Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına giriş yasaqlandı?..
Ekskluziv
2718
10 May 2022 | 18:19

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına giriş yasaqlandı?..

Bu gün – 10 may 2022-ci ildə səhər saatlarından Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına girişdə problem yaranıb.
 
Moderator.az əməkdaşı Bakı vaxtı ilə saat 10:15 radələrində Rusiya MN-in saytının müvafiq bölməsində Qarabağdakı “sülhməramlı”larının fəaliyyəti ilə bağlı araşdırma apararkən gözlənilmədən rus dilində “Giriş qadağandır” yazılmaqla saytın işi dayandırılıb.
 
Saytın hansı səbəbdən dayanması haqda Rusiyanın rəsmi və qeyri-rəsmi nəşrlərində heç bir məlumata rast gəlinməyib.
 
Maraqlıdır ki, Ukraynada savaş başlanandan Rusiya MN-in saytında  "xüsusi əməliyyat" barədə, demək olar ki, heç bir məlumat verilmir...
 
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri “Anonymous” və digər haker qrupları bir neçə dəfə Rusiya Müdafiə Nazirliyinin internet saytına hücum edərək telefon nömrələrini, e-poçt ünvanlarını və nazirlik əməkdaşlarının adlarını özündə əks etdirən məlumat bazasını ictimailəşdiriblər.
 
Ümumiyyətlə, son günlər Rusiyanın bir sıra rəsmi və aparıcı xəbər saytlarıyla bağlı müəmmalı olaylar baş verir...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər