Qarabağa Rusiya ordusunu dəvət etmiş İbrahim xanı sonda rus mayor güllələdi...
Oxunub: 4366
11 May 2022 | 20:58
Qarabağa Rusiya ordusunu dəvət etmiş İbrahim xanı sonda rus mayor güllələdi...
“Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi haqda Kürəkçay müqaviləsinin imzalanmasından 217 il ötür...” 
 
“Ona diqqət etmək vacibdir ki, Rusiya imperiyası ilə heç bir müqaviləyə, heç bir müttəfiqliyə etibar etmək olmaz...”
 
"Kürəkçay müqaviləsində Şuşa qalasında və Qarabağ xanlığının ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq verilirdi..."
 
Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi kontingentinin artıq 1 il  6 aydır ki, müstəqil  Azərbaycan Respublikasının  Qarabağ torpaqlarının bir hissəsində müvəqqəti(!) qalmasının köklü tarixi-siyasi səbəblərindən biri də 1805-ci il mayın 14-də imzalanmış Kürəkçay müqaviləsidir.  Bu sənədlə nəinki Kreml şovinistlərinin Azərbaycan torpaqlarını işğal etməsinin, həmçinin son 200 ildən çox bir dövrdə Qafqazda erməni “məsələsi”nin formalaşmasının əsası qoyulub. 
Çünki həmin müqavilənin ardınca imzalanmış Gülüstan(1813) və Türkmənçay(1828) müqavilələrindən sonra Çar Rusiyası tərəfindən ermənilərin İran və Türkiyədən kütləvi şəkildə  
 
Azərbaycan torpaqlarına, xüsusən Qarabağa köçürülməsinə başlandı... Qarabağda ermənilərin sayı çoxalmasaydı,  Moskva XX əsrin əvvəlində və sonlarında  Qarabağ “münaqişələri”ni başlatmağa və nəhayət, 2020-ci ildə yenidən müstəqil Azərbaycan torpaqlarına həmin “münaqişənin nizamlanması” üçün “sülhməramlı” adı altında qoşun yeritməyə əsas  və bəhanə tapardımı?..
 
Bəs  217 il öncə imzalanmış Kürəkçay müqaviləsini yetişdirən tarixi-siyasi durum necə idi və həmin müqavilə hansı şərtlərlə imzalandı?..
 
Rusiya imperiyasının XIX yüzilin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışıb. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxet çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi , Car-Balakən andlı öhdəliyi , Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi. Həmin müqavilənin bağlanılması barədə məlumat verildiyi bildirilən siyahıda Qarabağ xanlığının da adı çəkilirdi. Bununla birgə Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif Tiflisdə bu münasibətlə keçirilən tədbirlərdə iştirak etmişdi. Beləliklə, Rusiya Qarabağ xanlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi əsasında traktat bağlamaqla ona ciddi önəm verirdi...
 
1804-cü ildə  Cavad xan və tərəfdarlarının şəhidliyi ilə Gəncənin işğalı, rus qoşunlarının sonrakı uğurları Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan ―Rusiya təbəəliyinə keçməyi tələb etdi. O yazırdı ki, “sizə yalnız yaxşısını seçmək qalır"... Onun anlayışında “yaxşı yol” Rusiya idi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib, ―Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq vədi verdi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı İbrahimxəlil xanın oğlu Əbülfət xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizaq(indiki Xocavənd-Hadrut və Füzuli ərazilərinin bir hissəsi) yaxınlığında əzdi. Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o, Rusiya təbəəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. Sisianov Gəncənin gündoğarında, Kürək çayı üzərində düşərgə salmışdı, İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa. Xanlar ağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni Şəki hakimi Səlim xanı da əyanları ilə “böyük sərdarın” yanına çağırdı.Və tərəflər arasında "Andlı öhdəlik" imzalandı. Kürəkçay müqaviləsi preambula və 11 artikuldan ibarət idi. Müqavilənin preambulasında şuşalı və qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu artikullarında İbrahim xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adı keçən bütün artikullarda şuşalı və qarabağlı İbrahim xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin X artikulunda qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır... 
XI maddə ratifikasiya haqqında idi. Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur. Bütün bunlarla bərabər, Qarabağ xanlığının müsəlman dövləti olması və onun 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq yeni tarixi şəraitdə imzalanması onun 5, 8, 9, 10, 11 və b. artikullarda irəli sürülən müddəaların burada nəzərə alınmasına imkan verməmiş, əksinə, digər yeni şərtlərlə Qarabağ xanlığının təəhhüdləri ağırlaşdırılmışdır. Rus və gürcü dillərində imzalanan 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, Kürəkçay müqaviləsi yalnız rus dilində imzalanmışdı. Bu hal da müqavilənin mətnində, xüsusilə Qarabağ xanlığına dair təəhhüdlərdə özünü biruzə verir...
 
Azərbaycan Milli Elmlər Akademiyası  A.A.Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev yazır:
 
“Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu müqavilə təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində mühüm rol oynadı. Qarabağın özünə gəldikdə isə bu müqavilənin şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı olur, Rusiya çarına görə digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum olur, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. Bundan əlavə, Şuşa qalasında və xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq verilirdi. Bunlarla yanaşı, çar qoşunları general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe idi. Eyni zamanda Rusiya hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarına toxunmayacağını öhdəsinə götürdü...”
 
Rusiya tərəfindən 1822-ci ildə Qarabağ xanlığının ləğv edilməsilə Kürəkçay müqaviləsinə son qoyuldu...
 
Bəs İbrahim xanın işğalçı düşmənlə sonadək mübarizə və şəhidlik yolunu seçmiş Gəncə xanı Cavad xandan fərqli olaraq Azərbaycanın Qarabağ kimi həm iqlim, həm məhsuldarlıq, həm yeraltı-yerüstü sərvətlərlə zənginlik, eyni zamandan geostrateji baxımdan çox əhəmiyyətli bir ərazisinin Rusiyaya birləşdirilməsinə razılıq verməsini imperiya rəhbərliyi necə dəyərləndirdi?..
 
Kürəkçay müqaviləsinin imzalanmasından sonra bu Azərbaycan xanı cəmi 1 il bir ay yaşadı...
 
...Atası Pənahəli və qardaşı Mehrəli bəydən sonra 1763-1806-cı illərdə Qarabağ xanlığının xanı olmuş İbrahimxəlil xan Cavanşir əsasən vəziri Molla Pənah Vaqifin siyasəti sayəsində Qarabağın müsəlman Azərbaycan türk- qacarların hökmran olduğu İran, yaxud Osmanlı dövlətinə yox, məhz Rusiya imperiyasına birləşdirilməsinə razılıq verir. Elə bu işğalda olan böyük roluna görə Kreml xüsusən SSRİ dövründə Vaqifin orta və ali məktəblərdə geniş tədrisinə, xalq arasında təbliğinə şərait yaradır, həmçinin 1982-ci ildə Şuşada onun xatirəsinə böyük məqbərə ucaldılmasına razılıq verir. Heç Pənahəli xanın sarayının bərpasına, yaxud Şuşada və ya Ağdamda heykəlinin ucaldılmasına qol qoyardımı Moskva?..
 
Rusiyaya bağlılığın “mükafatı” olaraq 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvü ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi...
 
Türkoloq alim, professor Minəxanım Təkləli “Mən aşiqəm Qarabağ...” silsiləsindən olan “İbrahim xanın qatilinin son aqibəti” yazısında  Qarabağ xanının qatili haqqında ətraflı məlumat verir:
 
“Rus qoşunları Gəncəni işğal edib Qarabağ üzərinə yeriyəndə Dmitri Lisaneviç (1773-1825) mayor rütbəsində idi. Lisaneviç serbəsilli ruslardandır. Serblər rus ordusunda gözəçarpacaq saya və mövqeyə malik idilər. Vətən, din təəssübünü çəkməkdə heç nə ilə ruslardan geri qalmazdılar...
General Pavel Sisiyanovun “dəli” Lisaneviçə böyük etimadı var idi. Sisiyanov maraqlı olduğu Gəncə üzərinə hücumda ona bərk güvənirdi. Və gümanında yanılmadı; Cavad xanı qala bürcündən (deyilənlərə görə, Gəncənin ikiqatlı qala divarlarındakı qüllələrdən biri olan bu bürc Hacı Qala adı daşıyırdı) sərrast güllə atəşi ilə o vurub salmışdı. Tarixi sənədlər də bunu təsdiq edir; Cavad xanın ölümünün Lisaneviçin əli ilə olduğu göstərilir: Cavad xan ortancıl oğlu Hüseynqulu ağa ilə birlikdə ümumi hücumda qala divarları üzərində mayor Lisaneviç tərəfindən öldürüldü (Bax: AKAK, ll c, sənəd 1189) deyə göstərilir.
 
...İbrahim xanla onun öz gələcək qatili mayor Lisaneviçin ilk görüşü müxtəlif müəlliflərdə eyni cür təsvir olunub: “1805-ci ilin mayında Kürəkçay sahilində sülh müqaviləsi bağlanan kimi general Pavel Sisiyanov mayor Lisaneviçi 500 soldatla Qarabağa göndərir”(Mirzə Yusif Qarabaği. “Tarixi-Safi”); Sərdar Sisiyanov mayor Lisaneviçi beş yüz yeger adlanan dəstə və topxana ilə Qarabağa – İbrahim xanın yanında olmağa təyin elədi (Mirzə Mehdi Xəzani. “Kitabi-Tarixi Qarabağ”) və s.
 
İbrahim xanı düz bir il sonra ailəsi ilə qətlə yetirən Lisaneviç əslində burada özü xan idi. Vəziyyət isə hər yöndən mürəkkəbləşərək müdhiş hadisələrə yol açmaqda idi... 
 
Kürəkçay müqaviləsinin imzalanmasından hirslənib qızışan gənc şahzadə Abbas Mirzə hərbi yürüşə başlayır. Rus qüvvələrinin azlığı və Araz sahillərinə yanaşmaması (müharibələrə “aludə” olan Rusiya bu zaman eyni vaxtda Avstriya, Fransa, Osmanlı dövləti ilə ayrı-ayrılıqda qəsbkar müharibələrini aparırdı) və həmçinin Qızılbaş qoşunu ilə vuruşmağa ruslar tərəfindən məcbur edilən yerli əhalinin ürəksiz vuruşu nəticəsində Şuşada da həyəcan anbaan artmaqda idi. Həm də 1806-cı il fevralın 20-də əli qanlı general Sisiyanovun Bakı qala divarları önündə başının kəsilməsi xalqı bu qəsbkarların Azərbaycandan, nəhayət, çıxıb gedəcəklərinə inanmağa ruhlandırdı. Vəziyyəti yerli erməni məlikləri, o cümlədən Məlik Şahnəzər də bir yandan körükləyirdi. İbrahim xan əslində onunla qohum idi; Məlik Şahnəzərin qızını almışdı. Lakin o, indi xanın qatı düsməninə çevrilmişdi...
 
Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sində oxuyuruq: “Mərhum Pənah xan və İbrahim xanın mehribanlıq nəzəri, hörmət və mərhəmət gözü həmişə Məlik Cümşüdün üstündə olmuşdu...”
 
İndi isə belə qeyri-müəyyən vəziyyətdə ermənilərin, xüsusən Məlik Cümşüd Şahnəzərovun məkrli, gizli donosları öz işini görüb qurtarmışdı... Cümşüd Şahnəzərovun Peterburqda təhsil alan və xidmətə girən oğulları artıq yeni əsrdə – günümüzdə Mixail Qorbaçovun sağında daim “Qarabağ uğrunda” fəaliyyətdə gördüyümüz onun müşaviri, bizimsə müasirimiz həmin Georgi Şahnəzərovun ulu babasıdır...
 
...İbrahim xanın isə öncə təsvir etdiyimiz şəraitdə Şuşadan çıxıb Xan Səngər adı ilə məşhur olan qalada qərar tutması şübhələr doğururdu; artıq onun ruslarla ittifaqa girməkdən peşman olması aydın görünürdü. Çoxları da güman edirdi ki, İranda şah sarayında yaşayan oğlu Əbülfət ağanın (o Fətəli şahın qaynı idi) Qızılbaş qoşunu başında Qarabağa girməsi İbrahim xanın buyruğu ilədir...
 
Beləliklə, İbrahim xanın rus dövlətinə olan sədaqəti – Kürəkçay müqaviləsinin etibarlılığı artıq şübhə altına alınmışdı... Odur ki, bir an belə ləngimədən dəli mayor Lisaneviç 100 soldatla 1806-cı ilin 11 iyun gecəsi qaladan çıxaraq xan düşərgəsinə yaxınlaşır və onu mühasirəyə alır. İbrahim xanı öz əyanları və ailəsi ilə birlikdə öldürür.  Lisaneviç dərhal polkovnik rütbəsinə qaldırılır... 
 
XX əsrin əvvəllərindən bəri Qarabağda, Zəngəzurda, Göyçədə, Bakıda, Şamaxıda, Qubada və s. Rusiyanın, Fransanın himayə etdiyi erməni terrorçularının başımıza gətirdiyi faciələr, eləcə də bu gün – 30 illik növbəti işğal və 44 günlük müzəffər savaşımızdan sonra hələ də yaşadığımız problemlər məhz dədə-babalarımızın dünənki, o günkü tarixi səhvlərinin nəticəsidir. Həm də ona diqqət etmək vacibdir ki, Rusiya imperiyası ilə heç bir müqaviləyə, heç bir müttəfiqliyə etibar etmək olmaz... Həmin imperiya hətta ona bilavasitə xidmət göstərmiş xanlarımızı da qətlə yetirib... İbrət götürmək borcumuzdur... Bu gün Şuşa və Qarabağın digər xeyli ərazisi əlimizdə olsa da, yenə də faktiki erməniləri himayə edən Rusiya ordusunun nəinki mayoru, polkovnikləri, generalları da Xankəndində, elə Qarabağ xanını qətlə yetirdikləri Xanbağı deyilən məkanda, “Axırıncı aşırım” filmində Qəmlo demiş, düz burnumuzun dibindədirlər...
 
Sultan Laçın
 
Oxşar xəbərlər
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
12:21, Bu gün
BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər - FOTO
12:18, Bu gün
Vyananın yaşayış massivlərinin görünüşü əsasında Qarabağın şəhərlərini bərpa etmək olarmı? - VİDEO
12:15, Bu gün
Rəşad Məcid təltif edildi
12:10, Bu gün
Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO
12:05, Bu gün
Bayram günlərində Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
12:02, Bu gün
Soyuducudakı pis qoxudan necə qurtulmaq olar? - 2 sadə üsul
12:00, Bu gün
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
11:55, Bu gün
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:50, Bu gün
BDU-da görkəmli türkoloq Ramiz Əskərin 70 illik yubileyi qeyd olunub - FOTO
11:45, Bu gün
"XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də sınmadı, güc topladı və məqsədinə nail oldu"
11:40, Bu gün
BDU-nun müəllimi Rumıniyanın Alexandru İoan Cuza İasi Universitetində mühazirə deyib - FOTO
11:35, Bu gün
"Aprelin 5-də bağlanacaq hərbi pakt sülhdən dəm vuran Ermənistanın əsl üzünü bir daha göstərir"
11:30, Bu gün
Mətbuat Şurası İdrak Camalbəylinin vəfatı ilə bağlı başsağlığı verib
11:24, Bu gün
Kerem Bürsin koronavirusa yoluxdu
11:15, Bu gün
Məhkəmə dələduzluqda təqsirləndirilən müəllimlərlə bağlı qərar çıxardı
11:15, Bu gün
Ukrayna savaşı elə 2024-cü ildə uda bilər... -Ekspert bunun üçün lazım olanları açıqladı...
11:13, Bu gün
Qəhvənin 3 faydalı xüsusiyyəti: Bu xəstəliyin riskini azaldır
11:08, Bu gün
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
11:06, Bu gün
Sevgililərini süründürən BEŞ BÜRC
11:00, Bu gün
NK qərarından sonra kütləvi satış başladı: Minlərlə “Prius”un aqibəti necə olacaq? - FOTO
10:59, Bu gün
Xocalıya ilk hansı ailələr köçürüləcək?
10:56, Bu gün
Özünü din xadimi kimi təqdim edib 10 qadınla evlənən şəxs həbs edildi
10:54, Bu gün
2024-cü il üçün ən yaxşı pəhrizləri
10:53, Bu gün
"Bank of Baku" icarəyə götürdüyü ofisə görə məhkəməlik oldu
10:50, Bu gün
“Terroru lənətləyirik, pisləyirik. Amma bununla iş bitmir...”
10:50, Bu gün
Tanınmış azərbaycanlı jurnalist qəfil dünyasını dəyişdi - FOTO
10:49, Bu gün
Xabi Alonsonun "Bayer 04"dəki gələcəyi məlum oldu
10:45, Bu gün
Dünya çempionu mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub - ŞİKAYƏT
10:40, Bu gün
Kuba XİN: Azərbaycanla çoxtərəfli əlaqələri gücləndirməyə hazırıq
10:32, Bu gün
Baydenə seçki kampaniyasında çıxış etməyə imkan verilməyib
10:29, Bu gün
Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO
10:27, Bu gün
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:15, Bu gün
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayır - VİDEO
10:07, Bu gün
Xankəndidə avtomat və qumbaralar aşkarlanıb
10:05, Bu gün
Ucarda məktəb binası yanıb
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
09:51, Bu gün
İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO
09:48, Bu gün
Xırdalanda partladıcı və qumbaralar tapılıb
09:43, Bu gün
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb
09:34, Bu gün
Bakıda bir sıra yollarda tıxac var - SİYAHI
09:31, Bu gün
Qazaxıstandan xəbərdarlıq: Təcili bu şəhərləri tərk edin
09:27, Bu gün
"Paşinyan Putindən soruşdu: “Siz niyə Qarabağ xalqını öz taleyinin ümidinə buraxdınız?”-Lavrov
09:26, Bu gün
Bazarlarda hansı meyvə-tərəvəzlərə tələbat artıb? - VİDEO
09:23, Bu gün
Kimyəvi saç düzləşdirmənin təhlükələri ortaya çıxıb
09:18, Bu gün
Azərbaycanda professor vəfat etdi
GÜNLÜK
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 16:35
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 16:35
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri