“Yəqin, Rusiya Duma üzvlərinin hamısı dəli deyil ki, belə bir qərar qəbul etsinlər...”
Oxunub: 16839
09 Jun 2022 | 13:29
“Yəqin, Rusiya Duma üzvlərinin hamısı dəli deyil ki, belə bir qərar qəbul etsinlər...”
“Bu, üzdəniraq təşəbbüs birdən-birə ən azı 15 ölkəyə özünü düşmən etməklə nəticələnə bilər...”  
 
Xəbər verildiyi kimi,  Rusiyanın hakim "Vahid Rusiya" partiyasından olan  deputat Yevgeni Fyodorov  Dövlət Dumasına Litva Respublikasının müstəqilliyinin tanınması haqqında SSRİ Dövlət Şurasının qərarının ləğvi haqqında qanun layihəsi təqdim edib.  Təşəbbüsün müəllifi iddia edir ki, SSRİ Dövlət Şurasının Litva Respublikasının müstəqilliyinin tanınması haqqında qətnaməsi “qanunsuzdur, çünki o, konstitusiyaya zidd bir orqan tərəfindən və SSRİ Konstitusiyasının maddələrinin tələblərini pozmaqla qəbul edilib. 
 
Məlumdur ki, 6 sentyabr 1991-ci ildə SSRİ Dövlət Şurası üç Baltik respublikasının (Latviya, Litva və Estoniya) SSRİ-dən çıxmasını qəbul edərək, onların müstəqilliyini tanıyıb. Həmin ilin dekabrında isə artıq SSRİ adlı dövlət tarixə qovuşdu...
 
Qeyd edək ki,  Azərbaycan parlamenti  Litva Respublikasının dövlət müstəqilliyinin tanınması haqqında qərarı 6 dekabr 1991-ci ildə qəbul edib...
 
31 il sonra Rusiyanın ali qanunverici orqanına belə bir layihənin çıxarılması, sözsüz ki, Kreml rəhbərliyi ilə razılaşdırılıb. Görəsən, Moskva bununla nə məqsəd güdür? Ukraynaya məkrli hərbi müdaxilə misalında hər cür məntiqsiz, əsassız və zorakı addımların müəllifi olduğunu tam təsdiqləmiş Putin rejimi bunun ardınca daha da irəli gedərək, məsələn, 1991-ci il dekabrın 8-də 3 respublikanın(Belarus, Ukrayna, Rusiya) prezidentləri (Şuşkeviç, Kravçuk və Yeltsin) tərəfindən Belovejskdə  SSRİ-nin ləğvi, onun yerində isə Müstəqil Dövlətlər Birliyinin yaradılması barədə razılaşmanın imzalanmasının da SSRİ prezidenti Mixail Qorbaçovun xəbəri olmadan baş verdiyi üçün qanunsuz hesab edərək bütün digər keçmiş müttəfiq respublikaların, o cümlədən Azərbaycanın da müstəqilliyinin tanınması haqda qərarların ləğv olunması təşəbbüsünü irəli sürə bilməz ki?..
 
Mövzu ilə bağlı Moderator.az əməkdaşıyla qısa telefon söhbətində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:
 
-Doğrusu, Dumadakı  bu son ağlasığmaz təşəbbüsə hansısa siyasi bir izahat vermək çətindir.  Amma bu cür bəyanat və addımlar ağılın və məntiqin tam itirilməsinin əlamətlərini göstərir. İndiki zəmanədə hansısa ölkənin müstəqilliyini tanımamaq bu günədək həmin iki ölkə arasında qəbul olunmuş bütün sənədlərin  də qüvvədən düşməsi deməkdir.  Ümumiyyətlə, Dövlət Dumasındakı belə bir sərsəm təşəbbüsü şərh etmək də çətindir və eyni zamanda gülməli və mənasızdır.  Yəni görünür bu, hansısa populist bir qruplaşmanın heç bir hüquqi əsası olmayan, siyasi reallıqdan uzaq bir düşüncəsiz təşəbbüsüdür. Odur ki, hesab edirəm ki, buna çox da diqqət etmək lazım deyil... 
 
-Sizcə, Rusiya Dövlət Dumasının Litva ilə bağlı belə bir qərar qəbul etməsi mümkündürmü?
 
