2781
11 May 2022 | 08:29

"Ukraynalılar həlak olan zaman Kremldə Ukrayna mahnısı oxumaq dünyanın sonudur..."

Məşhur Ukrayna müğənnisi Kremldə çıxış etdiyinə görə vətəndaşlıqdan məhrum edilə bilər
 
Əslən Ukraynadan olan məşhur müğənni Taisiya Povaliy mayın 9- da Kremldə Qələbə günü münasibətilə təşkil edilən konsertdə çıxış edib. Tədbir "Rusiya- 1" telekanalında yayımlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "9- cu kanal" məlumat yayıb.
 
57 yaşlı vokalçı şair Andrey Malışko və bəstəkar Platon Mayborodanın "Пicня про рушник" ("Dəsmal haqqında mahnı") mahnısını Ukrayna dilində ifa edib. Çıxış zamanı artist xanım sarı- göy səma, ətrafında isə Georgi lentləri və sovet rəmzləri fonunda olub.
 
Ukrayna şou- biznesin nümayəndələri müğənninin bu şıxışına qəzəbli münasibət göstərib. Rusiyanın Ukraynaya hücumundan sonra Taisiya Vətənində baş verən müharibəyə münasibət bildirməyib, əksinə, bir neçə dəfə Kreml təbliğatçılarının təşkil etdikləri tədbirlərdə iştirak edib.
 
Rusiyada və Ukraynada populyar olan müğənni Anastasiya Prixodko Povaliyin çıxışını "xeyirlə şərin həddindən kənar" adlandırıb.
 
"Ukraynalılar həlak olan zaman Kremldə Ukrayna mahnısını oxumaq artıq xeyirlə şərin həddindən kənara çıxmaq deməkdir. Belələrini bütün təltiflərdən məhrum etmək və publika qarşısında çıxışlarını həmişəlik qadağan ermək lazımdır. Yalnız bu yolla azad dövlət qurulur", - artist belə deyib.
 
Öz növbəsində ukraynalı model və müğənni Daşa Astafyeva etiraf edib ki, əvvəllər Povaliyi "ana" adlandırıb, indi isə Ukrayna xalqının belə satqınlarına görə utanc hissi keçirir.
 
"Orada qalmaqla belələri həmişəlik düşmən olur. Hər birimiz üçün düşmən. Burada onların tanışları, qohumları qətlə yetirilir, insanlar öz övladlarını qoruya bilmir, sizlər isə o ölkədə qala bilirsiniz, bunu "xüsusi əməliyyat" adlandırırsınız...Taya Povaliyə mən "ana" deyirdim. Mən çox utanıram ki, onlar orada yaşayıb susurlar. Onlar artist deyil. Onlar heç adam da deyil. Onlar "istifadə materialı"dır", - Astafyeva oz emosiyalarını ifadə edib.
 
"Пiсня про рушник" Ukrayna mədəniyyəti rəmzlərindən biridir. Bu əsər öz doğma oğlunun taleyi barədə ananın keçirdiyi hisslər haqqındadır. Dəsmal üzərində həkk edilənlər lirik qəhrəmanın həyat yoludur, ananın təmizlik və sevgi rəmzidir.
 
Xatırladaq ki, Taisiya Povaliy 1964- cü ildə Kiyev vilayətinin Skvirsk rayonunun Şamrayevka kəndində anadan olub.
1997- ci ildə Ukraynanın xalq artisti adını alıb.
2012- ci ildə Ali Radanın "Regionlar partiyası"ndan deputatı seçilib.
2014- cü ilin yazında "Regionlar partiyası" fraksiyasından çıxıb, payızda isə onun deputat səlahiyyətlərinə xitam verilib.
Elə həmin ildə Rusiyaya köçüb.
 
Aprelin 16- da Povaliy Kremlin səhnəsində Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən rusiyalı artistlərlə birgə olub.
Link kopyalandı!
Son xəbərlər