Qələbə günündən sonra ucuz təsəlli: Luqansk vilayətinin Popasnaya şəhəri ələ keçirildi...
3709
10 May 2022 | 21:52

Qələbə günündən sonra ucuz təsəlli: Luqansk vilayətinin Popasnaya şəhəri ələ keçirildi...

Rusiya işğalçıları, nəhayət, "möhtəşəm" uğura imza atıb...
 
 
Bu, Ukrayna qoşunlarına hansı təhlükəni törədir?
 
 
Mayın 10- da Rusiya müdafiə nazirliyi Luqansk vilayətinin Popasnaya şəhərinin ələ keçirilməsi barədə məlumat yayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin spikeri general- mayor İqor Konaşenkov bəyan edib, məlumat nazirliyin saytında yerləşdirilib.
 
O, bəyan edib ki, "LXR" "xalq polisi"nin bölmələri Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə düşmənin müdafiəsini yararaq Luqansk Xalq Respublikasının inzibati sərhəddinə çıxıb.
 
Ukrayna hakimiyyəti hələ mayın 8- də məlumat verib ki, Popasnayanı nəzarətə götürmək mümküb olub. Zelenskinin Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, şəhər praktiki olaraq Rusiya artilleriyası tərəfindən tamamilə dağıdılıb.
"Bizim qoşunlarımız geriyə çəkilərək qərbə tərəf mövqelərdə dayanıb. Popasnayada ələ keçiriləsi bir şey yoxdur. Şəhərdən praktiki olaraq heç nə qalmayıb", - Arestoviç bəyan edib.
 
Bu şəhər harada yerəşir?
 
Popasnaya Luqansk vilayətinin qərbində yerləşən balaca şəhərdir, müharibədən öncə əhalisi 20 min nəfər təşkil edib. 2014- cü ildə şəhəri tanınmamış "LXR" nümayəndələri ələ keçirmək istəyib, lakin sonda o, Ukraynanın nəzarətində qalıb.
 
Popasnaya uğrunda 2022- ci ilin martın əvvəlindən şiddətli döyüşlər gedib. Bu şəhərin itirilməsi Ukrayna qüvvələrinin və Luqansk vilayətinin mülki sakinlərinin vəziyyətini mürəkkəbləşdirib.
 
Nəyə görə bu şəhər əhəmiyyətlidir?
 
Popasnayanı ələ keçirməklə rusiyalılar Severodonetskdən Bahmuta gedən "həyat yolu" adlandırılan avtomobil yolunun bir hissəsinə nəzarəti təmin edib. Bununla da Severodonetskdən Lisiçanska təxliyəni, habelə bu şəhərlərə humanitar yardımın çatdırılmasını mümkünsüz edib. Bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
 
Severodonetsk və Lisiçansk Luqansk vilayətinin Ukraynanın nəzarətində qalan sonunch iri şəhərləridir.
Son həftələr bu istiqamət Rusiya qoşunları üçün əsas istiqamət olub. Onlar  həm şərqdən, Rubejnı tərəfdən, həm cənubdan, Popasnaya tərəfdən, habelə şimal- qərbdən, İzyumdan təzyiqi artırıb.
Lisiçansk və Severodonetskin, həmçinin yaxınlıqda yerləşən Slavyansk və Kramatorskun ələ keçirilməsi bu gün Rusiya təbliğatı üçün çatışmayan "qələbə" görüntüsü ola bilər.
 
Popasnaya burada mühüm rol oynayır. Bu, praktiki olaraq dağılmış şəhər, dəniz səviyyəsindən 260 m yüksəklikdə yerləşir. Popasnayanın ələ keçirilməsindən sonra qərbdə yerləşən Lisiçansk, Severodonetsk və Bahmut şəhərləri atəş zonasından 30 km məsafədə olacaq. BBC- nin məlumatına görə, bu, Rusiyanın divizion artilleriyasının əsasını təşkil edən özüyeriyən 2C19 "Msta- C" haubitsalar üçün maksimum atəş məsafəsidir.
 
Severodonetsk artıq neçə həftədir ki, kütləvi atəşlərə məruz qalıb. Rusiyalılar şəhərin infrastrukturunu məhv edib. Məsələn, bu gün Rusiya artilleriyası magistral qaz kəmərini dağıdaraq yaşayış məntəqəsini məişət qazından tamamilə məhrum edib. Bu barədə Sergey Qayday özünün "Telegram- kanal"ında məlumat verib.
 
Məhz kütləvi artilleriya atəşləri və yaşayış məntəqələrinin dağıdılması Ukrayna qoşunlarının vurub çıxarılmasına imkan verir, bu da hazırda Rusiya ordusunun istifadə etdiyi taktikadır.
 
Rusiya MN daha tank karvanları ilə yarıb keçmək taktikasından istifadə etmir. Ona qarşı ukraynalıların sərəncamında Qərbin "Javelin" TRK- ları 
və digər tankəleyhinə kompleksləri var.
 
Popasnayanın ələ keçirilməsi Rusiya qoşunlarına orada platsdarm əldə etməyə, qüvvələrini yenidən qruplaşdırmağa və yeni zərbələr üçün istiqamət seçməyə imkan verir. Məsələn, İzyum qruplaşması ilə eyni zamanda Kramatorsk və Slavyanska hücum etməyə, Ukrayna qüvvələrini Severodonetsk ətrafında tam mühasirəyə salmağa imkan verə bilər. Popasnayanın timsalında yad ərazinin dərinliklərinə hücum logistikanı və təchizatı- döyüş sursatının, ərzaq məhsullarının və texnikanın çatdırılmasını çətinləşdirir. Ukraynalılar üçün təchizat xəttini kəsmək və bütöv ərazini əsas qüvvələrdən ayırmaq üçün imkan yaranır. Bunun üçün Ukrayna ordusunun hələ xeyli ehtiyatları var.
 
Belə ssenaridən və mümkün silahlı mühasirədən yan keçmək məqsədilə rusiyalılar Popasnaya ətrafındakı cinahlarda böyük qüvvələr saxlamalı, başqa istiqamətlərdən qüvvə cəlb etməlidir. Nəticədə Xarkov ətrafında Ukrayna ordusu əkshücuma keçərək yeni- yeni yaşayış məntəqələrini azad edə bilər.
Link kopyalandı!
Son xəbərlər