Bizi sosial şəbəkələrdən izləyin:
“Biz hər gün o ümidlə oyanırıq ki, Putin bu gün bunkerdə özünü güllələyəcək...”
Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Lyudmila Denisova Rusiya prezidenti Vladimir Putinə Ukrayna və onun vətəndaşları müharibə cinayətlərinə görə hansı cəzanın verilməli olmasından bəhs edib.
Moderator.az xəbər verir ki, ombudsman bu haqda“GORDON” internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində danışıb.
"Putin və onun dəstəsi üçün bircə cəza var - bu vətəndaşlar artıq mövcud olmamalıdır. Mən vətəndaşlarımızın mənə söylədiyi yeni cinayətlər haqda eşidəndə həmişə düşünürəm: Allah var, bəs niyə Putin kimi belə insanları Yer üzündə saxlayır? Və biz hər gün oyanıb düşünürük: Qoy bu gün Adolf Hitler kimi Putinin də bunkerində özünü güllələdiyi gün olsun. Bu baş vermir. Amma biz hələ də hər gün gözləyirik ki, bəlkə də məhz bu gün o gün olacaq, ya da öz ətrafında kimlərsə onun işini bitirəcək”, - deyə Denisova bildirib.
Onun fikrincə, Putinin ətrafındakı insanların həyatını dözülməz etmək lazımdır ki, ondan qurtulmaq istəsinlər.
“Rusiya Federasiyası üçün təzyiqlər, sanksiyalar ilk növbədə ən yaxın adamları - yaxşı yaşayan insanları narahat etməlidir, çünki Putin var. Onların çox pis yaşaması gərəkdir ki, onlar Putini bitirmək barədə razılığa gələ bilsinlər. Bu şəxs, sadəcə, mövcud olmamalıdır”, - Ombudsman vurğulayıb.
Sultan Laçın