xoşud adını bu xalqa Çingiz xan vermişdir.
 
Amma məsələ burasındadır ki, xoşud etnonimi, əslində, həm qədim türk, həm də müasir moğol dillərindəki iki sözdən ibarətdir: “koş”–“xoş” (kök söz) və “uz”–“ut” (cəm şəkilçisi). Yeri gəlmişkən, kuşan etnoniminin “an” hissəsi də, böyük ehtimalla, İran dillərindəki “an” cəm şəkilçisidir. Qeyd etdiklərimizdə diqqəti cəlb edən bir neçə cəhət vardır: 
 
- Xoşud və kuşan etnonimləri, əslində, bir-birinin kalkasıdır. Görünür İrandilli mətnlərdə bu xalqın adı kuş-an (kuş-lar) formasında olmuş, moğol dilində isə xoş-ud (xoş-lar) şəklində deyilmişdir. Xatırladaq ki, çinlilər də uyğurların əcdadlarını qaoçe və ya qaoju adlandırırdılar.
 
- Xoşudlar XVIII əsrədək məhz əzəli kuşan (yueci) torpaqlarında – indiki Uyğurustanda yaşamışlar.
 
- Həm xoşud, həm də kuşan etnonimləri, zənnimizcə, bu xalqın ekzoetnonimləri, yəni başqa xalqların onlara qoyduqları adlardır. Hər iki halda sözün kökü saxlanmış, lakin mənsubiyyət şəkilçisi müvafiq cəm şəkilçisi ilə əvəz olunmuşdur. Fikrimizcə, həmin xalq özünü quşçi adlandırırdı. Çinlilər isə quşçi sözünü əvvəlcə yueci, sonra isə qaoçe və qaoju formalarına salmışdılar.
 
Quşçi etnoniminin mənşəyi, zənnimizcə, heç də quş sözü ilə deyil, türk dillərindəki “koş”, “qoş” sözü ilə bağlıdır. “Qoş” sözü qədim türk dilində birlik, birləşdirmək, əlavə etmək, bağlamaq, qurmaq, qoşulmaq kimi mənaları ifadə edir. Yeri gəlmişkən, qədim toxarların Şərqi Türküstanda qurduqları dövlətin və onun paytaxtının adı Kuçar idi. Kuçarın dövlətçilik tarixi iki dövrə bölünür. Birinci mərhələ 111-ci ildən 648-ci ilədək, ikinci mərhələ isə 861-ci ildən 1368-ci ilədək davam etmişdir.
Yenidən Urmiya toponiminin mənşəyi məsələsinə qayıdaq... Əvvəldə qeyd etdiyimiz kimi, bu adın müxtəlif yozumları vardır. Lakin həmin izahların heç biri Urmiya toponimini Azərbaycan dili ilə əlaqələndirmir. Halbuki onun məhz Azərbaycan dilindən qaynaqlandığını göstərən kifayət qədər ciddi əsas mövcuddur.
 
Müasir Çin ərazisinə daxil olan Uyğurustandakı Urumçi şəhərini qədim kuşan (yueci) xalqının törəməsi – xoşud xalqı salmışdır. Kuşan xalqının tək halda adı kuşi, əsl adı isə quşçi idi. Azərbaycanın qədim Urmiya şəhəri həm də Urmiya şəhristanının inzibati mərkəzidir. Onu da qeyd edək ki, Urmiya şəhərinin əsas əhalisi olan Azərbaycan türkləri bu şəhəri Urmiya deyil, Urmu adlandırırlar. Farsdilli mətnlərdə isə bu şəhərin adı Urumiyə kimi göstərilmişdir… 
 
Göründüyü kimi, Uyğurustandakı Urumçi şəhərinin adı ilə Azərbaycandakı Urmu (Urumiyə) şəhərinin adlarında eynilik vardır: Urum–Urmu–Urum. Bu kontekstdə maraqlıdır ki, Urmiya şəhristanının beş rayon mərkəzindən birinin adı Kuşi və ya Quşçidir. Həmin şəhərin əhalisi azərbaycanlılardan ibarətdir… 
 
Lakin quşçilər təkcə Urmiyada deyil, ölkəmizin bütün bölgələrində yaşamış, Azərbaycan xalqının etnogenezində fəal iştirak etmişlər. Quşçi adının müxtəlif variantlarına həm Azərbaycan Respublikasında, həm də azərbaycanlıların əzəldən yaşadıqları digər ərazilərdə rast gəlirik:
 
- Quşçu – Göygöl, Yevlax, Laçın və Şamaxı rayonlarında dörd kənd;
- Quşçu Dağı (1421 metr), Quşçular Dağı – Şamaxı və Xocavənd rayonlarında dağ adları;
- Quşçu kəndi, Quşçu məbədi, Quşçu Dağı – Daşkəsən rayonunda; 
- Quşçu-Ayrım, Dondar Quşçu, Aşağı Quşçu – Qazax və Tovuz rayonlarında üç kənd; 
- Dəli Quşçu, Dağ Quşçu, Çöl Quşçu – Zərdab, Siyəzən və Şabran rayonlarında üç kənd; 
- Quşlar (Quşilər) – Qəbələ və Kürdəmir rayonlarında iki kənd; 
- Quşçular – Goranboy, Cəbrayil və Xocavənd rayonlarında üç kənd;
- Aşağı Quşçular, Yuxarı Quşcular – Şuşa rayonunda iki kənd; 
- Quşlar kəndinin xarabalıqları – Oğuz rayonunda;
- Quşar adlı nəsil – Qax rayonunun İlisu kəndində;
- Quşçu, Quşçu qalası – Gürcüstanın Marneuli rayonunda kənd və tarixi abidə;
- Quşi, Quşçu – İrəvan xanlığında üç kənd;
- Quşi, Quşidərəsi – İrəvan quberniyasında iki kənd;
- Quşçuqaya – Gəncə quberniyasının Qazax qəzasında mahal;
- Quşçu – Ermənistanın Abaran  və Dərələyəz rayonlarında iki kənd;
- Quşçu – Ermənistanın Qafan rayonunda keçmiş kənd;
- Quşçu – İranın Qərbi Azərbaycan ostanında şəhər; 
- Quşçu – İranın Şərqi Azərbaycan və Qəzvin ostanlarında iki kənd.
 
Nəticə: 
Azərbaycanın Urmu (Urumiyə) şəhəri ilə Uyğurustanın Urumçi şəhərini əski zamanlarda qüdrətli quşçi (yueci, kuşan, toxar, tüger, döger) tayfası salmışdır”. 
 
Müəllif: 
 
Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
 
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır