Doğrudanmı planetin 7 milyard əhalisi Ukrayna torpaqlarına möhtac imiş? - İqtisadçı millət vəklindən maraqlı yanaşma
Oxunub: 4675
18 May 2022 | 12:00
Doğrudanmı planetin 7 milyard əhalisi Ukrayna torpaqlarına möhtac imiş? - İqtisadçı millət vəklindən maraqlı yanaşma
Mart ayındakı rekord səviyyədən sonra qlobal ərzaq qiymətləri apreldə cüzi azalıb. Buna baxmayaraq bir il əvvəlki göstəricilərlə müqayisədə 30 %-lik artım var. Qlobal ərzaq inflyasiyasını tətikləyən əsas səbəblər koronavirus pandemiyası, anomal hava şəraiti (quraqlıq, sel) və Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. Sonuncu faktor bu gün birbaşa olaraq qlobal ərzaq təhlükəsizliyi üçün çox ciddi təhdidlər yaradır.
 
Bütün dünya ölkələri Ukrayna torpaqlarında davam edən müharibə səbəbi ilə ərzaq qıtlığının önünə keçmək üçün kompleks tədbirlər görməyə başlayıb. Belə olan halda təbii olaraq bir sual meydana çıxır: Doğurdanmı planetin 7 milyard əhalisi elə Ukrayna torpaqlarına möhtac imiş? Ukrayna dünyanın taxıl ehtiyacının neçə faizini ödəyirdi ki, indi hamı əl ayağa düşüb?
 
Moderator.az bu və ya digər suallara cavab tapmaq üçün iqtisadçı alim, millət vəkili Əli Məsimliyə müraciət edib. 
Qeyd edək ki, Əli Məsimli təkcə iqtisadçı millət vəkili deyil, o həm də baş nazirin müavini kimi vaxtilə ölkənin taxıl qıtlığından əziyyət çəkərkən bu işlərlə yaxından məşğul olan şəxslərdən biridir.
 
"Ərzaq təhlükəsizliyi bütün dövrlərdə bəşəriyyəti narahat edən ən ciddi problemlərdən biri olub və olmaqda davam edir. Son vaxtlar bu problem iqlim dəyişikliyi, müharibələr, epidemiyalar və dünyada gedən digər kataklizmli hadisə və proseslərin təsiri ilə həm qlobal miqyasda,həm də hər bir ölkənin milli təhlükəsizliyinin çox mühüm tərkib hissəsi kimi ön plana çıxıb. Dünya əhalisi müxtəlif dövrlərdə müxtəlif sürətlə, amma daim müsbət dinamika ilə dəyişir. 1900-cı ildə dünya əhalisi 1.6 mlrd., 1960-da 3 mlrd., 2000-də 6 mlrd., 2010-da 6,9 mlrd., 2020-də 7,7 mlrd.nəfər olmuşdur. 2022-ci ilin aprel ayına olan məlumata görə, dünya əhalisi təxminən 7,9 milyard nəfərdən çoxdur. 1990-cı ildən bəri dünya əhalisinin artım tempində yavaşlama müşahidə olunsa da, əhаlinin kifayət qədər sürətlə аrtımı ərzаq məhsullаrınа, yаnаcаğа və digər məhsullаrа tələbаtı аrtırır, еkоlоji və digər prоblеmlərin kəskinləşməsinə səbəb оlur. Bu gün bütün dünyanı sirkələyən koronavirus pandemiyası, müharibələr belə bir təəssürat yaradır ki, sanki hansısa görünməz bir əl ingilis iqtisadçısı və ruhanisi Robert Maltusun 1798‐ci ildə irəli sürdüyü əhalinin sayı (populyasiyası) nəzəriyyəsindəki əsas tezisi-müharibələr, epidemiyalar və sair bu kimi vasitələrlə əhalinin sayının azaldılması ideyasını həyata keçirir. 
 
Bu kontekstdə bəşəriyyəti III Dünya Müharibəsi və kütləvi qırğın silahlarının tətbiqi təhlükəsi ilə üz-üzə qoymuş Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dünya düzəninə, eləcə də qlobal və regional ərzaq təhlükəsizliyinə təsiri məsələləri mühüm aktuallıq kəsb edir. COVID-19 və onun ətrafında gedən proseslərin yaratdığı problemlər çox geniş və dərin olduğundan, dünya iqtisadiyyatının, maliyyə və sosial sistemin ən ciddi böhranlarından biri yaşanılır. Əmtəə və  maliyyə bazarlarının əhəmiyyətli dərəcədə çökməsi sosial vəziyyətə də ciddi təsir edərək, dünyanı yoxsullaşma müstəvisinə daşıyır. İqtisadi geriləmələr, əhalinin rifahı baxımından əvvəlki böhranların nəticələrindən daha təsirli, dağıdıdıcı və təhlükəli xarakter daşıyır. COVID-19-un fəsadları nəticəsində dəyər zəncirinin qırılması və yaxın vaxtlarda bərpasının mümkün olmaması dünya təchizat zəncirinə yüz millyard dollarlarla ölçülən ziyan vurub və bu ziyanın dairəsi genişlənməkdə davam edir. Belə bir şəraitdə Rusiya-Ukrayna müharibəsinin alovlanması dünyanın daha çox tələbat duyduğu məhsulların qlobal miqyasda tarladan insanların süfrəsinədək olan dəyər zəncirinin qırılmasının fəsadlarını daha da artırır, ərzaq və qida təhlükəsizliyi sahələrdəki problemləri daha da kəskinləşdirir. Bu kontekstdə bir sıra suallar günümüzün aktual mövzularına çevrilib: 
 
Birincisi, Rusiya-Ukrayna müharibəsi dünyada bir sıra beynəlxalq təşkilatların və ekspertlərin söylədikləri səviyyədə ərzaq qıtlığı və aclıq yaradacaqmı?
 
Bu suala ətraflı cavab verməkdən ötrü, əvvəlcə baxaq görək, Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl dünyada ərzaq qıtlığı və aclıqla bağlı vəziyyət necə olub: BMT-nin hesablamalarına görə, dünyada 840 milyon nəfər yetərincə qidanmaqdan məhrum vəziyyətdə olan insan var. Bu insanların əksəriyyəti-799 milyon nəfəri əsasən Afrika və Asiya qitələrində yerləşən inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu rəqəmə həmçinin inkişaf etmiş ölkələrdə yaşayan 11 milyon, eləcə də postkommunist məkanı ölkələrində və tranformasıya mərhələsini yaşayan digər ölkələrdəki 30 milyon insan da daxildir. Dünya ölkələrinin əhalisinin aclıqdan əziyyət çəkən hissəsinin faizlərini əks etdirən xəritəyə görə, 2020-ci ildə sözügedən bölgüyə uyğun surətdə ölkə əhalisinə nisbətdə aclıqdan çox az və qismən əziyyət çəkənlərin xususi çəkisi 2.5 faiz, 5 faiz, bir sıra Afrika və Asiya ölkələrində isə 5-14,9 faiz, 15-24,9 faiz, 25-34,5 faiz intervalında, yəni 5-35 faiz arası və ondan da çox olub. Başqa bir məlumata görə, planetdə hər yeddi nəfərdən biri yarıac və ya ac yatmağa məhkum vəziyyətə düşüb. Əhalisi həddən artıq sürətlə artmağa meylli olan zəif inkişaf etmiş ölkə və regionlarda vəziyyət daha gərgindir. Hər gün minlərlə insan qida çatışmazlığı və aclıqla bağlı xəstəliklərdən ölür.
 
Rusiya və Ukrayna ərzaq buğdası və digər məhsulların ixtacı üzrə öndə gedən ölkələdən olduğundan, təbii ki, bu iki ölkə arasındakı müharibənin yaratdığı fəsadlar ərzaq qıtlığına və digər bu kimi problemlərə əlavə təsir göstərəcək. Ukrayna buğda, qarğıdalı, arpa və s.bu kimi dənli bitkilərin əsas ixracatçılarından biridir. Ənənəvi olaraq, Ukrayna istehsal etdiyi taxıl məhsullarının daha çox hissəsini ixrac edilib və orta hesabla son üç mövsümdə bu rəqəm 70-73% arasında dəyişib, daxili ehtiyaclar üçün lazım olan məhsulun payı isə 30%-dən çox olmayıb. Rusiyanın Ukraynaya hərbi təcavüzünə qədər buğdanın ixrac potensialı 81% (22,5 milyon ton), arpanınkı- 95% ( 6,0 milyon ton) və qarğıdalı - 60% (30,0 mln. ton) olub. Dünya buğda ixracının təxminən üçdə biri Ukrayna və Rusiyanın payına düşür. Ukrayna bu bazarın təxminən 11%-ni, Rusiya isə məhsuldarlıqdan asılı olaraq 15-20%-ni tutur. Günəbaxan yağı üçün bu pay daha yüksək-17 faizdir. Ona görə də bu il müharibə səbəbindən Ukraynada buğda və sadalanan digər məhsulların əkin-biçini sahəsində yaranan çətinliklər ötən illə müqayisədə əkinin müxtlif dərəcələrdə gecikməsinə və əkin sahələrinin daralmasına səbəb olduğundan, tədarükdə də azalmaya səbəb olacaq. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təkcə daxili bazarda kənd təsərrüfatı məhsullarının tədarük zəncirinin pozulmasına deyil, həm də ümumi taxıl ixracının təxminən 99%-ni həyata keçirən Ukrayna dəniz limanlarının bağlanmasına səbəb olub. Müharibənin başlaması ilə Ukrayna hökuməti hərbi vəziyyət dövründə ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün yulaf, darı, qarabaşaq yarması və çovdar kimi bəzi məhsulların ixracına qadağa qoyub, həmçinin buğda və qarğıdalı üçün isə icbari ixrac lisenziyasını tətbiq edib. 
 
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) bu il martın 16-da dərc olunmuş “Müharibənin Ukraynanın ticarətinə və inkişafına təsiri” adlı hesabatına əsasən hazırda təhlükəli ssenari ilə yekunlaşan amillərin dağıdıcı kombinasiyası izlənilir: taxıl, elektrik enerjisi, gübrə və nəqliyyat xərclərinin bahalaşması, boş taxıl anbarları və koronavirus pandemiyası milyonlarla insanın ərzaq təminatını təhlükə altına qoyur, aclığa səbəb olur və inflyasiyanı gücləndirir. Birləşmiş Millətlər Təşkilatının ekspertlərinin proqnozlarına görə, Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq qıtlığına, bəzi ölkələrdə isə hətta aclığa səbəb ola bilər.   Bir sıra alim və mütəxəssislərin fikrincə isə 2022-2023-cü illərdə dünya qlobal ərzaq böhranı ilə üzləşəcək. Əsas səbəb kimi onu göstərirlər ki, Ukrayna və Rusiya günəbaxan yağı və buğda bazarında, eləcə də qarğıdalı, arpa və sairin bazarında böyük xüsusi çəkiyə malikdirlər. BMT-nin hesablamalarına görə, Ukrayna və Rusiya günəbaxan yağı və buğdasının başqa dövlətlərə çatdırılmaması səbəbindən dünyada daha 40 milyona yaxın insan, yəni dünya əhalisinin  0,5 faizi yoxsulluqla üzləşə bilər. Deməli, bu sualın cavabının məğzi belədir ki, Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq qıtlığı yaradacaq yox, artıq mövcud olan ərzaq qıtlığı problemini daha da kəskinləşdirəcək, qiymətlərin artması daha sürətlə davam edəcək. 2021-ci ilin sonunda Ukraynadan bütövlükdə taxıl ixracı 12,5 milyard dollar dəyərində 51,2 milyon ton təşkil edib ki, bu da fiziki baxımdan 2020-ci ildəki tədarüklərlə praktiki olaraq üst-üstə düşür, lakin pul ifadəsində onları 31% üstələyir. Deməli taxıl ixracı Ukraynaya böyük həcimli xarici valyuta gətirən sahə olduğundan, bu ixracın həcmi azalsa da, buğdanın tələbatdan artıq hissəsinin ixracı, loqistika və digər sahələrdə çətinliklə müşayət olunmaqla hər halda, davam etdiriləcək. Artıq qeyd etdiyimiz kimi, rəsmi gömrük statistikasına görə, Ukraynadan ixrac edilən buğda partiyalarının 99%-i xarici bazarlara dəniz yolu ilə çatdırılıb. Müharibə səbəbli həmin xətt normal işləmədiyindən mövcud şəraitdə xarici ticarət qismən Avropa İttifaqı ölkələri ilə qərb sərhədlərindən dəmir yolu ilə daşınmaya yönləndirilib. Bu yolla Ukrayna indi ayda 1,2-1,5 milyon ton taxıl ixrac edə bilir. Ancaq bu ixracın məhdudlaşmasına, loqistika və digər xərcləri artırmaqla qiymətin də artmasına təsir edir.
 
Beləliklə, bu gün böyük aktuallıq kəsb edən suala münasibətdə xüsusi qeyd etmək lazımdır ki, Rusiya və Ukrayna birlikdə dünya taxıl ticarətinin üçdə birini və qlobal günəbaxan yağı tədarükünün yarıdan çoxunu təşkil edir. Ukraynanın taxılı ixrac etdiyi ölkələrin bir hissəsi idxalı şaxələndirdiyindən ciddi çətinliklərlə özlşməsələr də, Afrikanın və Yaxın Şərqin ayrı-ayrı ölkələrinin Rusiya və Ukraynadan ərzaq tədarükündən asılılığı kritikdir. İndiki vəziyyətdə, Ukraynanın Qara dənizdəki limanları normal fəaliyyət göstərə bilməyəcəyi halda, bu ilin ikinci yarısından tədarükün ağırlığının daha çox hissəsi Rusiyanın üzərinə düşəcək. Yaranmış vəziyyət artıq taxılın qiymətinin kəskin artmasına səbəb olub. Burada açıq qalan sual bundan ibarətdir ki, Rusiyadan taxıl ixracı “sanksiya müharibəsi”nin tərkib hissəsinə çevrilə bilərmi?
 