-Bilirsiz, indiki dövrdə istənilən qərarın qəbul edilməsi gözləniləndir. Son vaxtlar bəzi digər dövlətlər kimi, Rusiya tərəfindən də çox məntiqsiz və əsassız addımlar atılır.  Ən məntiqsiz və əsassız addım da Ukraynaya təcavüz oldu.  Və Rusiyada   Litva ilə bağlı sözügedən ağılsız təşəbbüs də məhz Ukraynadakı savaşdan irəli gələn əhval-ruhiyyənin nəticəsidir.  Amma doğrusu, Duma tərəfindən Litva haqda belə bir qərarın qəbul ediləcəyinə də inanmıram.  Yəqin ki, Duma üzvlərinin hamısı dəli ola bilməz... Hər halda buna inanmaq mümkün deyil. Çünki dediyim kimi, bunun nə hüquqi, nə siyasi,  nə iqtisadi, humanitar əsasları olmayan,  məntiqsiz və reallıqdan uzaq  bir təklifdir...
 
-Amma göz qabağındadır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin də, sizin də qeyd etdiyiniz kimi, heç bir hüquqi, siyasi, məntiqi əsası olmasa da, təəssüf ki, bu, reallaşdı... 
 
-Bəli, hazırda müxtəlif məntiqsiz addımlar atılır. Amma təəssüf ki, bəzən məntiqsiz addımlar da öz yerini tutur və insanlıq üçün ağır nəticələrə gətirib çıxarır. Özü də bayaq dediyim kimi, son illərdə məntiqsiz addımlar yalnız Rusiya tərəfindən yox, digər ölkələr, hətta demokratik hesab edilən Qərb tərəfindən də atılır. Məsələn, 2020-ci ilin payızındakı 44 günlük müharibədən sonra  Fransa Senatının dırnaqarası “Dağlıq Qarabağ” qurumunu  tanıması buna misal ola bilər...  
Bilirsiz, bəzən hansısa populist əhval-ruhiyyəyə uyan bir qrup insanlar və ya hansısa qurum tərəfindən belə addımlar atılır...
 
- Dumada Litva ilə bağlı belə bir təşəbbüsün meydana çıxarılmasını  postsovet məkanındakı bütün müstəqil dövlətlərə növbəti siyasi təzyiq kimi qəbul etmək olarmı? Bunun ardınca Putin rejimi tərəfindən ümumiyyətlə, bütün keçmiş sovet respublikalarının, o cümlədən Azərbaycanın müstəqilliyinin tanınmaması haqda təşəbbüslər də irəli sürülməsi mümkündürmü?
 
-Bilirsiz, sadə dillə desək, xarici siyasətin əsas məqsədi düşməni, ən azı, neytral tərəfə döndərmək, sonra isə neytraldan dost mövqesinə çəkməkdir.  Amma Dumadakı bəhs edilən üzdəniraq təşəbbüs birdən-birə ən azı 15 ölkəyə özünü düşmən etməklə nəticələnə bilər.  Bu, necə xarici siyasətdir ki, onun əsasında belə addımlar dayanır... Ümumiyyətlə,  bu məsələdə xarici siyasətə dair bir çox səhvləri görürəm. Həmin səhvlər isə, münasibətlərə ən azı gərginlik gətirə bilər.  Bu cür gedişlərlə də dövlətin uğurlu gələcəyini qurmaq mümkün deyil...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:40, Bu gün
Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:36
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 13:39
Ramiz Mehdiyevin kürəkəninə qarşı 14 iddia – torpaq mənimimsənilməsi, milyonlarla gəlirlərin ələ keçirilməsi...
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
22 Apr 2024 | 14:08
Niyyət edilərək tikilən 110 ilin hamamı uçulur, acınacaqlı vəziyyətdədir - “Göz görə-görə tarix məhv olur” - ÖZƏL + FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 13:36
Əhali 33 milyon, şirkətlər 53 milyon depoziti “Access Bank”dan geri çəkib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 13:39
Ramiz Mehdiyevin kürəkəninə qarşı 14 iddia – torpaq mənimimsənilməsi, milyonlarla gəlirlərin ələ keçirilməsi...
22 Apr 2024 | 14:28
"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq