Yer planetinin sakinləri Qırmızı planetə nə zaman enəcək?
2833
10 May 2022 | 21:56

Yer planetinin sakinləri Qırmızı planetə nə zaman enəcək?

NASA və SpaceX 2030- cu ilədək Marsa mümkün uçuşlardan danışıb
 
SpaceX insanların Marsa göndərilməsi barədə iddialı planlarını rəsmən təsdiq edib. Onlar Qırmızı planeti cari onilliyin sonunadək fəth etmək niyyətindədir, lakin NASA başqa cür düşünür.
 
Moderator.az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.
 
SpaseX- in baş əməliyyat direktoru Qvinn Şotvell CNBC- yə müsahibəsində bəyan edib ki, İlon Maskın şirkətlərinin pilot missiyaları Marsa 2029- cu ildə çatacaq.
 
"Biz insanları Marsın səthinə bu onillikdə göndərməliyik", - o, belə deyib və vurğulayıb ki, əvvəlcə planetə zəruri iri yük göndərmək lazım gələcək.
 
"Beş və ya altı il ərzində hamı bunun gerçək olacağını görəcək", - o, əlavə edib.
 
Öz planlarını gerçəkləşdirmək üçün SpaceX "Starship" adlı təkrar istifadə edilən raket işləyib hazırlamaqla məşğuldur. Məlumat verilib ki, onu 2023- cü ildə Ay ətrafında uçuş üçün yaponiyalı milyardçı Yasaka Maedzava sifariş edib.
 
NASA həmçinin özünün "Artemis" Ay proqramı üçün "Starship"i seçib, məqsəd- 2025- ci ildə astronavtların Ayın cənub qütbünə çatdırılmasıdır.
Ay səthinin öyrənilməsindən sonra kosmik agentlik Marsa uçuş həyata keçirmək niyyətindədir, onların dəyərləndirməsinə görə, bu, 2040- cı ildə, yəni Şotvellin proqnozlaşdırdığından on il gec baş verəcək.
 
Bu o deməkdir ki, SpaceX NASA- nı xeyli qabaqlaya bilər, lakin Maskın şirkəti NASA- ya çoxlu miqdarda texnoloji avadanlıq təqdim edir ki, nəticə etibarilə onlar birgə işləmək qərarına gələ bilər.
 
Həmçinin güman etmək olar ki, öz kosmik yarışında SpaceX və NASA Mak Hill universitetindən Kanada alimlərinin layihələrinə müraciət edəcəklər.
 
Xatırladaq ki, fevral ayında onlar elə bir texnologiya təqdim edib ki, Yerdən Marsa cəmi 45 günə uçmaq olar.
Link kopyalandı!
Son xəbərlər