Bu deyilənlərlə yanaşı, həm də onu da nəzərə alsaq ki, əvvəla 2010-2011-ci ildən bu yana son 10 ildə buğda ilə bağlı xarici ticarət 48% artıb və həmin artan hissənin heç də hamısı qıda məqsədilə istifadə edilmir, onda bu halda buğdadan daha çox ərzaq məqsədilə istifadə edilməsi istiqamətində struktur manevrləri edilməsinə kifayət qədər yer var; ikincisi, dünyada hər il orta hesabla istehlakın 30-38 faizi səviyyəsində,o cümlədən əsas buğda ixracatçılarının istifadə etdiklərinə münasibətdə isə 15 fazi səviyyəsində buğda ehtiyatı qalığı olur, deməli Rusiya-Ukrayna müharibəsi bu iki ölkənin sərhədlərini aşmasa, bir sıra alim və mütəxəssislərin söylədiyi kimi,  2022-2023-cü illərdə dünyanın çox kəskin şəkildə qlobal ərzaq böhranı ilə üzləşdirəcəyi ehtimalı azdır. Amma mövcud buğda ehtiyatlarından istfadənin optimal  və rasional olmaması, dünyada onsuz da mövcud olan ərzaq qıtlığının kəskinləşəcəyi və BMT mütəxəssislərinin də söylədikləri kimi, 40 milyondan artıq və ya dünya əhalisinin 0,5 fazinin əlavə olaraq qıtlıqdan əziyyət çəkəcəyi, bəzi ölkələrdə isə hətta aclığın dairəsinin genişlənəcəyi ehtimalını artırır.
 
İkincisi, bəs Rusiya-Ukrayna müharibəsinin dünyada kəskinləşdirdiyi ərzaq qıtlığı daha çox hansı ölkələrə təsir göstərəcək?
 
Afrikanın 25 ölkəsi idxal etdikləri buğdanın üçdə birini Rusiya və Ukraynadan alır. Məsələn, Somalinin buğda idxalının 100 faizi Rusiya və Ukraynanın hesabınadır və onun da 80 faizə qədəri Ukraynanın payına düşür. Yaxud da Tunisin idxal etdiyi buğdanın 60 faizi Rusiya və Ukraynanın hesabınadır və onun da 50 faizi Ukraynanın payına düşür. Rusiya-Ukrayna müharibəsi bu iki ölkənin taxılından asılı olan Somali, Tunis və sair bu cür ölkələrdə  ərzaq qıtlığını kəskinləşdirir. Artıq məhsul qıtlığı qiymət artımları ilə müşayiət olunur. 
 
Rusiya və Ukrayna taxılından asılılıq bir çox Afrika və ya Yaxın Şərq ölkələri ilə məhdudlaşmır. Son illər Ukraynanın daha çox buğda satdığı ölkələr Səudiyyə Ərəbistanı, Çin, Liviya, Yaponiya, İran, Tunis, Qətər, İsrail, Kipr, Livan olub. 2021/2022- ci il üzrə isə Ukraynanın buğda ixracında Misir, İndoneziya, Türkiyə, Pakistanın payı daha çox olub. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) bu il martın 16-da dərc olunmuş “Müharibənin Ukraynanın ticarətinə və inkişafına təsiri” adlı hesabatına əsasən, idxal olunan buğda, qarğıdalı, arpa, günəbaxan yağı və s. üzrə Rusiya və Ukraynanın payı, Türkiyə üçün 25,9%, Çin üçün 23%, Hindistan üçün 13% təşkil edib. Təbii ki, Türkiyə, Çin kimi ölkələrin vəziyyəti yumşaltmaq üçün yetərincə imkanları var və bundan səmərəli istifadə edirlər və hətta əlavə ehtiyatlar da yaradırlar. Belə ki, apardığımız analizlər göstərdi ki, Türkiyə daxil Ukraydan buğda alan ölkələrin əksəriyyəti öz idxallarını yetərincə şaxələndirdiklərindən, Ukraynanın timsalında bir mənbədən asılı vəziyyətdə deyillər. Ona görə də Ukraynadan taxıl alan ölkələrin xeyli hissəsi loqistika problemi və zaman itkiləri ilə rastlaşsalar da, bu ölkədən olan idxalı hər bir ölkənin coğrafı vəziyyəti və çeviklik dərəcəsindən asılı olaraq müvafiq dərəcədə digər ölkələrlərlə əvəzləyə biləcəklər. Onlara daha çox qiymət artımı təsir edəcək. Amma Ukrayna ətrafında gedən proseslər və onun yaratdığı böhranlı vəziyyətlə əlaqədar kəskinləşən ərzaq böhranı, tarix boyu qida çatışmazlığı problemi ilə üzləşən ölkələrin vəziyyətini daha çox pisləşdirəcək. Bu vəziyyət onsuz da iqtisadi problemlərdən əziyyət çəkən ölkələrə xüsusilə ağır zərbə vurmağa başlayıb. Bir çox yerlərdə sadəcə olaraq ehtiyat tükənib. Qeyd etdiyimiz kimi, son vaxtlar ərzaq təhlükəsizliyi problemi yeni neqativ amilin, yəni ərzaq məhsullarının, xüsusən də buğdanın qiymətinin bahalaşmasının təsiri altında kəskinləşib. Qiymətlərin davamlı olaraq artması alıcılıq qabiliyyətini itirmiş insanları çıxılmaz vəziyyətə salıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində, xüsusən də  Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycana ərzaq buğdası idxalı ilə bağlı yaranmış çətinliklər, eləcə də yaradılan süni maneələr nəticəsində ölkəyə buğda daşınmasında baş verən fasilələr zamanı bir neçə günlük buğda və un ehtiyatı qalmasının həyacanını  yaşamış bir insan kimi hesab edirik ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir sıra ölkələrin ərzaq buğdası ilə təminatında daha da kəskinləşmiş problemlərə, buğda ehtiyatlarının tükənməsinin yaratdığı ağır duruma biganə qalmaq olmaz. BMT və digər təşkilatlar, eləcə də anbarları buğda və digər ərzaqlarla dolu olan, ilk növbədə Avropa Birliyi, təxirə salmadan o cür ağır durumla rastlaşmış ölkələrin əhalisinə köməyi genişləndirməli və bu işdə operativliyi artırmalıdır. 
 
Eyni zamanda Azərbaycana gəldikdə isə, hazırda ölkəmizdə ərzaq buğdası ehtiyatları sarıdan ciddi bir problem olmasa da, hər halda ərzaq buğdası idxalını şaxələndirməklə Rusiyadan asılılıq etibarlı şəkildə aradan qaldırılmalıdır. Rusiya dünya buğda istehsalının 9%-ni istehsal edir, amma becərilən buğdanın əsas hissəsini ixrac edir və dünya tələbatının məhsuldarlıqdan asılı olaraq 15-20%-ni,deyək ki, azı 15%-ni təmin edir. 2021-ci il iyulun 1-dən 2022-ci il martın 10-dək Rusiya Federasiyası 28,1 milyon ton taxıl ixrac edib ki, bu da bir il əvvəlkindən 30% azdır. (yanvar-mart ayları üçün Aİ ölkələrinə ixrac istisna olmaqla). 2020-ci ildən Rusiyadan bütün taxıl ixracı ayrı-ayrı şirkətlərə verilən kvotalara tabedir. Bu il 11 milyon ton taxıl, o cümlədən 8 milyon ton buğda üçün kvota verilib və bu taxıl  dünya bazarlarına çıxarılıb. Rusiyanın xaricə satdığı enerjidaşıyıcıları ətrafında yaranan problemlər kəskinləşdikcə, xarici valyuta gətirən ən böyük mənbələrindən biri olan taxıl ixracını hazırda tətbiq etdiyi kvotadan xeyli yüksək səviyyədə bərpa edəcəyi ehtimalı daha böyükdür. Bu həm də Rusiyanın büdcəsinin ən mühüm gəlir mənbələrindən biridir. Rusiyanın 2022-ci il federal büdcəsinə bu il taxıla ixrac rüsumlarının artırılmasından daxilolmalar 58 674,7 milyon rubl (900 milyon dollardan çox) təşkil edəcəyini, 2023-cü ildə bu göstərici 63 063,9 milyon rubla (1 milyard dollar) qədər artacağını proqnozlaşdırıb. 
 
Çox ciddiyyətlə nəzərə alınması vacib olan digər məsələ ondan ibarətdir ki, fevralın 24-də Rusiyanın silahlı müdaxiləsindən sonra 7 milyondan çox ukraynalı, yəni Ukrayna əhalisinin 16 faizi qaşqın və məcburi köçkün vəziyyətinə düşüb. Ukraynalı uşaqların üçdə ikisi evlərini tərk edib. Bu saya həm ölkəni tərk edənlər, həm də məcburi köçkünlər daxildir. Artıq 5 milyondan çox insan və ya ölkə əhalisinin 11 faizindən çoxu Ukraynanı tərk edib. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən kütləvi miqrasiya böhranıdır. Ukrayna qaçqınlarının 3,3 milyon nəfərindən çoxu Polşaya, 900 min nəfərdən çoxu Rumıniyaya,600 min nəfərə yaxını Macarıstana,500 min nəfərə yaxını  Moldovaya, 400 min nəfərdən çoxu Slovakiyaya,125 min nəfərdən çoxu Estoniyaya köç ediblər. Ukrayna qaçqınlarının bu cür geniş miqyaslı köçü  sözügedən ölkələrdə ciddi problemlər,xüsusən də Polşa,Rumıniya,Macarıstanvə Moldovada həmin problemlərin humanitar fəlakət səviyyəsinə çatmasının qarşının alınmasından ötrü Ukraynadan köç edənləri qəbul edən ölkələrə də hərtərəfli yardım göstərilməsi Ukraynaya yardımım mühüm tərkib hissəsinə çevrilməli və bu yöndə də  təxirəsalınmaz tədbirlər görülməlidir.
 
Üçüncüsü,Rusiya-Ukrayna müharibəsi Azərbaycanda ərzaq qıtlığı yarada bilərmi? 
 
Ərzaq təhlükəsizliyi hazırkı dünyada ən ciddi problemə çevrildiyindən, təbii ki,bu sahədəki yeni çağırışş və problemlər Azərbaycanda da nəzərə alınır. Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi əsas istiqamətlərdən biridir.İqtisadiyyatda  çalışanların 36 faizi  aqrar sektorda çalışır. Amma bir sıra təsərrüfatlar istisna olmaqla, məhsuldarlıq aşağı olduğundan, ölkəmizin ÜDM-ində kənd təsərrüfatının payı  6 faiz təkil edir. Azərbaycanda ildə adambaşına 916 manatlıq kənd təsərrüfatı məhsulu,415 manatlıq isə bitkiçilik məhsulu istehsal edilir. Ötən il Azərbaycanda 1,6 milyon hektar əkin sahəsinin 999 min hektarı və ya 61 fazi dənli və dənli-paxlalı bitkilər əkilib və 3357 min ton məhsul istehsal olunub. Son vaxtlar hər il ölkəmizdə  istifadə olunan taxılın ümumi miqarı isə 4 milyon tonun ətrafında olur. Azərbaycanda buğda ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas kənd təsərrüfatı məhsulu hesab edilir. Məhz bu səbəbdən, əkin strukturunda buğda daha böyük xüsusi çəkiyə malikdir.Ötən il  572  min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin 36 faizinə yaxın, dənli-paxlalı bitkilərin əkin sahəsinin isə 57 faizindən çoxdur.Ötən il ölkədə 1885 min ton buğda istehsal olunub.Bu bir qədər aşağ-yuxarı Azərbaycanın ərzaq buğdasına olan illik tələbatı qədərdir.Amma istehsal olunan yerli buğdanın yalnız  25-30 faizi   ərzaq buğdası kimi istifadə olunur.Başqa sözlə ifadə etsək, Azərbaycanda ildə adambaşına 185 kiloqram  buğda istehsal olunur ki, onun da yalnız adambaşına 50 kiloqrama yaxını çörəkbişirmə və s.üzrə tələblərə cavab verən ərzaq buğdasıdır. Ev təsərrüfatlarının tədqiqinə dair məlumatlara əsasən, Azərbaycan əhalisi 2020-ci ildə adambaşına 135 kq çörək istehlak edib. Ölkəmizdə adambaşına çörək istehlakının miqdarı dünya üzrə orta göstəricidən təxminən 2 dəfə yüksəkdir. İldə adambaşına 135 kq çörək istehlaki o deməkdir ki,bizə hər il bütövlükdə ölkə üzrə 1 milyon 350 min ton çörək lazımdır. Azərbaycanda son vaxtlar hər il orta hesabla istehsal olunan 1,8 milyon ton buğdanın daha çox 25-30 faizi ərzaq buğdası kimi istifadə olunursa,deməli onda həmin miqdarla uçota düşən çörək istehsalının az hissəsi yerli buğda hesabına həyata keçirulir, qalanını xaricdən gətirilir.Məsələn,Azərbaycana 2019-cu ildə 1585 min ton, 2020-ci ildə 1365 min ton,2021-ci ildə 1,2 milyon tona yaxın buğda idxal edib ki, onun da əksər hissəsi Rusiyadan gətirilib.Keçən il  Qazaxıstandan alınan buğdanın payı az olsa da,bu il həmin ölkədən idxal artır.
 
Dövlət Statistika Komitəsinin məlumatlarına görə,Azərbaycanda son illər hər il ilin sonuna 567- 864 min ton,orta hesabla isə 700 min tondan çox buğda ehtiyatı qalığı olur.Elə illər olub ki,həmin illərin sonuna buğda ehtiyatı qalığı,1 milyon tondan çox olub.Məsələn 2013-cü ildə 1229 min ton buğda ehtiyat qalığı olub.Bu ilin birinci yarısında Azərbaycana gətirilən buğda ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Ona görə də Azərbaycanda ərzaq buğdasının ehtiyatları tələbatı qarşılayacaq səviyyədədir.Eyni zamnda Azərbaycanda istehsal olunan,amma ölkə səviyyəsində ərzaq buğdası kimi istifadəsi tam uçotda olmayan buğdanın da bir hissəsi rayon yerlərində ev təsərrüfatlarında çörək və digər ərzaq məhsulları hazırlanmasında istifadə olunur.
 
Bununla belə  ərzaq buğdası ilə təchizatın yaxşılaşdırılması Azərbaycanın ərzaq təhlüksizliyi sahəsində genişmiqyaslı və etibarlı şəkildə həllini gözləyən ən mühüm məsələrdən biridir.Bu məsələyə bu il aprelin 12-də 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də  geniş yer verilib. Prezident İlham Əliyev bildirib ki, bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək.
 
Ərzaq buğdası ilə təchizatının əsas hissəsinin daxili istehsal hesabına təmin edilməsi üçün zəruri tədbirlərin həyat keçirilməsi çox ciddi strateji yüklü məsələdir.Bu istiqamətdə qısa müddətdə böyük nəticələr verə bilən bütün zəruri işlər görülməli, o cümlədən ərzaq buğdasının istehsalını artırmaq məsələsinə kompleks və sistemli yanaşılmalıdır.Bununla bağlı 2023-2030-cu illər üçün ərzaq buğdası prioritet olan ərzaq təhlükəsizliyi üzrə yeni Dövlət Proqramı qəbul edilməli, qısa, orta və uzunmüddətli perspektivdə  həyata keçirilmsi vacib olan yeni mexanizmlər hazırlanmalı və səmərəli  şəkildə reallaşdırılmalıdır: Birincisi,Azərbaycanın  torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlı torpaqlardır və zəruri tədbirlər görülməklə ondan istifadənin dirəsi genişləndirilməli və səmərəliliyi artırılmalııdr. Eyni zamanda əgər nəzərə alsaq ki, işğaldan azad edilən  torpaqlar vaxtilə Azərbaycanın kənd təsərrüfatı istehsalının 30 fazidən çoxunu verirdi, torpaqlarımızın işğaldan azad edilməsi ərzaq təhlükəsizliyimizin  möhkəmləndirilməsində xüsusi çəkiyə malik olacaq. Artıq bu istiqamətdə məqsədəyönlü işlər başlayıb.Bununla belə bütövlükdə torpaqların şoranlaşması, erroziyaya uğraması, çirklənməsinin və s. aradan qaldırılması, keyfiyyətinin yaxşılaşdırılmasına dair işlək mexanizmli kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir. İkincisi, Azərbaycan əhalisinin ərzaq buğdası ilə təchizatının əsas hissəsinin daxili istehsal hesabına təmin edilməsi üçün zəruri tədbirlərin qısa müddətdə böyük nəticələr verə bilməsi üçün keyfiyytli toxum probleminin əsaslı surətdə həll edilməsinə ehtiyac var. Buna nail olunsa,hər il ölkəmizdə orta hesabla istehsal olunan 1,8 milyon ton  buğdanın  25-30 faizi yox, yarıdan çoxu ərzaq buğdası tələblərinə cavab  verər.Bu həm yerli istehsal hesabına ərzaq buğdası istehsalının əhəmiyyətli dərcədə artırılmasına,həm də bu sahədə idxaldan asılılığın xeyli dərəcədə azaldılmasına nail olmaq olar. Üçüncüsü,ölkə üzrə 16-17 milyard manatlıq ümumi sərmayə qoyulunun cəmi 3 faizi kənd təsərrüfatına,1.3 faizi isə  qida məhsulları istehsalına yönəldilir ki, bu da həmin sahələrin investisiya tələbatndan qat-qat  aşağıdır. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan fermerin il ərzində yaratdığı yeni dəyər 2000 manat ətrafında, onun aylıq kəmiyyəti isə 170 manatdır. Ölkədə adambaşına  ildə 900 manatın ətrafında, ayda isə 75-80 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunması göstərir ki, ərzaq təhlükəsizliyimizin etibarlıq dərəcəsini müasir çağırışlar səviyyəsinə çatdırmaqdan ötrü proqram xarakterli kompleks tədbirlər görülməliidr.
 
Bu yöndə həlli vacib olan məsələrdən biri “təmiz sərmayə-yüksək nəticə” prinsipi əsasında  kənd təsərrüfatına sərmayə qoyuluşunun və ondan istifadənin səmərəliliyinin artırılmasıdır. Dördüncüsü,ölkə üzrə 17 milyard manatlıq ümumi kredit qoyuluşunun çox kiçik bir hissəsi kənd təsərrüfatına yöməldilir. Aqrar-Sənaye Bankının yaradılması, kənd təsərrüfatının və kənd təsərrüfatı məhsullarının  emalı ilə məşğul olan sahələrin aşağı faizli kreditlərlə təmin edilməsi, eləcə də aqrar sahə üçün məqbul sayıla biləcək kreditə zəmanət mexanizminin yaradılması obyektiv tələbata çevrilib. Beşincisi,kənd təsərrüfatı istehsalının nəticəliliyinin artırılmasına xidmət edən və bu yöndə səmərəli fəaliyyət göstərən subsidiya mexanixminin yaradılması və tətbiqi sahəsində başlanan işlərin fermerlərin gözləntilərinə uyğun surətdə optimal variantda həyata keçirilməsi ərzaq təhlükəsizliyinə,xüsusən də digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə gəlirlilik səviyyəsi çox aşağı olan buğda istehsalının artırılmasına  ciddi dəstək kimi mühüm tələbata çevrilib. Altıncısı, yerli istehsalın  və kənd təsərrüfatı məhsullarınn ixracının  genişləndirilməsinə rəvac verən sığorta mexanizminin həyata keçirilməsi istiqamətində başlana işlər genişləndirilməliidr. Yeddincisi,fermerlərin sərbəst fəaliyyət göstərməsinə mane olan bütün bürokratik əngəllərin aradan qaldırılması istiqamətində real nəticəsi olan tədbirlər görülməliidr. Səkkizinci, Azərbaycanda kənd təsrrüfatı məhsulu istehsalçılarının  xeyli hissəsnin torpaq sahəsi 1-2 hektar, 70 faizdən çoxunun-3 hektrara qədər, 17 fazininki isə 3-4,9 fazi arasındadır. Halbuki fermer təsərrüfatlarının əmtəəlik məhsul istehsal edib, ayaq üstə  qala bilməsi və bazar iqtisadiyyatı tələblərinə cavab verən qurumlara çevrilməsindən ötrü,ilk növbədə azı 6 hektar torpağı olmalıdır.Ona görə də belə kiçik təsərrüfatların bir hissəsi çox asanlıqla sıradan çıxarılır,digər hissəsi isəistehsalı genişləndirmək və səmərəliliyini artırmaq üçün  zəruri şərtlər olmadığından, özləri sıradan çıxır. Ona görə də ölkədə kənd təsərrüfatı sahəsinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə mane olan problemlərin,o cümlədən kiçik torpaq sahibliyi və kiçik təsərrüfatlar məsələsinin kəndlilərin xeyrinə optimal surətdə həll edilməsi məsələsi sürətləndirilməlidir. Sağlam və ədalətli kooperasiya münasibətləri vasitəsilə bu sahədə olan çatışmazlıqların xeyli hissəsini aradan qaldırmaq, maddi nemətlərin ”tarladan süfrəyədək”olan yolundakı itkilərin də xeyli dərəcədə aradan qaldırılmasına nail olmaq olar. Doqquzuncu, torpaqlarımızın işğaldan azad olunması ilə su ehtiyatlarmıza xeyli müsbət və ümidverici nüanslar əlavə olunub. Bununla belə xüsusən taxılçılıqda suvarma sahəsindəki problemlər məhsuldarlıın aşağı düşməsinə ciddi təsir göstərir.Ümumiyyətlə götürdükdə, Azərbaycanın məhdud su ehtiyatları şəraitində kənd təsərrüfatında sudan istifadənin ən müasir və qənaətli üsullarının tətbiq dairəsinin genişləndirilməsi ciddi problemimiz olan məhsuldarlıq məsələsinin müsbət yöndə həllində əhəmiyyətli rol oynaya bilər və son 30-35 ildə hər hektardan 25-27 sentner taxıl yığmını  30-33 sentnerə çatdırmağın çox uzun bir yolundan sonra,yaxın perspektivdə hər hektardan 40 sentner və daha çox taxıl istehsalına gedən yolumuzu xeyli qısaltmış olar. Onuncusu, taxılçılıq infrastrukturunun müasirləşdirilməsi və inkişafı, innovativ texnologiyaların təşviqi və kənd təsərrüfatı xammalının emal potensialının genişləndirilməsi və inkişafı,tarladan insanların süfrəsinə qədər olan  dəyər zəngiri boyu itkilərin,eləcə israfçılıq və digər bu kimi halların aradan qaldırıması istiqamətlərində işlər geniləndirilməliidr. On birincisi,ərzaq buğdası özrə ehtiyat fondunun həcminin davamlı olaraq optimal səviyyədə olmasının təmin edilməsinin şaxələnmiş və səmərəli fəaliyyət göstərən mexanizminin qurulması və sair bu kimi  istiqamtində proqram xarakterli kompleks tədbirlərin həyat keçirilməsi çox vacibdir. On ikincisi, ərzaq təhlükəsizliyi ilə bağlı səmrəli fəaliyyət göstərən idarəetmə mexanizmlərinin formalaşdırılması çox vacibdir."
Oxşar xəbərlər
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:05, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - FOTO
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 14:30
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
24 Apr 2024 | 13:48
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 14:30
"Netanyahu zəmanəmizin Hitleridir və məsuliyyətdən yaxa qurtara bilməyəcək" - Ərdoğan
24 Apr 2024 | 13:48
Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB